Proseslər və proses dəyişənləri

Proses müəyyən bir hədəfin yerinə yetirildiyi hər hansı bir əməliyyat və ya əməliyyatların toplusudur. Prosesə daxil olan maddə yem və ya giriş, çıxanlar isə məhsul və ya buraxılış adlanır. Bir proses üçün çoxsaylı hissələrdən ibarət olmaq normaldır. Hər bir hissə proses qurğusu tərəfindən icra olunur. Hər bir qurğunun isə giriş və çıxış proses axınları olur.

Kimya mühəndisi kimi siz prosesi dizayn edə və ya əməliyyatı idarə edə bilərsiniz. Dizayn prosesin axın cədvəlinin tərtibini, həmçinin fərdi proses qurğularının ( məsələn, reaktorlar, istilik dəyişdiriciləri) performans səviyyəsini müəyyənləşdirməyi əhatə edir. Əməliyyat isə prosesin gündəlik işləməsinə nəzarəti əhatə edir. Proses və bütün avadanlıqlar məhsulu təyin olunmuş miqdarda və müəyyənləşdirilmiş xarakteristikalarda istehsal etməlidir. Bundan əlavə siz xam maddənin və enerjinin istifadəsini azaldaraq bunun kimi üsullarla xərcləri düşürməkdən cavabdeh ola bilərsiniz. Bəzən də bazar iqtisadiyyatından asılı olaraq məhsulun istehsal miqdarını artıra və ya azaltmaq üçün təchizatları və ya hazırkı əməliyyat vəziyyətini dəyişə bilərsiniz.

Proses  dəyişənlərinə kütlə, həcm, nisbi sıxlıq, axın sürəti, kütlə nisbəti, mol nisbəti, təzyiq və temperatur aiddir. Gələcək məqalələrdə proses dəyişənləri barədə danışacayıq və real iş həyatına aid nümunələr ilə biliyimizi möhkəmləndirəcəyik.

İstinadlar: Elementary Principles of Chemical Processes. Third edition. Richard M. Felder, Ronald W. Rousseau

 

Yazar: Fidan Cəbrayılova