Peloponnes müharibəsi
Plan:
1. Müharibəni doğuran səbəblər
2. Müharibənin başlaması
3. Müharibədə iştirak edən tərəflər
4. Müharibənin ilk mərhələsi e.ə 431-421
5. Siciliya ekspedisiyası e.ə 415-413
6. Müharibənin son mərhələsi e.ə 413-404
1. Müharibəni doğuran səbəblər
Yunan dünyasındakı iki əsas güc ölümcül bir müharibəyə başlamazdan öncə Perikl Çağı sona çatmamışdı.
Belə görünürdü ki, biri dənizin üstündə, digəri Peloponnesin başında yerləşən Afina və Sparta uzun və yorucu
olacağına inandıqları bir mübarizədən çəkinmiş ola bilər. Ancaq Yunan şəhərləri hər zaman bir-biri ilə döyüşməyə hazır idilər. Afina və Sparta Yunanıstan rəhbərliyi üçün bir-birlərinə rəqib olduqda, inamsızlıq və qısqanclıq alovlanmasının açıq qarşıdurmaya çevrilməsi asan idi. Afinalı tarixçi Fusides qedy edir ki, “və o dövrdə”
“Sparta gəncliyi və Afina gəncliyi çox idi; müharibə görməmişdilər və bu səbəbdən də silah götürməyə çox hazır idilər.”
2. Müharibənin başlaması
Qarşıdurmanın başlamasına səbəb Peloponnes Liqasının aparıcı üzvlərindən biri və Yunanıstanın ən əhəmiyyətli ticarət gücü olan Afinanın yanında yer alan Korinf şəhərinin mübahisəli ticarəti idi. Afinanın Egeydə inhisar
etdiyi ticarətdən məhrum olan Korinf yeni gəlir sahələri axtarır. Bu enerjili şəhər artıq İtalyan və Sicilya
sularında Korint ticarətinə əl atırdı. Afinalılar Korinflə müstəmləkəsi Korsika arasındakı mübahisəyə müdaxilə
etmək həddinə çatanda, hətta son şəhərlə müttəfiq olduqda da, Korinflilər haqlı olaraq küsdülər və Sparta’dan
kömək istədilər. Spartalılar onların müraciətinə qulaq asdılar və onlara “bütün gücləri ilə vuruşsalar qalib gələcəklərinə” əminlik verən Delfik sehrbazının aydın təsdiqi ilə müharibə elan etdilər.
3. Müharibədə iştirak edən tərəflər
Əsasən qitə dövləti olan Sparta, mərkəzi Yunanıstanın bəzi kiçik əyalətlərindən başqa, Argos və Açayea xaricindəki bütün Peloponnes dövlətlərinə əmr /verirdi. Əsasən dəniz gücü olan Afina, Egeyin bütün şəhərlərini idarə etdi. Spartalılar o dövrdə dünyanın ən qorxunc ordusuna sahib idilər, lakin pulları və gəmiləri yox idi. Afinalıların möhtəşəm bir donanması, axan bir xəzinəsi və birbaşa hücum mümkün olmayan alınmaz bir şəhər qalası var idi.
4. Müharibənin ilk mərhələsi e. ə 431-421
Müharibə e.ə 431-ci ildə başladı. Müharibənin ilk mərhələsi qətiyyətsiz idi. Afinalılar, Attikanı darmadağın edən daha güclü Peloponnes ordusu ilə açıq sahədə qarşıdurmanın qarşısını aldılar. Demək olar ki, mübarizənin başlanğıcında uzun divarların arxasında sıxışan Attikadan olan qaçqınlar arasında dəhşətli vəba xəstəliyi yayıldı. Vəba Periklin özü də daxil olmaqla Afina sakinlərinin ən azı dörddə birini öldürdü. On illik döyüşdən sonra hər iki tərəf müharibədən bezdi və əlli il davam edəcək sülh müqaviləsi bağladı.
5. Siciliya Ekspedisiyasi B.E.Ə 415-413
Sülh bağlandıqdan qısa müddət sonra, afinalılar Alsibiyadas adlı ağıllı və iddialı bir siyasətçi tərəfindən Sicilyada Sirakuza qarşı bir ekspedisiya keçirməyə razı salındılar. Bu şəhər Korinfin bir kaloniyasi idi və bu səbəbdən Peleponnes dövlətlərinin təbii müttəfiqi idi. Afinalılar onu fəth edərək Sicilyada güclərini toplayacaqlarına inanırdılar. Lakin Sirakuzanın mühasirəsi tamamilə uğursuz oldu. Afinalılar şəhəri tuta bilmədilər və böyük bir
dəniz döyüşündə donanamalarını itirdilər. Sonra quru yolu ilə geri çəkilməyə çalışdılar,lakin tezliklə təslim olmaq məcburiyyətində qaldilar.
Məhbusların çoxu kölə kimi satıldı, bir çoxu insanlıqdan kənar tutqunlar tərəfindən Sirakuza yaxınlığındakı
daş ocaqlarına atıldı və burada əzab-əziyyət və aclıqdan öldülər. Fukididin dediyinə görə Afinalıların ”həm ordusu,
həm də donanması tamamilə məhv edildi və uzaqlara gedən minlərlə insandan yalnız bir neçəsi evlərini qayıtdı”.
6. Müharibənin son mərhələsi e.ə 413-404
Afina bu dəhşətli zərbədən sonra heç vaxt özünə gələ bilmədi. Spartalilar indi ən böyük uğur ümidləri ilə rəqabəti sürətlə təzələdilər. Afinalılar gecə- gündüz şəhərlərini işğalçılardan qorumalı idilər, qullar düşmənə qaldı, özləri də şəhərin divarları xaricində əkinçilik edə bilmədilər. Təchizat üçün gəmilərdən tamamilə asılı idilər. Lakin afinalılar
on ilə yaxın müddətdə mübarizəni davam etdirdilər. Nəticədə spartalilar Hellespontdakı Aegospotamı yaxınlığında Afina donanmasını ələ keçirdi.
Tezliklə Pireyi mühasirəyə aldılar və orduları Afina divarları qarşısında düşərgə saldılar. Kəskin aclıq Afinalıları barışıq axtarmağa məcbur etdi. Spartalilar sərt şərtlər tətbiq etdilər. Afinalılar uzun divarlarını və Pirey istehkamlarını dağıtmalı, döyüş gəmilərini on ikisindən başqa hamısını təslim etmeli və Spartanın üstünlüyünü
qəbul etməli idilər.
TƏRCÜMƏÇİLƏR: Sara Aayeva və Zinyət Həsənova
Həmçinin bax: Yunan- İran müharibələri- II hissə
Həmçinin bax: Yunan- İran Müharibələri- I Hissə
Həmçinin bax: tehsilim.org/azerbaycanin-2-universiteti-dunya-reytinqinde/