Psixi sağlamlığı təyin etmə

Psixi sağlamlıq insanın ümumi sağlamlıq vəziyyətinin mühüm aspektidir.

1. Buraya həm fiziki sağlamlıq, həm də ictimai fəaliyyət daxildir.
2. Psixoloji nöqteyi-nəzərdən psixi sağlamlıq fərdin şəxsi və sosial tənzimləmə qabiliyyətidir.
3. Sosial tənzimləmə fərd və onun ətraf mühiti, ehtiyacları, istəkləri və digər insanların münasibətləri arasında qənaətbəxş əlaqənin qurulmasıdır.
4. Harmonik insan özünü xoşbəxt hiss edir, çünki o, emosional konfliktləri və gərginliyi aradan qaldırıb.
5. Daha geniş mənada psixi sağlamlıq dedikdə qərar qəbul etmə, məsuliyyət daşıma, həyatda məmnunluq, uğur və xoşbəxtlik tapma bacarığı nəzərdə tutulur.

Ruhu sağlam bir şəxsin xüsusiyyətləri hansılardır?

1. Psixi cəhətdən sağlam bir şəxs, zəif və güclü tərəflərini realistcəsinə qiymətləndirə bilir.
2. Özünə hörməti yüksəkdir. Onun şəxsi dəyər hissi var.
3. Psixi cəhətdən sağlam şəxs başqaları tərəfindən istənildiyini və sevildiyini hiss edir və başqalarına sevgi göstərə bilir.
4. Psixi cəhətdən sağlam insan reallıqla rasional və obyektiv üz-üzə gəlmək qabiliyyətinə malikdir.
5. Psixi cəhətdən sağlam insan öz emosiyalarını tənzimləyə və onları sosial cəhətdən arzu olunan tərzdə ifadə edə bilir.

Bir insanın psixi sağlamlığı üç amildən asılıdır: irsi, fiziki və sosial.

A. İrsi amillər

1. İrsi amillər fərdin imkanlarıdır.
2. Bu irsi imkanların fiziki böyümə, görünüş, zəka və həyat tərzi ilə əlaqəsi var. Müəyyən bir növ psixi xəstəliyin inkişafında irsi faktorlar mühüm rol oynayır. Məsələn, irsiyyət əqli geriliyə səbəb olan mühüm amildir.

B. Fiziki amillər

1. Daha çox gücü, daha yaxşı görünüşü və sağlamlığı olan insanlar şəxsiyyət xüsusiyyətlərinin inkişafında sosial üstünlüyə malikdirlər.
2. Fiziki cəhətdən sağlam şəxs həvəslidir, zehni olaraq ayıqdır və nail olmaq üçün yüksək motivasiyaya malikdir.
Məsələn, Qırmızı cisimlərin çatışmazlığı apatiya, qıcıqlanma, depressiya və narahatlıq əlamətlərini yaradır. Ümumiyyətlə, yemək, içki, fiziki fəaliyyət, zamanın səmərəli istifadəsi ilə bağlı gigiyenik qaydalara riayət edən insanların psixi sağlamlığı daha yüksəkdir.

C. Sosial amillər

1. Sosial amillərə şəxsin digər insanlarla qarşılıqlı əlaqədə olduğu mühit və onun sosial fəaliyyəti daxildir.
2. İrsi potensialın inkişafı və istifadəsi əsasən sosial amillərlə müəyyən edilir. Bu şəxsin əldə etdiyi bilikləri, bacarıqları, maraqları, münasibətləri, vərdişləri, dəyərləri və məqsədləri formalaşdıran sosial mühitdir.
3. Ən mühüm sosial amillər ev, məktəb və cəmiyyətdir.

QAYNAQ: Girma Lemma- General Psychology
TƏRCÜMƏÇİ: Fidan Əsədli
HƏMÇİNİN BAX: Hunlarda dövlət təşkilatı: Xatun və cəmiyyət
HƏMÇİNİN BAX: Tehsilim.org/pariltisini-hiss-etdirmeyen-qigilcim-qurbaneli-serifzade/