Özbək şairi Uluğbek Həmdəmin şeirləri
ƏFSANƏLƏR SÖYLƏ, GƏL, MƏNƏ…
Əfsanələr söylə, gəl, mənə,
O yürəğə bir məlhəm olsun.
Qara zülmət bütkül itsin ve
Qara gözlər işıkla dolsun.
Əfsanələr söylə bənzərsiz,
Yuysun qəlbdən həyat tozunu.
Geçmiş mənə azar verməsin,
Yarın zəbt ətməsin beynimi.
Əfsanələr söylə bir gözəl,
İstisna tutum gönlümü.
Uluğbəyə mas həmdə uyğun,
Gözləyəcəm böyük ölümü.
Əfsanələr söylə ilahi,
Varlığımı əngəlləsin o,
Yuxulara sahib olsun o,
“Ölüm yox” deyə göndərsin vəhi.
“Ölüm yox” deyə bağırsın yenə,
“Ölüm — Visal” deyə arzuya yetsin.
Məngü həyat etsin təntənə,
İki dünya birləşib getsin.
Əfsanələr söylə, gəl, mənə…
DİLƏK
Gözlərini gözümə tutub,
Ürəyimdən hikmətlər istə.
Can kökünü kökümə qoşub,
Nəfəsimdən hər zaman titrə.
Heç dolanma arasatda, qoy,
Yanğınların birini tərk et.
Ürəyinin sirrindən deyil,
Dünyaların kirini tərk et.
Ömür, axı, geri qayıtmır,
Ərmanları qır , ya parça et.
Allahımın nəğməsini söyləp,
Allahımın dərgahına get.
SƏNƏ QAYIDAN
Hər gün sən deyə min dəfə ölüb,
Min dəfə dirilən aftada mənəm.
Bəxt bədbəxtliyin yalıncağında,
Çarəsiz sarsıyan avarə mənəm.
İç-içimə batan o bıçağından,
Xəyali qalvırtək sədparə mənəm.
Bir günü sındırıb qəfəsini də,
Yinə sənə qayıdan hür yara mənəm… (1997)
SƏN DEYƏ
Uzaqlarda yürüsün sevdirisən,
Ümidlərim dəyirmanda əzdirirsən,
Oynayırsan, üzəcəksin, amma canım,
Yaradanı ürəyimə hiss etdirirsən.
Aslı kimsən, gözlərinsə sanki ahu,
Qayrılan qaşların baş alır,
Ovçumusun, olcə oldum yollarında,
Əllərindən içəm, peki ağu-ağu…
Gəldim sanki bu dünyaya mən sən deyə,
Gedirəm mi indi ondan, də, nərəyə,
Həyatımın mənası — söylə hardasın?
Tapmadan benim halım çox pis oldu.
Uzaqlarda gəzirsən ve sevdirirsən…
ƏŞQ
Bütün yollar sənə başlayır,
Həm də səndə tapır nihayə.
Yalnız dili zəncirlər oldu,
Evlilik deyən bir içi kara.
Ah-vah, onun dedi qodusu…
Vazgeçip, sənə qayıdacağam.
Gözlərimin sirri tükənir,
Gözlərinə dərhal deyəcəm…
Ah, taleyi məndən uzaq qız,
Xəyalları hələ tuzaq qız,
İllər keçir — keçirəm mən də,
Hür ruhuma köçürəm mən də…
Bütün yollar sənə başlayır,
Həmdə səndə tapır nihayə… (2001)
Özbək Türkcəsindən çevirdi: Rəhmət Babacan
Həmçinin bax: https://kafkazh.com/ozbek-saire-gulcohre-taxirovanin-dordlukleri/
Həmçinin bax: https://turaz.org/qazaxistan-2023-cu-ilde-7-cildlik-tarix-traktatini-nesr-etdirecek/