Pakistandan Azərbaycana daha bir dəstək
Rəhbərlik etdiyim Azərbaycan-Pakistan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupu adından Pakistan İslam Respublikasının Senatına Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribatı barədə məktub ünvanlanıb.
Axar.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qeyd edib.
“Məktubumuz Pakistan İslam Respublikası Senatında Azərbaycanla dostluq qrupunun rəhbəri Məhəmməd Talha Mahmud tərəfindən cavablandırılıb. Senator Məhəmməd Talha Mahmud məktubunda Azərbaycana dəstəyini ifadə edib, Ermənistan silahlı qüvvələrinin təxribatını kəskin qınayıb, general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev başda olmaqla, qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyib. Qardaş Pakistan daima olduğu kimi, bir daha Azərbaycanla birlikdə olduğunu ifadə edib. Qardaş Pakistana bir daha təşəkkür edirik”, – o bildirib.
Qaynaq:Axar.az
Müxbir:kafkazh.com xüsusi müxbiri Nuray Ələkbərova