Özbək şairəsi Bibirəcəb Elbəyovanın şeirləri
Bibirəcəb Elbəyova
Bibirəcəb Elbəyova 1966-cı il oktyabrın 20-də Səmərqənd vilayəti Comboy rayonunun Sərçaşma məhəlləsində anadan olub. Gənc yaşlarından ədəbiyyatla maraqlandığı üçün 12 yaşından şeirlər yazmağa başlayıb. Rayon və şəhər qəzetlərində müntəzəm olaraq şeir və məqalələri ilə çıxış edib. İlk kitabı 1999-cu ildə “Zərəfşon” nəşriyyatında “İzlərimdə yağış yağsın” adı ilə çıxıb. Daha çox sufizm ədəbiyyatı yönündə yazdığı şeirləri ilə məşhurlaşan şairənin, həmçinin “Yaralış”, “Kövsər suyu”, “Keçmişdən əfsanələr”, “Camalını axtarıram”, “Məngülik ağacı”, “Aqibət”, “İltica” kimi şeir kitabları da işıq üzü görüb. O, Beynəlxalq Turan Elmlər Akademiyasının Yazıçılar Birliyinin, Qırğızıstan Yazıçılar Birliyinin, Qazaxıstan “İJODKOR” birliyinin üzvüdür. Bundan əlavə, MDB ölkələrinin “Ən yaxşı elmi tədqiqatçı” adının və sertifikatının sahibidir. Yazıçının yaxın zamanlarda “Mənəm divanə aşiq” adlı şeir kitabı işıq üzü görüb.
Fəğan eylər Nəsimi
Dabanından soydular, qanın axıtdılar,
Dar ağacı altında ruhun sızlatdılar.
Təxti-dəvvar bilmədi Nəsimi şöhrətin,
Fəğan etdi, Allaha qurban oldu Nəsimi.
O, aşiqlik şərabın içdi, günahmı?
“Ya Rəbb” deyib Mövlaya
Yalvarmağı günahmı?
Qəlbini imanla
Doldurmağı günahmı?
Fəğan edən dünyaya xəyal olmuş Nəsimi.
Yanınızda olsaydım, canınıza can verərdim,
Sizə gələn bəlaya qalxantək durardım.
Nəsimitək babamı cəzadan qurtarardım,
Razı olan dünyada fəğan oldu Nəsimi.
Günəş idi Nəsimi, söndürdülər kafirlər,
Paxıllar daşın atıb, öldürürdülər kafirlər.
Dabanın altından soydurdular kafirlər,
Yaradanın nəzərində sultan oldu Nəsimi.
Ariflərin gültacı, dövrün şeyxi Nəsimi,
Rəzalətin sinəsinə süngü vurdu Nəsimi.
Əsrlərdən-əsrlərə ahu-fəğan Nəsimi,
Məhşər səhərində ali-sultan Nəsimi.
Özbək türkcəsindən çevirən: Davronbek Oripov
Həmçinin bax: https://kafkazh.com/ozbek-sairi-ulugbek-hemdemin-seirleri/
Həmçinin bax: https://turaz.org/azerbaycan-qazaxistan-senedleri-imzalanib/