Psixi sağlamlıq
Yüz il əvvəl xəstəliyin idarə olunmayan agentlər tərəfindən törədildiyi nöqteyi-nəzəri düzgün hesab olunurdu. Lakin iyirminci əsrin son onilliyində bu nöqteyi-nəzər köhnəlmişdir. Yoluxucu xəstəliklərlə mübarizədə müvəffəqiyyətli olduğunu sübut edən peyvəndlər, təkmilləşdirilmiş sanitariya və digər ictimai sağlamlıq tədbirləri bu günün əsas qatillərini, yəni ürək xərçəngi, iflic və digər xroniki xəstəlikləri aradan qaldırmaq üçün çox az əhəmiyyətlidir. Bu xroniki xəstəliklər davamlı xarakterinə baxmayaraq, sağlamlıq problemlərini kəskinləşdirməkdə davam edir. Bu səbəbdən sağlamlıq anlayışı son 100 ildə müxtəlif dəyişikliklərə məruz qalmışdır.
- Əsas ölüm səbəbləri infeksion xəstəliklərdən qeyri-sağlam davranış və həyat tərzindən qaynaqlananlara dəyişib. Məsələn, davranış və həyat tərzi ilə bağlı olan QİÇS bütün dünyada bütün insanların başlıca qayğısına çevrilibdir.
- Səhiyyə xidmətinin artan qiyməti insanların sağlamlıqla bağlı təcrübələrin xəstəlik riskini necə azalda biləcəyi barədə maarifləndirilməsinin vacibliyini göstərir. Sağlamlığın yeni tərifi meydana çıxdı, belə ki, sağlamlıq indi sadəcə xəstəliyin olmaması deyil, müsbət rifahın mövcudluğu kimi göstərilir. (Stone, 1979)
- Həkimlər və başqaları sağlamlıq və xəstəlik haqqında daha geniş baxışı müdafiə etdilər və ənənəvi biotibbi modelin faydalılığını sorğuladılar(Engel, 1977).
Sağlam həyat tərzi vasitəsilə xəstəliklərin qarşısının alınması misal üçün çəkiyə nəzarət, siqaretdən imtina, pəhriz və məşq haqqında maarifləndirmək sağlamlıq risklərinin qarşısının alınması, müalicəsi və azaldılmasını optimallaşdıra bilər və bütün bunlar sağlamlıq sahəsində dəyişən fəlsəfənin bir hissəsinə çevrilmişdir.
1989-cu ildə Julius Seaman təkid etdi ki, ümumi sağlamlıq sadəcə xəstəliyin olmaması kimi müəyyən edilməməlidir. O vurğulayıb ki, sağlamlıq təkcə bioloji aləmi deyil, həm də psixoloji və sosial sahələri əhatə edir. Sağlamlığa bu çoxşaxəli baxış fiziki, əqli və sosial ölçüləri əhatə edir, sağlamlığın bədənimizin strukturu və funksiyasından kənara çıxaraq hissləri, dəyərləri və düşünmə qabiliyyətini əhatə etdiyini göstərir. Bu, həm də sizin şəxsiyyətlərarası münasibətlərinizin xarakterini əhatə edir.
Sağlamlığın yuxarıdakı izahı vahid sağlamlıq kimi tanınan daha geniş bir baxış ilə daha da genişləndirilir. Bu baxış sağlamlıq anlayışını intellektual, mənəvi və peşəkar aspektləri əhatə etməklə genişlənir. Bütöv şəkildə sağlam insan tam bir insan kimi fəaliyyət göstərir. Bəzi ekspertlər bütünlüklə sağlam insanların yüksək sağlamlıq səviyyəsinə çatdığını deyirlər. Bütöv sağlamlıq nöqteyi-nəzərindən ciddi fiziki xəstəlikdən əziyyət çəkən insanı da tam sağlam hesab edilə bilər.
Sağlamlığı izah etmək üçün başqa bir yeni yanaşma sağlamlığın təşviqi anlayışıdır. Sağlamlığın təşviqi xəstəliklərin qarşısının alınması ilə bağlıdır. Sağlamlığın təşviqi tərəfdarları iddia edirlər ki, sağlamlıq elmi fikirləri qəbul etmə və xüsusi sağlamlıq gücləndirən təcrübələri mənimsəmək funksiyasıdır.
Bir şəxsin və ya qrupun sağlamlığına diqqət etmək üçün səhiyyə işçiləri bir sıra strategiyalardan istifadə edirlər. Bunlara daxildir:
1. Qan təzyiqi və ya xolesterol ölçmələri kimi sağlamlıq müayinələri.
2. İlk yardım, immun çatışmazlığı virusu (QİÇS) və bu kimi sağlamlıq maarifləndirmə tədbirləri.
3. Xüsusi yemək planlarının və ya məşq proqramlarının istifadəsi kimi davranış dəyişikliyi strategiyaları.
Ancaq bu strategiyalar bir insanın sağlam olmasına tam zəmanət vermir. Çünki xəstə olmamaq və tək başına sağlam işlərlə məşğul olmaq insanın tam potensialına uyğun böyüməsini və inkişafını təmin etməyəcək. Səhhəti izah edən başqa bir məşhur anlayış sağlamlıqdır. Sağlamlıq risk faktorlarının vaxtaşırı qiymətləndirilməsi və məlumatların təmin edilməsi, davranış dəyişikliyi strategiyaları və sağlam həyat tərzinin mənimsənilməsi prosesidir. Bu həyat tərzi rifah hissi yaradan aşağı riskli, sağlamlığı gücləndirən davranışlarla xarakterizə olunur. Bu fikrə görə, insanlar sağlam həyat tərzinə riayət etdikdə, ailə, sinif və ya iş yeri ilə qarşılıqlı əlaqədə olduqları zaman tam potensiallarına çata bilərlər.
Bu potensialı həyata keçirmək üçün fərdlər öz sağlamlıq davranışlarına görə məsuliyyət daşımalıdırlar. İnsanlar sağlam davranışlarına düşündüklərindən daha çox nəzarət etməli olduqlarını başa düşməlidirlər. Xüsusən də əgər birinin keçmişi mənfi sağlamlıq davranışını əhatə edirsə, sağlamlıq perspektivi insanları keçmişə deyil, indiki və gələcəyə fokuslanmağı təşviq edir. Sağlamlıq öz davranışlarına görə başqalarını günahlandırmaqdan da çəkindirir.
Səlahiyyətləndirmə sağlamlıq ədəbiyyatında istifadə olunan başqa bir anlayışdır. Sağlamlıq kontekstində səlahiyyətlər aşağıdakılara istinad edir:
1. Öz sağlamlığına nəzarət etmək qabiliyyətinin artırılması.
2. Sağlamlığın təkmilləşdirilməsini məhdudlaşdıran müxtəlif maneələrdən azad olmaq.
3. Öz həyatının məsuliyyətini öz üzərinə götürmək.
4. Dialoq və əməkdaşlıq vasitəsilə konstruktiv dəyişikliklərin yaradılmasına diqqət yetirmək.
QAYNAQ: Girma Lemma- General Psychology
TƏRCÜMƏÇİLƏR: Gülsüm Quliyeva və Məryəm Şıxəliyeva
HƏMÇİNİN BAX: Sosial- mədəni psixologiya və elmi- psixoloji metod
HƏMÇİNİN BAX: Tehsilim.org/pariltisini-hiss-etdirmeyen-qigilcim-qurbaneli-serifzade/