Özbək şairi Cəsurbəy Esanovun şeirləri

Gənc şair Cəsurbəy Esanov 1998-ci ildə Buxara vilayətinin Vabkent rayonunda anadan olub. O, Buxara Dövlət Universitetinin tarix fakültəsini bitirib.

 

MƏNZƏRƏ

 

Vaxta oldu nəmazşam sultan,

Gün yuxuya gedir muəlləq.

Qanlar qusub, can verəcək can,

Məxmər səma əlində şəfəq.

 

Quşlar oxuyacaq cənazə,

Matəm içindədir buludlar.

Qurdlar ulayir qayalarda,

Aypara həvəslə sürtülür.

 

Titrəyirlər bütün yarpaqlar,

Sürətli küləyi şimal qütbünün.

Fırlanması yer kürəsinin,

Bozacaq günəş yuxusunu.

 

Çəyirtkələr opera oxub,

Yənə səssiz qalacaq gecə.

Hərarətli baxişla baxib,

Səssiz mırıldayır Zuhralər.

 

Otun yəşil üzlərində yaş,

Gəlməkdədir gecənin sonu.

Oyadantək günü səhərlər,

Xoruzlarin hiçqiriğilə.

 

Günəş parlar, bü gün tam başqa,

Dağ ardından baxaraq zərif.

Ay işığında yuyunub, gecə

Söylə, yaxşı yatmısan, günəş?!

 

ARZU

 

“Kuf-suf” desən, yaransa bir şeir,

Oxusan, yenidən doğulsan.

Sol sinəndə nərə çəksə şer,

Cəsarət-çün məngu çevrilsən.

 

Səslənirsə sözün zəng kimi,

Sonra səni ram etsə ahən.

İnanmasan özünə özün,

Bu həqiqət ya yuxu, desən.

 

Xöş mənzərə görünsa əyan,

Damcılasa gözündən həyrət.

Damarında axsa bir üsyan,

Bədənindən çəkilsə həsrət.

 

Təsəvvür et, səmada gəzsən,

Uçar giləm düzüb bulutdan.

Uçsan əgər daha yüksəkdə,

Keçsən şahin, qartallardan da.

 

Qönçələsə qəlbində hisslər,

İçəridən açsan gül-çiçək.

Sonra ətirli qoxular gəlsə,

Tozdan olsan xəlas sən əgər.

 

Çəkə bilsən bəxtin şəklini

Könlündə parlasa işıq-ziya.

Dadına baxsan, ömür ləzzətini,

Və mənalı görünsə dünya.

 

“Kuf-suf” desən…

 

GECƏ

 

Xəyyamın ruhu güvah:

İçib Əşqin badasın,

Gecədən tapdım pənah,

Aldim ayin dəldəsin.

 

Susmaqdan aləm bir bax,

Başına örtdü səllə.

Fəttan nəsimlər — ana

Yarpaqa deyir əllə.

 

Çəyirtkələr, çalin zəng,

Məhmur ruhum rəqs etsin.

Göydə ulduzlar gözəl,

Xoşbəxtliyim istəb uçsun.

 

Dilin xırıltısından,

Sevgi salanda çaxin…

Qoynumdəki mələkdən

Könlümdəki yar yaxın!

 

Sevgilimi düşünməyə,

Səvq eləyir axşamlar.

İtirir narahatlığı,

Hədiyyə edib pəyğamlar.

 

Ay dodaqından, bəy-bəy,

Sanki bulud öpən, ah.

Bu axşamlari mənə

Verdiyi kimi Allah.

 

AŞİQ FƏRYADİ

 

Dərvişliyim — hamıya tanış,

Qoxusuz bir gül istər təbim.

Nəxs dodaqı toxunmaz, təmiz

Öpüşlərə təşnədir ləbim.

 

Göyə baxsam təmizlənir göz,

Təmizlənir əşqdan qəlb-dilim.

Dünyanın ən çirkin qızı da

Görünəcək pərivəş kimi.

 

Mənim yolum kəsəməz heç kəs,

Qarışqanın izi kimidir.

Basmaq mümkün deyil havurin,

İşimdə bir aşiq yaşayır.

 

Şirəsinə aşiq sözümün,

Uçuşunu gözləyir kimlər.

Şəmsdən alov içən gözümün,

Gülxənində isinir hurlar.

 

Ürəyimin dəli yerindən,

Cənnətnəfəs şeir çixacaq.

Yaranmamış əşq palçığından,

Qüvvətim Fərhadi məhv edəcək.

 

Bağa muştaq bu baxışlarım,

Sərxoş keçər nəfislik istəb.

Sübhdəki həyrət, fəryadim,

Qovdu, tutub aldi axşamı.

 

Axşamların dili isə lal,

Xəyrixahdir xümarlığıma.

Səmada qırılan aypara,

Əl qaldırır sayıqlığıma.

 

Yer quracaq fikrimdə xulya,

Və özümdən qovulmuşam mən.

Hansı daxma dustağıyam, ya

Hansı krallıq padşahıyam mən?

 

Addımlasam şorlanan torpaq,

Bərəkətli quma çevrilir.

Gecə qopar arabir tufan,

Son mübahisəya hazırlaşır.

 

Nəfəsimdən damlalayır köz,

Yandıracaq həttə o daşi.

Yanmağıma baxib bu aləm,

Cütlük düşünəcakdir Günəşi.

 

Ölsəm əgər, Bəqa darıxıb,

Canım söylər fənaya bir qəm.

Girsəm çiçəkləyir o ləhəd,

Dönəcək cənnətə cəhənnəm.

 

Uçub gedir məraca ruhum,

Geysin həvəs jaməsin mürted.

Ah, Allahim, məni özünə,

Aşiq əylə əbədul-əbəd.

ÖZBƏK TÜRKCƏSİNDƏN ÇEVİRƏN: Rəhmət Babacan
HƏMÇİNİN BAX: Özbək şairə Lalə Corayevanın şeirləri
HƏMÇİNİN BAX: Tehsilim.org/sabah-qruplarina-muellim-secimi-davam-edir/