Panik atak
İnsanlar üçün maraqlı olan suallardan biri də, həyəcan, qorxu, stress və gərginlikdir. Həyəcan, qorxu, stress, gərginlik dedikdə nə başa düşürük? İnsan həyatında həmişə problem yaradırmı? Bəzi araşdırmalar nəticəsində, məlum anlayışlar insanda “PANİK ATAKIN” yaranmasına yol açır.
Nədir Panik atak?
Panik atak anidən başlayan şiddətli nigarançılıq və qorxu tutmasıdır. Bu hiss 10 dəqiqə içində artaraq ən yüksək həddə çatır, sonradan tədricən azalmağa başlayır və ən son isə yoxa çıxır. 2 saata qədər çəkə də bilər.
Hansı ki daxilimizdə yaranan gərginlik narahatlıq nəticəsində məruz qalırıq panik ataka. Tədqiqatlar sübut edir ki, hər bir insan ortalama ömrünün 2 ilini panik pozuntulara sərf edir. Davamlı olarsa bu panik atak tutmaları, irəlidə panik pozuntulara gətirib çıxarır. Panik atakın digər növləri vardır.Bu növlərdən biri də, panik pozuntusudur. Panik pozuntusunun bir travma ilə bağlı olduqunu deyə bilərəm. Hətda bunu da qeyd etmək isdəyirəm ki, travmanın təkrarlanma riski zamanı insanda ürək döyüntüsünün artması nəticəsində nəfəs darlığı yaşanır. Bu simptomlar əsasən, beyindən başlayıb bədənə yayılan sinir implusları nəticəsində yaranır. Bu impulslar adrenalin daxil olmaqla, bir çox hormonların ifrazı ilə nəticələnir. Ölüm ilə də nəticələnə bilər. Panik atak isə qaynağı bəlli olmayan problemlərə bağlı olur. Yaşanılan bir çox neqativ hallar, travmalar nəticəsində yarana bilər. Panik atak konkret bir hadisə zamanı deyil; şəxsin individual psixoloji vəziyyətinə uyğun olaraq yaranır və heç kim bu haldan sığortalanmayıb.
Panik pozuntu:
Əgər sizdə panik ataklar gözlənilmədən baş verirsə, hər panik atakdan sonra növbəti bir panik atağın olacağını həyəcanlı bir şəkildə gözləyirsinizsə; Panik atakın olmaması üçün və ya hər hansı bir ola biləcək pis hadisəyə qarşı özününü sığortlayırısınız kimi əlamətlər üstünlük təşkil edirsə bu panik pozuntu adlanır. Bu əlamətlərin müşahidə olunduğu şəxslərə panik pozuntu diaqnozu qoymazdan əvvəl pasiyent ətraflı müayinə olunmalı, ürək, ağciyər, tiroid, beyin mənşəli problemlərin olub-olmamasını dəqiqləşdirmək lazımdır.
Panika halının simptomları:
“Ürək çırpıntısı” hissi
Keyimə, tikanbatmalar
Tərləmə və titrəmə
Üşümə və yaxud istilik basması
Ağız quruluğu
İsti basma və ya titrəmə
Bütün duyğuların ölməsi
Boğulma hissi
Sinə ağrısı
Nəfəsin kəsilməsi
Eyni zamanda bir neçə hissi yaşamaq (üşütmə, tərləmə və s.)
Özünü pis hiss etmə (ürəkbulanma) və ya halsız hiss etmə, qarında ağrı
Ölüm qorxusu və ya dəli olma qorxusu
“Dünyadan qopma” hissi və ya “başqa birisi” kimi hiss etmək
Ciddi xəstəlik keçirmə qorxusu
Gözlərin qaralması, başın fırlanması, huşun itməsi
Ölüm qorxusudur.
Sadalanan psixoloji və fizioloji əlamətdən ən az 4-nün olması panik atak diaqnozu qoymaq üçün yetərlidir.
Panik atak daha cox psixoloji olur. Panik atakın yaranmasına monotonluq, gərginlik, yuxusuzluq, qeyri-sabit həyat tərzi də təsir edir. Psixoloji olduğu üçün müalicəsi psixoloji olaraq həll ola bilər. Dərmanlardan da istifadə etmək olar.
Panik atak daha çox qadınlarda yoxsa kişilərdə müşahidə olunur?
Çünki qadınlar emosional və keçmişə bağlı olan düşüncə tərzinə sahibdirlər. Kişilər də isə panik atak niyə olmur çünki, kişilər rasional və gələcəyə bağlı düşüncə tərzindədir.
Bu hallar ən çox yeniyetməlik dövründə və 40/50 yaş civarında olan insanlarda daha çox rast gəlinir. Panik pozuntu heç bir halda ölümə, infarkta, dəli olmaya, insult və digər bu kimi xəstəliklərin yaranmasına səbəb olmaz.
Müalicəsi:
Xəstələrə dərman terapiyası ilə yanaşı psixoterapiyanın aparılması da zəruridir.
Panik atakın müalicəsi üçün təlqinlər etmək olar. Panik atak zamanı deyildə ondan əvvəl edilməlidir. Gündə 3 dəfə. Hər dəfə 40 yaxud 50 dəfə mən həyəcanlanmayacam demək olar. Bu çox effektlidir. Panik atak olmayacaq deyil də onun əlamətlərini azaldaraq panik ataka qalib gəlmək olar. Mən həyəcanlanmayacam deyil də digər əlaməti də deyə bilərsiz. Bu təlqini həyatınızın digər sahələrində də istifadə edə bilərsiz. Yazılı da edə bilərsiz.
Yazar: Günel Həsənova
həmçinin bax Güzəran psixologiyası
https://tehsilim.org/saglamligimizi-qoruyaq-movzusunda-onlayn-ders-kecirilib/