“Parma” klubu sahibini dəyişəcək.
Qətərli iş adamı “Parma”nı alır
“Parma” klubu sahibini dəyişəcək.
Apasport.az saytının məlumatına görə, qətərli iş adamı Hişam Saleh əl-Mana klubun prezidenti olacaq.
O, Qətərin ən varlı ailələrindən olan əl-Mana ailəsinin üzvüdür. Yeni sahib bunun üçün 5 il ərzində 63 milyon avro ödəyəcək və səhmlərin 51 faizinə sahib olacaq. Növbəti 5 ildə isə digər 49 faiz səhmləri alacaq. “Parma”nın hazırkı rəhbərliyi də işini davam etdirəcək. Yeni təyinatlar olacaq, ancaq struktur dəyişikliyi edilməyəcək.
Qeyd edək ki, Hişam Saleh əl-Mana “Saleh əl-Hamad əl-Mana Co” şirkətinin baş direktorudur.
Mənbə: musavat.com
Müxbir: Jalə Hüseynova