Paşinyan Vanetsyana da cinayət işi açdırır

 

   

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyana qarşı cinayət işi açılıb.
Axar.az xəbər verir ki, bu məlumatı erməni mediası yayıb.
Məlumata görə, cinayət işi Vanetsyanın vəzifə səlahiyyətlərini aşması və dövlət büdcəsinə ziyan vurması ilə bağlıdır.
Milli Təhlükəsizlik Xidməti isə məlumatı təsdiq etməyib. Xidmət Vanetsyanın izahat verilməsi üçün dəvət edildiyini bəyan etsə də, ondan hansı cinayət işi üçün izahat alınacağı bildirilməyib
Mənbə :Axtar.az Müxbir:Həziyeva Ülviyyə