Pedoqoji ünsiyyət və müəllimə verilən tələblər

Pedoqoji ünsiyyət və müəllimə verilən tələblər

Pedoqoji ünsiyyət müəllim və şagirdlərin təlim və tərbiyə prosesində həyata keçirdiyi peşə ünsiyyətidir. Bu cür ünsiyyət hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşması üçün şərait yaradılmasına yönəlmiş olur. Hər bir müəllimin pedoqoji ünsiyyətin mahiyyəti, onun sosial-psixoloji mexanizmləri ilə dərindən tanış olması və şagirdlərlə fəaliyyəti zamanı ondan düzgün istifadə etməsi zəruridir.

Pedoqoji ünsiyyət ünsiyyətin bütün xüsusiyyətlərini özündə əks etdirir. Sosial-psixoloji ədəbiyyatda ünsiyyətin bir-birilə bağlı olan üç cəhəti qeyd edilir. Pedoqoji ünsiyyətin yerinə yetirdiyi vəzifələrə görə onun aşağıdakı növləri var:

  1. İnformasiya mübadiləsi
  2. Başqa adamın davranışın tənzim etmək
  3. Şəxsiyyətlərarası anlama

Tərəf müqabilinin xarakterinə və müəllimin ünsiyyətdəki mövqeyinə görə pedaqoji ünsiyyətin növlərin müəyyənləşdirmək mümkündür. Pedaqoji ünsiyyəti öz məzmununa və müəllimin şagirdə müraciət tərzinə görə də növlərə ayırmaq mümkündür. Bunlara təşkiledici, qiymətləndirici, intizam yaradan pedaqoji ünsiyyət növlərini aid etmək olar.

Müəllimin kommunikativ fəaliyyətinin öyrənilməsi göstərir ki, pedaqoji ünsiyyətin xarakteri və məzmunu müxtəlif amillərlə şərtlənir ki, bunlardan müəllimin fərdi ünsiyyət üslubu, mövqeyi, ustanovkasını xüsusi qeyd etmək lazımdır. Bunlar bir növ ünsiyyətin vasitəsi rolunu oynayır.

Hamıda, eləcə də müəllimlərin hamısında ünsiyyət üslubu eyni olmur. Konkret bir şəxsiyyət kimi hər bir müəllimdə ünsiyyətin təşkili priyom və metodları nisbətən sabit şəkildə cəmlənir. Kommunikativ məsələni həll etməyə yönəldilmiş bu cür davamlı keyfiyyətlər fərdi ünsiyyət üslubu adlanır.

Müəllimlə şagirdlərin arasındakı münasibətlər nə qədər səmərəli olarsa, kollektivin idarə olunması, onun üzvlərinin tərbiyə işinin təşkili də bir o qədər səmərli olacaqdır. Şagirdlərlə qarşılıqlı ünsiyyətin səmərəliliyinə görə müəllimləri şərti olaraq 4 qrupa bölmək mümkündür.

  • Şagirdlərlə daim ünsiyyətdə olan müəllimlər. Bu cür müəllimlər təkcə dərsdə, məktəbdə təlimlə bağlı məsələləri həll edərkən şagirdlərlə ünsiyyətdə olmaqla kifayətlənmir, hətta onların şagirdlərlə ünsiyyəti şagird həyatının bütün sahələrini əhatə edir. Bu cür ünsiyyət öz səmərəliliyi, müəllimin şagirdlərə inamı ilə fərqlənir.
  • Şagirdlərə hörmətlə yanaşan və şagirdlərdə onlara qarşı daim inam və etimad olan müəllimlər təşkil edir. Lakin onun şagirdlərlə qarşılıqlı ünsiyyəti ən çox təlim prosesində mövcud olur. Təlimdən kənar vaxtlarda isə müxtəlif səbəblərdən bu cür ünsiyyət müntəzəm xarakter daşımır. Buna baxmayaraq bu və ya digər səbəblərdən şagird çətinliyə düşdükdə və bunu həll edə bilmədikdə həmin müəllimə müraciət edir, bu zaman onların arasındakı ünsiyyət açıq qəlbdən və inam səviyyəsində gedir.
  • Şagirdlərlə ünsiyyətə cəhd göstərirlər. Lakin bu cür ünsiyyətə nail ola bilmirlər. Bu ünsiyyətin baş tutmamasına səbəb, onlar vaxtın çatmaması üzündən öz cəhdlərini həyata keçirə bilmirlər.  Ünsiyyətə cəhd göstərməsinə baxmayaraq, şagirdlərin onlara inanmadıqlarına görə qarşılıqlı ünsiyyət baş  tutmur. Belə müəllimlər ya həddindən artıq öyüdçü (mentor) pozası tutur, ya onlara verilən sirri saxlaha bilmir, ya da şagirdlərin hörmətini qazana bilmirlər. Ona görə də bu cür müəllimlərin şagird kollektivini idarəetmələri çətinləşir.
  • Bu qrupa daxil olan müəllimlər şagirdlərlə çox məhdud işgüzar ümsiyyətlə kifayətlənirlər. Bu cür müəllimlər şagirdlərlə ünsiyyətə can atmadıqları kimi dərs dediyi şagirdlər də onlarla yaxın ünsiyyətə, ürək sözlərini deməyə, inlarla məsləhətləşməyə meyl göstərmirlər.

YAZAR: Çinarə Bayramova

Həmçinin bax: Müəllimə verilən psixoloji tələblər

Həmçinin bax: https://tehsilim.org/ders-vaxtinda-steam-dersleri/

Həmçinin bax:https://turaz.org/dim-direktorlar-surasinin-sedri-meleyke-abbaszade-metbuat-konfransi-kecirib/