Paşinyan üç gün Ermənistanda olmayacaq
Paşinyan üç gün Ermənistanda olmayacaq
Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi birliyinin toplantısında iştirak etmək üçün Minskə gedir.
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, Belorus paytaxtında keçiriləcək hökumətlərarası şurasının toplantısı ilə əlaqədar olaraq Paşinyan 16-17 iyul tarixlərində Ermənistanda olmayacaq. Bu müddətdə onun səlahiyyətlərini baş nazir müavini Tiqran Avinyan icra edəcək.
Qeyd edək ki, hazırda pandemiya səbəbindən Ermənistanda fövqəladə vəziyyət hökm sürür.
Mənbə: Müsavat.com
Jalə Hüseynova