Preziqotik izolasiya mexanizmləri
Müvəqqəti izolyasiya- Laktuka qraminifolia və L.Kanadensis iki yabanı kahı növü ABŞ-ın cənub şərqində yol kənarlarında birlikdə böyüyür. Bu iki növ arasında hibridləri asanlıqla eksperimental olaraq hazırlanır və tamamilə məhsullardır. Lakin belə hibridlər təbiətdə nadirdir, çünki L. Qraminifolia erkən yazda, L. Kanandensis isə yayda çiçək açır. Çiçəklənmə dövrləri üst-üstə düşəndə, hərdən olduğu kimi, bu iki növ hibridlər əmələ gətirir, buda yerli olaraq bol ola bilər. Yaxın qohum olan amfibiyaların bir çox növləri arasında müxtəlif çoxalma mövsümləri vardır ki, növlər arası hibridləşmənin qarşısını alır. Məsələn, Rana cinsindən olan qurbağaların beş növü ABŞ-ın şərqində bir yerdə rast gəlinir, amma hibridləri nadirdir, çünki onların hər biri üçün pik çoxalma vaxtı fərqlidir.
Mexaniki izolyasiya- struktur fərqlər bəzi əlaqəli heyvan növləri arasında cütləşməyə mane olur. Ölçü kimi açıq xüsusiyyətlərə əlavə olaraq , kişi və qadın cütləşmə orqanlarının quruluşu uyğunsuz ola bilər. Bir çox həşərat və digər artropod qruplarında cinsi orqanlarının, xüsusən də, erkək orqanlar o qədər müxtəlifdir ki, təsnifat üçün ilkin əsas kimi istifadə olunur. Eynilə, bitkilərin əlaqəli növlərinin çiçəkləri tez-tez nisbətlərində və strukturularında əhəmiyyət dərəcədə fərqlənir. Bu fərqlərin bəziləri tozcuqların bir bitki növündən digərinə keçməsini məhdudlaşdırır. Məsələn: arılar bir növün polenini bədənlərinin müəyyən yerindən götürə bilər, bu sahə başqa bitki növünün çiçəklərinin reseptiv strukturları ilə təmasda olmasa, polen köçürülmür.
Qamet sintezinin qarşısının alınması – qametlərini bir başa suya tökən heyvanlarda, fərqli növlərdən alınan yumurta və sperma bir-birini cəlb edə bilməz. Bir çox quru heyvanları müvəfəqiyyətlə hibridləşməyə bilər, çünki bir növün sperması digərinin reproduktiv sistemində o qədər zəif fəaliyyət göstərə bilər ki, mayalanma heç zaman baş verməz. Bitkilərdə müxtəlif növlər arasında hibridlərdə polen borularının böyüməsi maneə törədə bilər. Həm bitkilərdə, həm də heyvanlarda belə izolyasiya mexanizmlərinin işləməsi, hətta uğurlu cütləşmədən sonra da qametlərin birləşməsinə mane olur.
Postziqotik izolyasiya mexanizmləri- indiyə qədər müzakirə etdiyimiz amillərin hamısı hibridləşmənin qarşısını alır. Əgər hibrid cütləşmələr baş verərsə və ziqotlar əmələ gəlirsə, bir çox amillər hələ də, həmin ziqotların normal fəaliyyət göstərən, məhsuldar fərdlərə çevrilməsinə mane ola bilər. İstənilən növdə inkişaf mürəkkəb prosesdir.
Hibridlərdə iki növün genetik tamamlayıcıları o qədər fərqli ola bilər ki, onlar embrional inkişafda normal fəaliyyət göstərə bilməz. Məsələn, qoyun və keçilər arasında hibridləşmə adətən ən erkən inkişaf mərhələlərində ölən embrionlar istehsal edir.
ABŞ-ın şərqindəki bəbir qurbağaları( Rana pipiens kompleksi) uzun müddət tək bir növ təşkil etdiyi güman edilən oxşar növlər qrupudur. Bununla belə, diqqətlə araşdırma göstərdi ki, qurbağalar oxşar görünsələrdə, mayalanmış yumurtaların inkişafı zamanı yaranan problemlər səbəbindən onların arasında uğurlu cütləşmə nadir hallarda baş verir. Hibrid birləşmələrinin çoxunu hətta laboratoriyada da istehsal etmək mümkün deyil. Oxşar növlərin yalnız hibridləşmə təcrübələri nəticəsində tanıdığı bu növ nümunələr bitkilərdə çox yayılmışdır. Bəzən hibrid embrionlar erkən mərhələdə çıxarılır və süni mühitdə yetişdirlə bilər.
Bu hibridlər onların zəifliyini və ya yenilməzliyini konsepsiya edən əlavə qida maddələri və ya digər əlavələrlə təmin edildikdə, onlar öz inkişaflarını normal şəkildə tamamlaya bilərlər. Hibridlər embrion mərhələsində sağ qalsalar belə, normal inkişaf etməyə bilərlər. Hibridlər valideynlərindən daha zəifdirsə, demək olar ki, təbiətdə məhv ediləcəklər. At və eşşək arasında hibrid qatır misalında olduğu kimi, güclü olsalar belə, yenə də steril ola bilərlər və beləliklə, gələcək nəsillərə töhfə verə bilməzlər. Sterillik hibridlərlə nəticələnə bilər, çünki cinsiyyət orqanlarının inkişafı anormal ola bilər, müvafiq valideynlərdən əldə edilən xromosomlar düzgün cütləşməyə bilər və ya bir sıra digər səbəblərə görə.
QAYNAQ: Raven Johnson and McGraw Hill- The Science of Biology
TƏRCÜMƏÇİ: Zinyət Həsənova
HƏMÇİNİN BAX: Emosional fokslanma
HƏMÇİNİN BAX: Merkelin enerji siyasəti