Polşa F-35 qırıcılarını Rusiya sərhədləri yaxınlığında yerləşdirməkdən imtina edib

 

Polşanın Milli Müdafiə Nazirliyi ABŞ-ın beşinci nəsil F-35A qırıcılarını Rusiya və Belarus yaxınlığında yerləşdirməkdən imtina edib.

 

Ordu.az “defence24” nəşrinə istinadən xəbər verir ki, rəsmi Varşava qırıcıların Rusiya və Belarus sərhədləri yaxınlığında yerləşdirilməsinin, ilk növbədə Polşa Hərbi Hava Qüvvələri üçün təhlükəli olduğundan ehtiyat edir.

 

Nəşr yazır ki, Polşa ordusu belə bir məsafədə F-35A qırıcıların yerləşdiriləcəyi məkanın ruslar üçün məlumat mənbəyinə çevriləcəyini başa düşüblər.

 

Qeyd edək ki, Polşa ilkin mərhələdə qırıcıların Rusiyanın Kalininqrad vilayətindən 80 km və Belarusun Minsk-Mazovetski, Brest əyalətindən 160 km məsafədə olan Malborkda yerləşdirilməsini planlaşdırsa da, sonda bu fikrdən imtina edib.

 

Polşalıların fikrincə, qarşı tərəf stels təyyarələrin radar və infraqırmızı siqnallarını öyrənməyə başlamaq fürsətini əldən verməyəcək. Buna görə də sözügedən qırıcıların daha etibarlı ərazidə yerləşdirilməsi nəzərə alınıb .

 

Rəsmi Varşava F-35A-ların ölkənin şimal-qərbində – Almaniya ilə sərhədi yaxınlığındakı Svidvin bölgəsində yerləşdirməyi daha münasib hesab edir.

 

Mənbə:Ordu.az

Müxbir:Aytac Cəfərova