Pozitivist Klubun yaradılması
Pozitivizm 1870
“Pozitivist Klubun yaradılması”- Eugene Semerie
Səksən il ərzində Fransada üçüncü dəfə respublika elan edildi.
Bu 1792 və 1848-ci illərdəki işlərini davamlı göstərmələrinə mane olan respublikaçıların alicənab
hislərinin olmaması deyildi,bu səxavətli amma anlaşılmaz istəklərinə sistematik dəqiqlik və enerjik
birlik verməyə imkan verəcək güclü bir doktrina idi. Monarxiya keçmişini parçalayaraq Fransa hələ də
davam edən böyük böhrana başladığı gündən bəri dərin qazmağı vədüzgünyolutapmağa nail olmadı.
Onun bütün gücü,bütün nəsillərin xoşbəxtliyini və həyatını bürüyən,arxasında ruh düşkünlüyü və
skeptizimdən başqa bir şey qoymayan tərəddüdlərdə və ağrılı proseslərdə tükənmişdi. Biz ölkəmizi
fəlakətli sosial hadisələrdən qurtarmaq istəyirik, lakin bu yozlaşmadan yalnız anarxiya ilə və anarxiyadan
isə yenidən geri çəkilmə ilə xilas ola bilərik. Pozitivizm yalnız fəlsəfi bir doktrina deyil, eyni zamanda bütün
ictimai fəaliyyət üçün zəruri olan nizamı-onun məqsədi olan Tərəqqi ilə uzlaşdığını iddia edən bir siyasi
partiyadır.
Doktrinamızın yalnız bu ikili şərti təmin edə biləcək olduğuna inandığımızdan mövcud böhranın
ortaya çıxardacağı bütün siyasi, sosial və dini sualların həll ediləcəyi bir klub təsis edirik və Pozitiv siyasət prinsiplərinəuyğunolaraqyaradılanbuklubu biz Auguste Comte-əborcluyuq.
Bu siyasətin təməl prinsipi budur ki, ictimai hadisələr digər təbiət hadisələri kimi dəyişməz qanunlara tabedir, krallar və xalqlar tərəfindən özbaşına dəyişdirilə bilməz. Beləliklə sonuncu Bonapartın istədiyi və bu il yeddi milyondan çox səslə möhkəmlənən irsi monarxiyanın bir neçə həftə sonra çökdüyünü və onu yaranması uzun müddətdir gözlənilən Cümhuriyyətin əvəzlədiyini gördük. İnsanlarvəsivilizasiyanınyürüşüadlandırılan bu mərhələdə
insan ruhu nəhayət hadisələrdə olan daimimünasibətlərikəşfetməyəvəkeçmişiizah edən və gələcəyə işıq saçan qanunları formalaşdırmağa nail olmuşdur.
Beləliklə, siyasət bilikləri bundan sonra həqiqi dövlət adamlarını ədəbsiz iddialardan ayıracaq bir elmə çevrilir,
çünki bizə başçılıq etmək iddiasında olanlar əvvəlcə hədəfi və ona çatacaq yolu bildiklərini sübut etməli olacaqlar.
Bu insanları və hərəkətləri mühakimə etmək üsulumuzdur. Biz doktrinamız sayəsində həm qubernatorları
həmdə idarəçiləri maarifləndirməyi daha yaxşı bacara bilərik. Gərəklidir ki, respublikaçılar, indi hakimiyyət
əllərində olduqları üçün, digərlərindən daha layiqli və qabiliyyətli idarə etməyə malik olduqlarını sübut etsinlər. Yalnız pozitivizm onlara rəhbərlik edə və dəstəkləyə bilər. Klubunüzvlükkartındaşımağa can atan şəxs aşağıdakı şərtləri yerinə yetirməlidir:
- Hər hansı bir teoloji inancdan azad olmalı və nəticədə nə Allaha, nə də krala inanmalı;
- Hər hansı bir metafizik xəyaldan azad olmalı və nəticədə nə bərabərliyə, nə də xalqın suverenliyinə inanmalı;
- Fikirlərinizi üstün tutmaq üçün hər hansı bir hərbi əməliyyatdan imtina etməli və nəticədə nə təhqiramiz müharibə, nə dövlət çevrilişi, nə də iğtişaşlar iştirak etməlisiniz.
Bunlar əvəzolunmaz mənfi şərtlərdir. Amma burada həm də müəyyən sayda positivizm qanunları haqqında
razılıq yoxdursa, bu şərtlər üzvlər arasında uyğun formada kök sala bilməz.
- Universal prinsiplər
- Sosial hadisələr, digərləri kimi, insan fəaliyyətinin gedişatını dəyişdirə bilmir yalnız intensivliyi və ya
sürəti dəyişdirə bilir bu da varislik və bənzətmənin təbii qanunlarına tabedir.
- İnsan cəmiyyəti teoloji və hərbi dövlətdən metafizik və müdafiə dövləti (üç dövlətin qanunu) vasitəsilə elmi
və sənaye dövlətinə keçir.
- Tərəqqi, ailənin, mülkün və hökumətin, əsas qaydanı təşkil edən qurumların inkişafı, təkmilləşdirilməsi
və birləşdirilməsindən ibarətdir. Nəticə etibarı ilə nizamın inkişafından başqa bir şey deyil. - Siyasətin ümumi prinsipləri
- Sosial probleminhəlli, maddiyox da dahaçoxmənəvidəyərlərəəsaslanır,mənəvivəmüvəqqəti gücün tamamiləayrılmasını (Kilsə və dövlətin ayrılması) tələb edir.
Zənginlik sosial mənbədir və fərdi mənimsəməni qorumaqla, mülkiyyətlə bağlı əbədi mübahisələrin yalnız
hüquqlar üçün öhdəliklərin əvəzlənməsi ilə həll oluna biləcəyi yerlərdə olmalıdır.
Əmək, sərvət kimi, bir vətəndaşlıq ləyaqətinə qaldırılmalı və sosial bir funksiyaolaraqqəbuledilməlidir.
Əmək haqqı, göstərilən xidmətlərə görə heç vaxt ədalətli formada ödəmədən işçinin və ailəsinin saxlanması
üçün zəruri olan ödəncləri qarşılayan muzdan başqa bir şey deyildir.
Sintez qurumlardan əvvəl fikir və əxlaqın yenidən təşkili olmalıdır ki, yalnız İnsanlıq adına həyata keçirilə
bilsin.
Fəth edilmiş və parçalanmış Parisin xarabalıqları üzərində, ruhlardakı ümidsizlik hamımızın ətrafında
təkrarlandığı zaman: Fransa bitdi, biz təsəlliverici kimi və ölkəmizə inanan dərin imanla dolu ürəklə, ölülər
üçün dua etməyə deyil, əksinə dirilər üçün gəlirik. Bonapartizmdən təmizlənən Fransa nəhayət Avropa xalqları arasındakı mövqeyini yenidən bərpa edə bilər. Volter və Diderotun parlaq əsrində ilk və ən çox sevilən və yalnız militarizmə aşiq olduğu, mənəvi hökmranlığını maddi zülmə çevirmək istədiyi gündə başqaları üçün pis oldu.
Ancaq əvvəllər işğal etdiyi yer boşqaldıvəbuyeryenidənbərpaolunabilər. İndiki zamanın kədərlərinə və geridə
qalmış bir millətin qəddar iddialarına qarşı atəşkəs və zəiflik olmadan mübarizə apararkən, ruhumuzu keçmişin
və gələcəyin üzə çıxdığı işıqla dolu zirvələrə qaldırmalı, taleyimizi və ölkəmizin taleyini insan taleyinin əbədi
zəncirinə bağlamalıyıq .
Yalnız o zaman bizi vuran layiqli cəza bizi aşağı sala bilməyəcək və bədbəxtliklərimiz böyüdükcə enerjimiz
daha da yüksələcək. Qoy Fransa başını qaldırsın ,gücü və vəzifəsi barədə məlumatlı olsun. Charlemagne’dən
bəri Avropada görülən bütün böyük işlərdə iştirak edən millət; İnqilabın ataları olan Ensiklopedikləri hazırlayan
və dəstəkləyən millət; hər zaman məhsuldar və fəal olan Pozitivizmi yaradan ,cəsarətlə vəqətiyyətlə, zülmə baxmayaraq, aydınlaşmaqla o yenilənən doktrina qurmaq məqsədini güdür: bu millət ölməyib. Hələ də ondan
əvvəl çox əsrlik əzəmət və gücə sahibdir və tarixin panteonuna yazılmış adı sonsuza qədər əzəmətli və minnətdar insanlığın ən uzaq xatirələrində sabit qalacaqdır.
Eugene Semerie
31, Provence küçəsi
Paris, 28 Dekart 82 (4 Noyabr 1870)
TƏRCÜMƏÇİ: Nilgün Allahverdiyeva
Həmiçinin bax: Atomun quruluşu
Həmiçinin bax: https://tehsilim.org/biologiya-fakultsinde-veten-muharibesinin-qazileri-ile-gorus-kecirilib/