Özbək şairə Zilalə Xocaniyazovanın şeirləri
Zilalə Xocaniyazova 1973-cü il 16-iyunda qardaş ölkə Özbəkistanda anadan olub. Şairə Özbəkistan Yazıçılar Birliyinin üzvüdür. “Ürəyimdə bir çiçək bitir”, “Könül şevəsi”, “Ürəyə yol” şeir və “Jurnalistika və gəncliyin siyasi idealı”, “Kütləvi informasiya vasitələri və ictimai nəzarət”, “Qloballaşma şəraitində gənclik mənəviyyat”, “Ailə tarix və inkişaf” şeir və publisistik kitabların müəllifidir. Uluqbəy mükafatı laureatı.
TƏŞRİF
Bəli, bir gün birdən, bilməm qafildən…
Ürək qapısını döyüb gəldi Bəxt.
O uzaq bir yerdə yaşayır idi,
Mən məyus olmuşdum, gözləb çox müddət.
Günəş işığından, dan nəfəsindən,
Əlində bir dəstə gülü var idi.
Ürəyim quş kimi çıxdı qəfəsdən,
Hər yan payız idi, qəlb bahar idi.
Tələsik geyincə qızıl donunu,
Özünü bəzədib, xoşbəxt oldu o.
Gözləməkdən doyan məyus, kədərli,
Ruhumu məhv edib nurtək gəldi o.
Daha tək deyildim, həsrət yurdunda
Sanki parlayırdı sağım və solum.
Nəsə yaşamaq-çün ümid verirdi…
Axı Bəxt sıxırdı sərt-sərt bu əlim.
— Mən gəldim! — dedi o, — Az gec olsa da,
Səhv oldum kəftdəki yazıqlar ara…
Sonra gülümsəyıb həmdə utanıb,
Dedi: ünvanını yanlış yazmışam …
Bəli, bir gün birdən, bilməm qafildən…
APREL
Ağac sırğasını çıxarıb,
Götürəcək oynaqı bir yel.
Pəncərədən ahistə girib,
Gülümsəyir mən sevən aprel.
O, dilo, ürək asimani,
Axidacaq gözündən yaşin.
O qədər çox qalma yağışda,
Bax, qayıtdı geri sirrdaşin.
Bahar güldən gültac düzəldib,
Bağlarıma eylər bəhşidə.
Çiçəklərin nazini istəb,
Yer oyanır yenə yuxudan.
Qızılgül gödəkçəsi qət-qət,
Utanıraq yeçir hər səhər.
Şirin nağıl başla sən, ancaq
Məhəbbətdən danışma bahar.
Pəncərədən ahistə girib,
Gülümsəyir mən sevən aprel…
PAYIZ
Küləklər əsdirir gül-xəzanimi,
Solğun rəng doldurur dörd tamanımı,
Xatirlər əzablab yazıq canımı,
Birdən ürək yinə ağrıyır səssiz…
Bəlkə də hər şeyə günahkar payız…
Vaxt təsəlli verir, bilmədi könlüm,
Nə-nə odlar söndü, sönmədi könlüm,
Dünya şişdi, inkar etmədi könlüm,
İllər ağrılarım artırdı, əfsüs,
Bəlkə də hər şeyə günahkar payız…
Yağışlar gecələr dərdləşib bitdi,
Bu gözəl bağlara bir sükut çökdü,
Ürək sənsizliyə təslim olarmı indi,
Xəyal unudulub, günlərim məyus…
Bəlkə də hər şeyə günahkar payız…
Bir vaxtlar… Payızı gözlədik intıq,
Diydar fəsli idi, bəxt idi tartıq,
İndi ürəklərdə dərdi — ayrılıq,
Bağlar xatırladır əşq qoxusunu hənuz,
Bəlkə də hər şeyə günahkar payız…
TƏRCÜMƏÇİ: Rəhmət Babacan
HƏMÇİNİN BAX: Şuşa Azərbaycanın tacıdır
HƏMÇİNİN BAX: Turaz.org/sovket-mirziyoyev-noyabrin-28-de-turkmenistana-sefer-edecek/