Psixi Xəstəliklər

Psixi cəhətdən sağlam olan şəxslər hər zaman öz ahəngdarlıqları, fikirləri, hərəkətləri ilə seçilirlər. İnsanın psixi sağlamlığı ailə münasibətlərindən, qohumluq əlaqələrindən, dostları ilə münasibətindən zəruri şəkildə asılıdır. Sağlam psixikaya malik insanlar sosiallaşmaqdan çəkinmirlər, ünsiyyətdən qaçmırlar, tənqidə açıq olurlar, özünə tənqidi yanaşmağı bacarırlar, səhvlərindən qaçmır, ondan nəticə çıxarırlar.
Psixi sağlamlıq dedikdə, fərdin həm sosial, həm bioloji, həm də psixoloji cəhətdən tamlığı nəzərdə tutulur.
Bioloji səviyyədə uyğunluq dedikdə, ətrafdakı hadisələrə orqanların reaksiyası nəzərdə tutulur.
Psixoloji səviyyə dedikdə, fərdin fikirləri, düşüncələri ilə sağlam psixikasını göstərmək nəzərdə tutulur.
Sosial səviyyə dedikdə, sosiallaşmaqdan qaçmayan, ünsiyyətcil şəxslər nəzərdə tutulur. Bu üç komponent birləşib bir vəhdət təşkil edir. Təbii ki,ətrafımızdakı hər kəs psixi cəhətdən sağlam deyildir. Hər kəsin öz problemləri vardır. Dərəcəsindən asılı olaraq isə müalicə alınır.
Psixoloji xəstəliklərin müalicəsi üçün psixoloq və ya psixoterapevtə müraciət etmək lazımdır. Onlar lazımı işləri araşdırıb, yaş xüsusiyyətinə və xəstəliyin dərəcəsinə uyğun olaraq müalicə metodu seçəcəkdir.
Psixoloji xəstəliklərin bir çox forması vardır. Bəziləri müalicə ilə keçilən, bəziləri isə ömür  boyu davam edən formada olur.
Bunlardan adı ən çox eşidilən depressiya xəstəliyidir.
Depressiya necə yaranır? Hansı əlamətlərlə özünü büruzə verir? Müalicəsi var mı? Hansı yollarla müalicə edilir?
Depressiya və ya depressiv pozuntu günümüzün ən çox yayılan xəstəliklərindən biridir.İnsanın kefi olmayanda, halsız olanda necə olduğunu soruşsaq,bəziləri “belə də,pisəm depressiyadayam” deyir.Depressiya normal bir hal deyildir. Biz bunu adi bir vəziyyətə gətirə bilmərik.Çünki depressiya ağırlaşdıqca fəsadları da böyüyür.Ən böyük fəsadı isə özünə qəsd,intihardır.
Bəs depressiyanın əlamətləri nədir?
Əhval ruhiyənin aşağı olması; Zövq aldığınız işlərin artıq zövq verməməsi, maraqsız gəlməsi;
İnsanın özünü günahkar hiss etməsi; Əsəbilik, kiçik şeylərin həddindən artıq gərginləşdirməsi; Yuxu pozulması (həddindən artıq yuxu istəyi və ya yuxusuzluq); Günlərlə sürən yorğunluq hissi; Adaptasiya pozulması, diqqətsizlik; Ümidsizlik; Ölüm və ya intihar barədə düşünmək; Depressiv insan həyatda hər şeydən soyuyur, onun üçün hər şey mənasını itirir. Həmin insan özünə qapanır,özünü ətrafdan təcrid edir,sosiallaşmaqdan qaçır,heç kimlə danışmaq və görüşmək istəmir. Depressiya xəstəliyi həyat keyfiyyətini olduqca aşağı salır.
Bəs depressiyanın müalicəsi var mı? Varsa necə aparılmalıdır?
Depressiyanın müalicəsi dərman, psixoterapiya (söhbət) və ya hər ikisinin birgə istifadəsi ilə aparılır. Bir çox halda bu iki müalicə üsulunun birgə istifadəsi daha effektli olur. Depresiv pozuntunun müalicəsi zamanı istifadə olunan müalicə metoduna psixiatr qərar verir. Depressiyanın müalicəsi üçün antidepresan seçimi xəstənin fərdi xüsusiyyətlərinə görə aparılır. Antidepresan dərmanların təsiri təxminən 4-6 həftə ərzində çıxmağa başlayır. Ancaq bəzi hallarda daha tez effekt görmək də mümkündür. Bundan əlavə, xəstəni depresiv  vəziyyətə salan mənbə araşdırılmalı və aradan qaldırılmalıdır.
Bu xəstəlik mümkün qədər tez müalicə olunmalıdır, çünki ağırlaşdıqda insan həyatdan soyuyur və yaşamaq həvəsini itirir. Bu zaman isə artıq o nə əzizlərini, nə də sevdiklərini düşünmür, özünə qəsd edir.
Depressiyanın əsas xüsusiyyətləri: pessimizm, halsızlıq, çarəsizlik və həyatdan zövq almamaqdır. Depressiv şəxslərdə dəyərsizlik hissi, heç bir işdə bacarığının fərqinə varmama, gələcəklə bağlı ümidsizlik, özgüvən əksikliyi kimi əlamətlər üstünlük təşkil edir. Depressiyada olan insanda ümidsizliklə yanaşı həyatın yaşamaq üçün yararlı olmadığı düşüncəsi intensiv olaraq təkrarlanır. Terapiyaya tabe olmayan və olmaq istəməyən pasiyentlərin 15%-də intihar göstəriciləri yüksəkdir.
Ağır dərəcəli depressiyada insanın hərəkətlərində, yerişində və nitqində müəyyən gecikmələr diqqəti cəlb edir.
Depressiyanın bir neçə növü vardır:
1) Atipik depressiya: bu tip insanlarda əyləncəli hadisələrə qarşı reaksiyasızlıq müşahidə olunur. Onlarda iştahın və yuxu rejiminin pozulması, halsızlıq qeyd olunur.
2) Təşvişli depressiya: belə insanlar hədsiz dərəcədə narahat, hərəkətli və təşvişli vəziyyətlərdə olurlar. Onlarda yuxusuzluq, iştahsızlıq, çəki itkisi, hərəkət və davranışın ləngiməsi müşahidə olunur.
3) Psixotik depressiya: bu zaman ağır pasiyent funksionallığını tamamilə itirir. Qidalanma və özbaxımda hədsiz dərəcədə pozuntular olur. Bundan əlavə, sayıqlama və hallüsinasiyalar da müşahidə olunur. Çox ağır dərəcəsində isə pasiyent mal-mülkünü itirdiyini, dəhşətli cinayət törətdiyini və günahkar olduğunu iddia edir, eyni zamanda buna inanır.
4) Postnatal depressiya: zahılıq dövründə mütəmadi təsir göstərən psixoloji səbəb olmadan başlayan ciddi depressiv vəziyyətdir. İnsan yaşadığı çarəsizlik duyğusuna görə uşağa baxa bilmir, daha ağır hallarda isə həm özünə, həm də uşağa xətər yetirə bilər. Bu halları müşahidə etdikdə, belə insanı gözdən kənar qoymaq olmaz. Çünki o, həm özünə, həm də uşağa zədə yetirə bilər.
5) Mövsümi depressiya: bu hal  əsasən yeniyetmələrdə müşahidə olunan vəziyyətdir, təkrarlanan depressiv mərhələlər əsasən eyni fəsildə, xüsusilə də qış və payız aylarında ortaya çıxır. Havaya uyğun olaraq əhvalları dəyişir.
Bəs depressiyanın diaqnozu necə qoyulur?
Depressiya diaqnozu mütləq şəkildə mütəxəssis tərəfindən qoyulmalıdır. Metodlar seçilməli və qəti şəkildə pasiyentə zədə yetirilməməlidir. Yaş xüsusiyyətlərinin qeydə alınması vacib məqamlardandır. Depressiya xəstələrinin 15%-nin intihar səbəbiylə dünyasını dəyişdiyi fikri müxtəlif tədqiqatlarla öz təsdiqini tapmışdır. Depressiyanın effektiv şəkildə terapiyası bu ehtimalı müəyyən şəkildə azaldır.
Psixoloji xəstəliklərdən biri də şizofreniyadır. Bu xəstəlikdə öz aktuallığı ilə seçilir. Şizofreniya insanların marağını cəlb edən və ən çox öyrənilmək istənən xəstəliklərdən biridir. Biz filmlərdə, əsərlərdə, bir neçə tarixi şəxsdə bu formalı xəstəliyi görmüşük. Statistikaya görə dünyada 60 milyona yaxın  şizofren var.
Bəs “şizofreniya” sözünün mənası nədir?
Shizo-parçalayıram;  phren-idrak deməkdir.
Bu xəstəliyin simptomlarına aiddir:  Xəstəlik ilk başda qorxu, sonra sayıqlamaya çevrilir. Düşüncələr arasında bəzən məntiqi əlaqə olmur. Məsələn, onlar deyir:
-Anamın  gözəl pişiyi var.
-Sevinc xalanın da pişiyi var.
-Onda Sevinc mənim anamdır.
Şizofrenlərin bir digər özəlliyi sözləri, əşyaları mücərrəd məzmunla ifadə etmələridir.
Şizotipal və şizoid terminləri vardır. Şizoid tiplər cəmiyyətə xeyirli insanlardır. Buraya Enyişteyni aid edə bilərik. Şizotipal insanlar isə cəmiyyətdə qəribə görünən tiplərdir.
Simvolik təfəkkür dediyimiz şey nədir? Bu məntiqi və ya məntiqsiz ola bilər. Şizofrenlərdə müxtəlif sayıqlamalar olur. Məsələn, şizofren onu bir nəfərin və ya bir təşkilatın təqib etdiyini deyir, özünü gizli, ilahi qüvvə, hər şeyi bilən şəxs adlandırır. Bir digəri isə ipoxondriya adlı sayıqlamadır ki, orqanlarından hansınınsa, işləmədiyini deyir.
Şizofrenlər ətrafına, hətta yaxınlarına qarşı laqeyd olurlar.  Anidən təhqiramiz ifadələr deyə, sevdiklərinə qarşı kin bəsləyə bilərlər. Belə xəstələr ailə üzvlərinin ölümündən danışarkən gülürlər və heç bir hiss keçirmirlər.
Şizofrenlər evdən bayıra çıxmağa, təhsilini və sevgini davam etdirməyə laqeyd yanaşır, yaxınları ilə əlaqələri kəsirlər. Şəxsi gigiyenalarına fikir vermirlər, geyimlərinə diqqət etmirlər, vaxtlı-vaxtında yuyunmurlar. Şizofren xəstələrdə autizim sindromları müşahidə olunur.
Şizofreniyanın yaranma səbəbi tam öyrənilməyən bir çox xəstəliklərdən biridir. Tam olaraq irsi xəstəlik sayılmır, amma irsi faktorun rolu çoxdur. Bu xəstəlik anadangəlmə deyil, müxtəlif yaşlarda başlaya bilər, lakin xəstələrin çoxunda xəstəliyin başlanması 18-25 yaş dövrünə təsadüf edir. Müxtəlif stresslərdən sonra şizofreniya xəstəliyinin başlanması çox hallarda müşahidə olunub. Qadınlarda bəzən xəstəlik doğuşdan sonra inkişaf edir.
Şizofren xəstələr tək qalmağı sevirlər.Onlar gecə aya baxır, ayın onunla söhbət etdiyini deyirlər və ya ölən insanları gördüklərini və onlarla danışdıqlarını söyləyirlər. Bəzən şizofrenlər ətrafın, insanlara zədə yetirirlər. Qarşısındakının onun əzizi olduğunun fərqinə varmırlar. Qapıları sındırır evi dağıldır, əlinə keçəni fırladırlar.
Şizofreniyanın dörd əsas forması qeyd olunur:
1. sadə
2. paranoid
3. katotonik
4. hebefrenik

Şizofreniyalı xəstələr öz patoloji təfəkkürlərinin məhsulu olan, yalnız onlara aid olan dünyada yaşadıqları üçün, onların hərəkətləri, nitqləri, emosional reaksiyaları ətrafdakılar üçün qəribə, anlaşılmaz, qeyri-adekvat görünür.
Bu xəstəliyin müalicəsi nə qədər erkən başlayarsa o gədər uğurlu olur. Dərman müalicəsi ilə yanaşı xəstələrin sosial reabilitasiyası da çox önəmlidir: xəstənin ailə daxili münasibətlərinin bərpasına, təhsil almaq, işləmək hüquqlarının reallaşmasına yardım etmək, əmək qabiliyyətini itirmiş şəxslərin təqaüdlə və pulsuz müalicə ilə təmin etmək şizofreniyalı xəstələr və onların yaxınları üçün böyük dəstək olur.
Digər bir psixi xəstəlik epilepsiyadır. Epilepsiya xəstəliyi də çox yayılmış bir xəstəlikdir. Bəzən müalicəsi olmadığı deyilir, amma müasir dövrün təhsil və  texnikası ilə bu xəstəliyində çarəsi tapılmışdır.
İlk öncə epilepsiyanın nə olduğunu qeyd edək.
Epilepsiya xəstəliyi beyindəki neyronların anidən və nəzarətsiz şəkildə boşalmasına deyilir və bunun nəticəsində xəstədə qeyri-iradi qıcolmalar, duyğu dəyişiklikləri və şüurda dəyişikliklərə rast gəlinir. Bu xəstələr onları narahat edən fikir və hərəkətlər gördükdə özlərindən gedir, qıc olurlar, dilləri qatlanır, soyuq tər basır. Bu xəstəlik tutmalar şəklində baş verir. Amma bu tutmalar olmazdan əvvəl xəstə normal bir insandır. Nəzərə almaq lazımdır ki, şəxsin həyatında yalnızca bir dəfə tutma keçirməsi onun epilepsiya xəstəsi olduğu mənasına gəlmir. Epilepsiya
xəstəliyi zamanı onun yaranma səbəbi dəqiq müəyyənləşdirilə bilinmir. Doğuş travmaları, keçirilən qəzalar və bədbəxt hadisələrə bağlı kəllə-beyin travmaları, çətin doğum, daha yuxarı yaşlarda beyin damarlarında rast gəlinən anomaliyalar, şişlər, beyin iltihabları və alkoqol təsdiq olunmuş səbəblər arasında yer almaqdadır. Bu xəstəlik uşaqlıqdan etibarən istənilən yaşda meydana gələ bilər.
Bəs epilepsiyanın diaqnozu necə qoyulur?
Diaqnoz qoymaq üçün tutmaların dəqiq təsviri müəyyən edilməlidir. Bu səbəbdən xəstə müayinəsi zamanı tutmaları müşahidə edən şəxslərin verdiyi məlumatlar da önəmlidir.  Xəstəlik nevropatoloq həkimlər tərəfindən təyin edilir və nəzarətə alınır. Dərmanla müalicə aparılır. Müalicə müddəti ərzində dərmanların mütəmadi qəbulu böyük rol oynayır. Bununla belə dərman müalicəsinə tabe olmayan xəstə qrupları da vardır. Dərman müalicəsinə cavab verməyən xəstələr də cərrahi müalicə forması tətbiq oluna bilər.
Epileptik tutma zamanı xəstənin üzünə soyuq su vurmalı, onun hərəkətlərinə mane olmamalıyıq. Dil qatlanarsa təcili bunun qarşısını almalıyıq. Lakin qorxmağa ehtiyac yoxdur. Epileptik tutma zamanı dil udma halı qeyd olunmur. Xəstəyə yardım göstərə bilmiriksə, təcili yardımı çağırmaq lazımdır. Bu vaxt ərzində xəstəni yavaşca yan yatıraraq, tənəffüs yollarını açıq tutmağa çalışmaq, xəstəni əlavə yaralanmadan qorumaq üçün kəsici, deşici, iti alətləri kənarlaşdırmaq, paltarlarının yaxasını açmaq və xəstəni yumşaq, düz bir yerdə yatırmaq
xəstəylə əlaqə qurmağa çalışaraq şüurun yerində olub-olmadığını öyrənməyə çalışmaq,
tutma bitənə kimi xəstənin yanından ayrılmamaq lazımdır. Bu xəstələrdə əllərini yumruq formasında sıxmaq da müşahidə olunur.
Psixoloji xəstəliklər siyahısına fanatizim də daxildir.Yəni kimə və ya nəyəsə fanatlıq, heyranlıq, onunla nəfəs alma və s. kimi hallar.
Bəzilərinə görə “fanat” məsələsi adi bir məsələ kimi görünür, amma, əslində hər şeydə olduğu kimi, burda da əgər bir hal öz cığırından çıxırsa, demək ki, bu artıq qeyri-normal bir haldır.
Fanatizm-tutulmadır,bağlılıqdır.Həddini aşmış fanatlıq psixi narahatçılığa işarədir.
Misal olaraq,məşhurlara olan heyranlıq. Əsasəndə biz bunu gənclərdə görə bilərik. Gənc qızlar tanınmış oğlanlara, həmçinin gənc oğlanlar tanınmış qızlara fanat olur. Onlar haqqında bütün məlumatları toplayırlar, hər anını sosial şəbəkələrdən izləyirlər, şəkillərindən ibarət kolleksiya yaradırlar, hətta fanatları olduqları şəxsi adicə TV’də gördükdə ağlayır, onun yanında olmaq istəyirlər. Konsertlərdə belə halları çox müşahidə etmişik.  Müğənninin fanatları özündən gedir,halları dəyişir, qəribə hərəkətlər edir, ağlayır, hətta onunla görüşməkdən ötrü intihar edəcəyini söyləyirlər.
Fanatizm çox təhlükəli davranış adlandırılacaq bir termindir. Nəinki, fanat üçün, eləcə də, fanatı olduğu adam üçün də bu qorxulu hallar törədir.
Özlərinə görə səbəblərsə müxtəlifdir – qısqanclıq, diqqət çəkmək, özlərini təsdiq etmək və s. Hər-halda səbəb nə olursa-olsun bu psixi pozğunluqdan, xəstəlikdən yaranan bir xüsusiyyətdir.
Fanatizmə tək musiqi dünyasında yox, dində, siyasətdə də rast gəlmək mümkündür.
İdman sahəsində də bunu görmək mümkündür. Azərkeşlər bir araya yığışıb futbolu izləyərkən, tutduqları komanda məğlub olarsa, qalib komandanın azərkeşlərindəki sevinc onlarda qıcıq yaradır. Aralarında dava və söz atışması baş verir. Bəzən hətta bir-birlərinə zədə yetirirlər.
Birini bəyənmək, sənətini, işini sevmək , lazım gəldiyində yaxşı mənada faydalanmaq da olar, amma, öz həyatını heçə sayıb, onun üçün özünü fəda etmək, ona və özünə,ətrafındakılara xəsarətlər törətmək,həqiqətən də psixoloji xəstəlikdir. Fanatizimə daha çox yeniyetməlik və gənclik yaşlarında rast gəlinir. Yaş artdıqda və həyatı dərk etdikdə bunların mənasız olduğunu, onun da bizim kimi bir insan olduğunu anlayırıq.
Psixoloji xəstəliklərdən biri də Kleptomaniyadır.
Kleptomaniya oğurluq xəstəliyidir. Bu xəstəliyi keçirən insanlar ehtiyacı olmadığı halda və satma düşüncəsi olmadan bir sıra əşyaları icazəsiz olaraq götürmək, onlara sahib olma şəklində bir impuls nəzarət pozğunluğudur.
Bunu edən insan əslində öz puluna da həmin əşyanı ala biləcəyi təqdirdə istəyir ki, gördüyü anda ona sahib olsun və bunu heç kim bilməsin. Bu davranış daha əvvəldən düşünülməmiş və planlaşdırılmamış olub, birdən həyata keçirilir. Fərd bu davranışın səhv və əlverişsiz olduğunun fərqindədir. Lakin özünə də mane ola bilmir. O an gördüyü əşyanı götürmək istəyir, özünü saxlata bilmir. Kleptomaniklər bu davranışı reallaşdırmaq üçün başqalarından kömək istəmirlər. Bu xəstəliyin uşaqlıq yaşlarında başladığı müşahidə edilmişdir. Fərd bu davranışı reallaşdırmadan əvvəl sıx bir gərginlik hissi keçirir. Bu davranışdan dərhal sonra xoşbəxtlik və rahatlama hissi yaşayır.
Kleptomaniya qadınlarda kişilərə görə təxminən dörd qat daha sıx görülməkdədir. Gender arasındakı nisbətin bu qədər yüksək olmasının bir səbəbi də,  kişilərin belə bir vəziyyətdə əksəriyyətlə xəstəxanalar yerinə həbsxanalara göndərilmələri ola bilər.
Bu xəstəlikdən əziyyət çəkən və aradan qaldırmaq istəyən şəxslər bu davranışlarına mane ola bilmək üçün ictimai həyatlarını məhdudlaşdıra və ətraflarından uzaqlaşa, alış-veriş etməməyə çalışa bilərlər.
Bu xəstəliyin simptomlarına uşaqlıq dövründə yaşanan mənfi xarakterli hadisələr, şüuraltındakı bu xatirələrin şəxsi məcbur etməsi ilə meydana gəldiyi düşünülməkdədir. Bu insanların uşaqlıqlarındakı ailə həyatlarının olduqca travmatik və problemli olduğu müəyyən olunmuşdur. Bu fərdlərdə narsisistik , özünə inam yaralanmalarının nəticəsi olaraq ortaya çıxdığı da düşünülməkdədir.
Yaxşısı budur ki,kleptomaniyanın müalicə üsulu vardır.
Fərdin keçmişi və bu anı ilə əlaqədar zədələyici hadisələrdən yan keçərək, bunlara istiqamətli uyğun düşüncə sxemləri inkişaf etdirilməsi və ictimai əlaqələrdəki əlverişsiz müdafiə mexanizmlərinin dəyişdirilməsini hədəfləyən müalicələr, impulsiv hərəkətləri və qayğı vəziyyətini artırmaq əlverişlidir.
Digər bir psixoloji xəstəlik isə sarışan hallar nevrozudur. Bu xəstəlik də  öz xüsusiyyətləri ilə seçilir.
Sarışan hallar nevrozu -obsessiv-kompulsiv pozuntudur. təşviş yaradan sarışan fikirlərin  meydana çıxması və həmin fikirlərin öz növbəsində müəyyən sarışan hərəkətləri təkrarlamağa vadar etməsi ilə xarakterizə olunur. Nevrozun bu növündə xəstə sarışan fikirlərindən xilas olmaq üçün müxtəlif hərəkətlər edir.
Bu zaman xəstə az da olsa yüngülləşir. Lakin vəziyyətin bu cür yüngülləşməsi çox davam etmir və sarışan fikirlər yenidən qayıdır. Beləliklə hisslərin və hərəkətlərin «qüsurlu dövranı» yenidən işə düşür.
Bu nevroz xəstəliyinə intellektual şəxslərdə daha çox rast gəlinir. Qadınlar və kişilər arasında bu pozuntu eyni dərəcədə yayılmışdır. Kişilərdə bu əsəb pozuntusu, bir qayda olaraq, yeniyetmə dövründə başlayır. Qadınlarda isə xəstələnmə halları daha çox 20-30 yaşlarına təsadüf edir.
Sarışan hallar nevrozunun yaranmasına səbəb bioloji və psixoloji amillərdir.
Bəs bu psixoloji xəstəliyin müalicəsi var mı?
Bəli, bu nevrozun müalicəsində iki əsas üsuldan istifadə edilir: dərman müalicəsi və psixoterapiya. Bu zaman müalicə ərəfəsində xəstə həkimin sözünü dinləsə və düzgün əməl etsə, xətstəlikdən azad ola bilər.
Biz sarışan hallar nevrozundan məlumat verdik. Bəs “nevroz ” özü nədir?  Nevroz da ayrıca bir psixoliji durumdur.
Nevroz – ali sinir fəaliyyətinin psixogen mənşəli funksional pozğunluğudur.
Psixoanalizin banisi Z.Freudun fikrincə, nevroz-insan arzularına çatmadığı zaman yaranan haldır.
Nevroz şüuraltında qalan xatirələrdir və partlayışla üzə çıxır. Təşviş pozuntuları,depressiv vəziyyət, isterik tutmalar formasında özünü büruza verir. Xəstəliyin klinik gedişi çoxsaxəliliyi və rəngarəngliyi ilə fərqlənir.
Nevroz termini ilk dəfə 1776-cı ildə şotlandiyalı həkim Kuplen tərəfindən elmə gətirilmişdir. «Nevroz» termininin müəllifi sağlamlığın funksional pozulmasının hər hansı bir orqanın üzvi zədələnməsi ilə əlaqəli olmadığını irəli sürmüşdür. Sonralar məhşur rus fizioloqu İ.P.Pavlov nevroz barədə araşdırmaları davam etdirmişdir. Lakin hazırda ali sinir fəaliyyətinin xroniki və ya kəskin stresslərlə bağlı psixogen pozğunluqları daha çox «nevroz» termini ilə ifadə olunur. Müasir dövrdə nevroz olduqca geniş yayılmışdır.
Bu sahədə çoxsaylı tədqiqatların aparılmasına baxmayaraq, nevrozun həqiqi səbəbi və patogenezi dəqiq müəyyən edilməmişdir. Uzun illər ərzində nevroz intellektual yüklənmələr və həyatın yüksək tempi ilə assosiasiyalı informasiya xəstəliyi hesab olunurdu. Kənd və rayonların əhalisində xəstəliyə daha az rast gəlinməsi onların nisbətən sakit həyat tərzi ilə izah edilirdi. Lakin sonralar aparılan tədqiqatlar bu ehtimalın yanlış olduğunu sübut etdi. Məlum oldu ki, daimi diqqət və analiz tələb edən gərgin iş fəaliyyətinə baxmayaraq, nevroza digər peşə sahiblərindən çox tutulmurlar. Onların xəstələnmə səbəbləri arasında iş prosesində yorğunluq deyil, müdriyyətlə və ya ailə üzvləri ilə olan münaqişələr vurğulanmışdır. Müəyyən bir şəraitdə istənilən vəziyyət nevrozun inkişafına təkan verə bilər.
Kişilərlə müqayisədə qadınlarda nevroz 2 dəfə çox qeydə alınır, bu da onlarda emosional labilliyin ifadəli olmasından irəli gəlir.
Nevrozun bir növü də İsterik nevrozdur.
Isterik nevroz ümumi nevrozun bir formasıdır. Simptomlarına həm cəngolma tutmaları,özündən getmə, həm görmə və eşitmə qabiliyyətinin itməsi,hissiyyat ,hərəki və yaddaş pozuntuları və s. aiddir. Belə xəstələr özlərini,hərəkətlərini nümayiş etdirməyi sevirlər. Hər zaman göz önündə, diqqətdə olmaq üçün hər şey edirlər. İsterik nevroz diaqnozu olan insan xəstədir və ya sadəcə ətrafdakıları özünə cəlb və ram etməyə çalışır. İsterik nevrozlar o qədər məharətlə yalan danışmağı bacarırlar ki, nəinki qarşısındakı adamı hətta özünü də inandırırlar.
Qadınlarda isterik nevroz kişilərlə nisbətdə daha tez rast gəlinir. Buna səbəb kimi qadın psixikasının daha qeyri-stabil və həssas olmasını qeyd etmək olar. İsterik nervozun yaranma səbəblərinə daha çox aiddir: fiziki gərginlik,somatik
xəstəliklər, travmalar, sosial və ailə problemləri,alkoqollu maddələrdən sui-istifadə, yuxu dərmanlarından uzun
müddətli istifadə və s. İsterik tutma zamanı pasientlər aşağı və yuxarı ətrafları ilə qeyri-adekvat hərəkətlər edir, saçlarını yonurlar, geyimlərini cırırlar,yer ilə sürünürlər,ağlayırlar və s. Epileptik tutmalardan fərqli olaraq
pasientlər yerə yıxılmır,sadəcə yavaş-yavaş yerə enirlər. Tutma insanların ətrafda çoxluqundan aslı olaraq
uzun müddətli olabilər, lakin xarici qıcıq nəticəsində yəni,ağrı,soyuq su və s. birdən bitə bilər.
İsterik nevroz xəstəsi ilə ürəyi gedən insanın arasında fərqlər vardır.Əsas məqam isə budur ki : İsterik nevroz xəstəsi ayılanda hansı hadisələr baş verdiyini xatırlayır. Amma ürəyi gedən şəxs isə nə üçün, hansı hadisəyə görə özündən getdiyini xatırlamır.
Psixi xəstəliklərin siyahısına hallüsinasiyalar da daxildir. Bu tətqiqat üçün maraqlı, bir o qədər də çətin xəstəlikdir.
Hallüsinasiya nədir? Hallüsinasiya qarabasma halıdır. İndiki zamanda daimi stress hallüsinasiyalara gətirib çıxarda bilər. Amma bunlardan qurtulmaq elə də asan deyil.
Hallüsinasiya – mövcud olmayan bəzi obyektləri görmək, eşitmək, qoxusunu hiss etmək, toxuna bilmək kimi səhv duyğuların beyin tərəfindən gərçək kimi qəbul edilməsidir.
Yəni onun hiss etdiyi, gözünün önündə canlananların əslində reallıqla əlaqəsinin olmamasıdır.
Hallüsinasiya termini illüziya ilə bənzərlik təşkil edir. İllüziya müəyyən bir görüntünün göz tərəfindən səhv qəbul edilməsinə deyilir. Yəni təhrif olunmuş qavrama formasıdır. İllüziyalar insanın görmə bucağı dəyişdiyi zaman baş verir. Hallüsinasiyalarda isə adam gördüyü şeylərin həqiqi olduğuna inanır və onları realda hiss edirmiş kimi yaşayır.
Psixoz xəstəliklərində hallüsinasiya hallarına tez-tez rast gəlinir. Xəstə səhv, real olmayan bir çox şeyi gerçəklik kimi qavrayır. Paranoid-şizofreniyaya tutulmuş xəstələr mələk, cin və şeytanlara oxşar varlıqların onu öldürməyə və ya yaxşılıq etməyə gəldiklərini iddia edirlər və ya onların qulağına nəsə fısıldadıqlarını dilə gətirirlər.
Belə xəstələr asqıda asılmış pəncəyi evə girmiş oğru,pəncərədəki budaq kölgəsini onu öldürəcək bir əl kimi görür.
Hallüsinasiya keçirən şəxslər öz qavrayış hissinə əmindirlər. Onlara elə gəlir ki, onların gördüyü və düşündüyü qeyri-real hadisələr ətraf mühitdə gərçəkdən mövcuddur.
Hallüsinasiyanın da 2 növü qeyd olunur.
1)Hipnohagik
2) Funksional
Hallüsinasiya sağlam insanda da yarana bilər. Həddindən çox işləmək, sistematik yuxusuzluq müəyyən vaxtdan sonra hallüsinasiyanın yaranmasına gətirib çıxarır.
Hallüsinasiyanın təzahürü vaxtında müalicə edilməzsə, bu xəstəlik tərəqqi edə bilər. Mütləq həkimə, psixoloq və ya psixiatra müraciət etmək lazımdır.

YAZAR: Mədinə Xəlilova

Həmçinin bax: Fermentasiya

Həmçinin bax: https://turaz.org/londona-getmek-isteyenler-vacib-xeber/

Həmçinin bax: https://tehsilim.org/dim-de-aprelin-29-da-gre-imtahani-kecirilecek/