Özbək şairəsi Sərvinaz Cüməniyyazovanın şeirləri

QIŞ

 

Sarımtıl payızdan qalmayıb əsər,

Soyuq, ağ-appaq qış edəcək təşrif.

Təbiət soyuyub səmaya baxar,

Fəslim tərifinə sözlər də zəif.

 

Səhərdə oyanıb baxdım yavaşca,

Möhtəşəm mənzərə şahidi oldum.

Ətrafda duman var, nə möcüzədir,

Sirlər dünyasının yoldaşi oldum.

 

Sonra yaxınlaşdım pəncərəyə mən,

Ağaclar insanlar kimi titrəyir.

Qış nəvbət gözləmir axı heç zaman,

Solan yarpaqlar da hələ getməyıb.

 

Hər fəsil kimi bu qışın zövqu var,

Bəlkə bu səbəbdən ona aşiqəm.

Heç zaman itirilməs onun deyəri,

Qışa daş atsalar ağrıyırım mən.

 

İNANC

 

Həyatda yalnız üç şeyə vardir bil,

Allaha, son ata-anaya inanc.

Digəri həyatda keçici hissdir,

Başqaya inansan yolun qaranlıq.

 

Şirin yalanlara inanma, dostum,

Onlarin içi boş, aldanma dostum.

Unutma, şirin söz gizli yalandır,

Adansan qəlb-köksün yaradır, qandır.

 

DUYĞULAR ÖLKƏSINƏ GETMƏK

 

Xəyal okeanında bir darqa kimi,

Gəmimi sürəcək fikrət küləyi.

 

Sakıt təpələri titrətib asan,

Aparir duyğular ölkəsinə o.

 

Dalğalar gurlayır, tartacaq nərə,

Könlümü götürər qərbdən şərqə.

 

Sanki ağrılarım hiss edərək sust,

Üzümü yuyayacaq bu yağışlar da.

 

Özümü düzdüm mən göyə baxanda,

Damlalar axanda dodaqlarımda.

 

Yağışa köksümü tuturam əstə,

Köksüm əzildikcə azalır dərd də.

 

Gəmi sükanını tuturam yavaş,

İndi yol ünvanı mənim əlimdə.

 

Kompasa baxdım və sağa döndürdüm,

Məqsədimə mütləq çatacam deyə.

 

Başqa bir gəmilər uzaqda qaldı,

Dünyanı ləhzədə səssizlik aldı.

 

İndi başqa yollar olmaz xəyalim,

Üz göstərir axtardığım adayım.

 

QAFIYƏ

 

Qafiyəli sözlər tapılmadı heç,

Onun arzusunu axtardım tez-geç.

Kasın adam kimi gəzsə sərgərdan,

İçimdəki hissi tapdım nagəhan.

Sonra yolum möcuzələrə doldu,

Ürəyim də yənə çox gözəl oldu.

TƏRCÜMƏÇİ: Rəhmət Babacan 
HƏMÇİNİN BAX: Azərbaycan Səfəvi Dövləti I Şah Abbasın hakimiyyəti illərində
HƏMÇİNİN BAX: Tehsilim.org/turk-edebiyyatinda-elisir-nevainin-rolu-adli-seminar-kecirilecek/