Prezidentin köməkçisi: ““Ermənistanla Azərbaycan özləri razılığa gəlsin, Minsk Qrupu bunu dəstəkləyəcək” demək həmsədrlərin missiyasına uyğun deyil”

Prezidentin köməkçisi: ““Ermənistanla Azərbaycan özləri razılığa gəlsin, Minsk Qrupu bunu dəstəkləyəcək” demək həmsədrlərin missiyasına uyğun deyil”

“Ermənistanın hər dəfə hansısa texniki məsələni əsas gətirərək danışıqları pozmasına imkan verilməməlidir. Minsk Qrupunun geniş formatda iclası da keçilməlidir. Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşma danışıqlar prosesinin əsasını darmadağın edir. Fakt-araşdırıcı missiyalar da bunu üzə çıxarmışdı. Ermənistan qoşunların təmas xəttində, sərhəddə davamlı təxribatlar törədir. Ermənistan və Azərbaycan öz aralarında razılığa gəlsin, Minsk Qrupu bunu dəstəkləyəcək demək həmsədrlərin missiyasına uyğun deyil. Mandat da tələb edir ki, işğal amili aradan qaldırılsın”

Mənbə: apa.az
Xəbərçi: Şəbnəm İbrahimli