Özbək şairə Zümrəd Məşərifovanın şeirləri

Zümrəd Məşəripova  1990-cı ildə qardaş ölkə Özbəkistanın Xarəzm vilayəti Yenibazar rayonunda anadan olub. Zülfiyyə adına Dövlət Mükafatı laureatına namizərddir. Özbəkistan Yazıçılar Birliyinin üzvü və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti II mərhələ magistrantıdır.

 

YAĞIŞ

 

Yağış pəncərəmi döyürdu tıq-tıq,

Açsam qucağıma atır özünü.

Uzaqdan darıxıb gələn kimi çox,

Pıçıldab-şıtıldab deyir sözünü.

 

Pəncərə açmadım, asmadım qulaq,

Tutmaq istəyirkən çəkdim əlimi.

Seltək gözyaşlara doludur bulaq,

Təmiz eləsəydi axı könlümü.

 

Dözmək çətin dalğa, fırtınalara,

Bişəfqət küləklər sərt-sərt qamçılar.

Yağış ağlayaraq yixilir yerə,

Pəncərəmdən damlayır ağ damcılar.

 

YADINDADIR

 

Başa bəla gəlsə bipərvə getdin,

Könlümdan dokulən qəm yadındadır?

Ağ və qara rəngə dolu dünyada,

Ağ səhər gözləyən dəm yadındadır?

 

Qaranlıq qəlbini işıqlandırmaq-çün,

Eşqdən yandırdığım şam yadındadır?

İkiyə bölünmüş bir ürək indi,

İki ürək idi cəm yadındadır?

 

VAXT

 

Dəniz uğuldayır dərinliyində,

Balıqlar üzürlər dayanmaq bilməy.

Və ya sahildən daha uzaqda,

Qayğısız uşaqlıq çalır qamış nəy.

 

Dənizin dibində yatır mərmilər,

Gətirmir xəyala göyə atmaq can.

Daşın dalğa isə təpə ləbində,

Daşlara başını vurur çalışqan.

 

* * *

Var idim

sən üçün yaranan,

Tar idim

səsi da daralan,

Dar idim

boynuna sarılan,

Yar idim

ömrünə quranan.

Sənəmlər

çox qırdı rəşqimi,

Ələmlər

bıtırdı aşqimi,

Bu belədir

Sən belə

tənbəlmi, fəhmimə?

Vecinə vermədin

qəzəbimə.

Toxundu

ağyarin gözləri,

Əydi bu qəddimi

sözləri,

Şayiələrə inanib

çaş oldum,

Yaşamağa güçsüz,

laş oldum,

Yarican

bağışla, üzülmə,

Hicran tiğ

vurma heç köksümə.

Altında sovrulub

kül ollam,

Əlində titrəyən

gül ollam.

De, kim də etmədi

xətalər?

Canin ət canima

ətalər!

Tutalım dargınlık

əlindən,

Axı səhv olmasın

yolundan.

Bənzəyıb

Məcnunu-Ləyliyə,

Səhrada qum keçsək

məyliyə…

TƏRCÜMƏÇİ: Rahmet babacan
HƏMÇİNİN BAX: Özbək şairə Zilalə Xocaniyazovanın şeirləri
HƏMÇİNİN BAX: Tehsilim.org/5-nomreli-respublika-xususi-internat-mektebinde-tedbir/