Piramidalar- Öyrədilənlər və Gizlədilənlər

Tarixçilərin olduqca sevdikləri bir söz vardır “Tarix təkərrürdən ibarətdir”. Yəni təkrardan və təsadüfdən. Lakin fikrimcə tarix kimi bir sahədə təsadüflərə yer yoxdur. Siyasətdə nə baş verirsə mütləq daxilində gizli bir səbəblə baş verir. Məşhur şəxslərin bir- biri ilə eyni gündə öldürülməsi və yaxudda hər yeni əsrdə yeni bir fəlakətin meydana gəlməsi təsadüf ola bilməz. Tarixdə hər hansı bir hadisəyə təsadüf deyib keçmək o hadisənin araşdırılmaması üçün bəhanədir. Eynilə birazdan danışacağım məsələlər kimi.

Bildiyimiz kimi piramidalar dünyanın ən köhnə və sirli abidələrindən biridir. Sirlidir çünki, neçə nəfər tərəfindən nə vaxt və necə inşa edilmələri ilə bağlı əsaslı fikirlər yoxdur. Hətda bəzi fantastiklərə görə yad planetlilər tərəfindən inşa edildiyi ilə bağlı iddialarda var. Piramidaların o dövr fironlarının qəbir abidələri olduqları hələ orta məktəblərdən bizə öyrədilən qəlibləşmiş bir fikirdir. Mark Twanin olduqca sevdiyim bir sözü var “Bizi bəlaya salan bildiklərimiz yox bildiyimizi sandıqlarımızdır”.Minlərlə tonluq daşın yadplanetli yada adi insan tərəfindən necə üst-üstə yığılması mənə maraqlı gəlmir. Maraqlı olan isə gündəlik təxminən 10-15 min nəfərin çalışaraq xüsusi dəqiqliklə bu qədər ağır işi sadəcə bir firon cəsədinin qoyulması üçünmü etdikləridir? Əgər belədirsə, niyə bütün piramidalarda mumyalar yoxdur? Bəli bilirikki, piramida fironun sağlığında tikilirdi yada elə bilirdik. Yaxşı onda boş piramidanın sahibi ölümsüzlük sehrinimi tapmışdı? Sonrakı dövrlərdə tarixçilər belə iddia irəli sürdülərki, piramidalar bir növ elektrik istehsal edən terminal kimi isdifadə edilirdi. Bu böyük kəşfin gizli qalması üçün piramidaya firon məzarlığı bəzəyi vermək isə olduqca ağıllı fikir idi. İnsanlar bəşəriyyətə elektriyin 19-cu əsrin sonlarında Tesla və Edison tərəfindən bəxş edildiyini bilirdilər. Yada bildiyimizi sanırdıq. Fəqət daha sonra 1934-cü ildə İraqda kəşf edilən tapıntı bu iddiaları bir müddət rəfə qaldırdı. Bəhs edilən tapıntı Bağdat

batareyası və ya Part batareyası adlanan, lakin müasir batareyalara oxşamayan kəşf idi. Bu batareya 3 hissədən- keramik çanaq, mis boru və dəmir çubuqdan ibarət idi. Maye asid çamağa töküldükdə ortaya çıxan birləşmə elektrik yükü yaradırdı. Böyük Giza piramidasının içində tapılan bu tapıntı 2000 il əvvəl istifadə edilirdi. Bundan əlavə Böyük Giza piramidasının içində 1993 cü ildə “Kraliça otağı” adı verilən gizli bir otaq tapıldı. Uzaqdan idarəli kamera sistemi vasitəsilə görüntülənən otaqda nə kəşf edilmişdi? Kraliçanın mumyası? Xeyr. Otaqda bir- birindən fərqli kabel bağlantı şemaları və müxtəlif şəkillər, həmçinin xüsusi ehtiyatla bir birinə keçirilən mis tellər yerləşdirilmişdi. Piramidada olan Kirəç daşı, Qranit, Mis tellər, Dolamit bunlar hamısı mürəkkəb bir elektrik emalı vasitələri idi. Ancaq buda təsadüfdü deyənlər var idi. Ola bilsinki, piramidalar inşa edilərkən Misirdə sadəcə bu vasitələr mövcud idi. Ancaq təsadüflərə tarixdə yer olmadığı üçün bu fərziyənidə o qədər ciddiyə almayaq. Yəqinki, dünyada müasir dövrdə alternativ elektrik emalı üçün müxtəlif su elektrik stansiyalarının olduğunu hər kəs bilir. Suyun ciddi bir elektrik emalı vasitəsi kimi istifadə edildiyidə hamıya məlumdur. Bəs bizə qəbir abidəsi olduğu söylənilən bu piramidaların hər birinin əslində yeraltı çaylar üzərində qurulduğunu desəm? Məncə bu qədər təsadüf çoxdur. Yuxarıda piramidanın inşa edildiyi hissə səhralıq aşağısı isə yeraltı çaylar. Yəqinki, bu abidələrin tikintisi üçün belə yerlərin seçilməsidə təsadüf deyildi. Araşdırmalar nəticəsində məlum olmuşdurki, çayın suyu yerin cazibə qüvvəsini heçə sayaraq piramidanın xaricindəki kirəç daşı üzərində yuxarı qalxır və yaratdığı titrəşmə daxildə divarlara vurulan kvars daşının elektrik yükü ilə yüklənməsinə səbəb olurdu. Piramidanın ən üst hisssəsinə birləşdirilən qızıl

başlıq mənfi elektrik ionlarını atmosverə ötürürdü. Bəs bütün bu əziyyətlə və xüsusi dəqiqliklə başa gələn texnika nə üçün istifadə edilirdi? Bəzi şəkillərdə misirlilərin müasir lampaya olduqca oxşayan bir alət daşıdığı həmçinin kabelsiz enerji çertyojlarına bənzər təsvirlər görünürdü. Məşhur Dəndəra tapınağındakı təsvirdə isə insanların olduqca böyük bir lampanı daşıdıqları və bu lampanın xüsusi kabellərlə ötürücü olduğu ehtimal edilən qutuya birləşdirildiyi görünür. Bu enerjidən isə müxtəlif cür isdifadə edilə bilərdi. Bəzilərinin fikrincə, əsasən, işıqlandırılmada həmçinin müxtəlif avadanlıqları işə salmaqda isdifadə edilirdi. İsgəndəriyyədə tapılan köhnə dəniz fənərinin xüsusi bir lanpa ilə gücləndirildiyi faktı üzə çıxdıqdan sonra qədim Misirlilərin elektrikdən isdifadə etdiyi dahada təsdiqləndi.

Piramidalar haqqında maraqlı faktlar bununlada bitmir. Dünyadakı ən böyük Piramidanın Misirdə yox Çində olduğunu yəqinki, mən daxil çox az insan bilirdi. Bəs bu piramidanın Uyğur Türkləri tərəfindən inşa edildiyi söylənsə? Ağ Piramida adlanan bu tikili Çinin ortasında, Şian şəhərinin 100 km yaxınında, Şərqi Türküstanla sərhəddə yerləşirdi. 16 piramidadan ibarət olan kompleksin ən böyüyü sayılan Ağ piramida ilk dəfə olaraq ikinci dünya müharibəsi zamanı Amerikalı pilot James  Gacusman tərəfindən aşkar edildi. Lakin onlar Çindən bölgənin araşdırılması ilə bağlı icazə isdəsələrdə Çin nəinki, rədd cavabı verdi hətda bölgəyə girişə qadağa qoydu və yer üstü peyklərdən piramidaların görünməməsi üçün ətrafına ağaclar əkilməsi əmrini verdi. Lakin bu gün google earth kimi texnikalarla piramidaların mövcudluğu açıqca görünür. Ortaya belə bir sual çıxır. Çinin qədimdəki və eləcədə müasir dövrdəki Türk siyasəti, uyğur Türkləri məsələsi və bu abidələrin ört basdır edilməsi təsadüfdür?

Tarix təkərrürdən yox ağıllı siyasətdən ibarətdir…

Yazar: Müşfiqə Quliyeva

həmçinin bax Sultan II Əbdülhəmidin siyasi porteti

həmçinin bax FOBİYA NƏDİR?