Paytaxtda nəqliyyatın sıxlığı müşahidə olunan ərazilər məlum olub
Kafkazh.com-un xəbərinə görə, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, gün ərzində sərnişin tələbatı yüksək olan avtobus dayanacaq məntəqələri nəzarətdə saxlanılır:
“Səhər və axşam saatlarına uyğun olaraq, sərnişin tələbatı yüksək olan dayanacaq məntəqələri dəyişə bilir. Səhər saatlarında daha çox Əhmədli, 8-ci kilometr, Qara Qarayev prospekti istiqamətindən şəhər mərkəzinə sərnişin axını müşahidə ediriksə, axşam saatlarında, tam əksinə, şəhər mərkəzindən bu istiqamətdə kənd və qəsəbələrə sərnişin axını müşahidə olunur”.
Müxbir: Nuray Ələkbərova