Özbək şairə Sevinc Çörəqulovanın şeirləri
Gənc Özbək şairəsi Sevinc Çörəqulova 2004-cü il 29-noyabrda qardaş ölkə Özbəkistanın Peşkü rayonunun Şavqan kəndində anadan olub.
XOŞBƏXTLİK
Çəkəcək dil bəxtin şəklini,
Təsvir üçün baxacaq: nə var?
Xəyallarım uçar bir şirin,
Axtaracaq bəxt üçün timsal.
Dolaşır bu dərbədər ürək,
Tapa bilmir bəxtdən nişanə.
Düşünər: “Ah, bir dəstək olsa,
Çəksən, yol açsa bəxt tərəfə…”
Niyə belə narazısan, qəlb?
Həyat başqa nə etsin təklif?
Varlıqda bəxtdir qulflu sirr,
Açar səndə.
Sən özün, bəlkə…
Bax, gözlərin dərinliyində,
Əsirlikdə naçar bəxt yaşar.
Bu barədə düşünmə, əsla
Bəli, onları xilas et sən, var!
Bu bəxti sən yaratdın bir vaxt,
Niyə bir dar kimi asılırsan?
Göydə deyil, əsl bəxt yerdə,
Öz bəxtini özün boğursan.
CANƏCAN DİLİM
Əsrlər qorunub saxlanan bir dil,
Ürəkdə coş vuran ilham, duğyansan.
Bir özün aşansan könül gözümü,
Sənlə gələcəyim parlaq, nurəfşan.
Hə, sənin altinda Kohi Qaf əyik,
Teymur, Cəlaliddin könlü, ərdaği.
Kimdir köksün qırdı, amma sən hündür,
Qırılma! Qırılma, “dağların dağı”.
Sən idin türki bağ — en böyük şair,
Nəvai su tutdu — böyüdün gözəl.
Nədənsə Boburun ürəyin cızır,
Bu deyən bayt və özü çalan saz.
Çünki o çalanda orada idin,
Köksün oyar hicran, baytdə hökümran.
Vaxt ilə sən oldun uçuş vaxtında,
Onlar qənatinda geçdin bu cahan.
Çolpan qələm ilə od yandırdı,
Qədiri nəsrdə ucaltdi heykəl.
Osman Nasir şeiri könülə,
Fitrət sənə verdi fikirdən səyqəl.
Yaşna, mənim anam, ey ana dilim,
Əbədi səninləyəm — sonmaz ulduzam.
Sən daim danişsan, yaşnayır könlüm,
Əslində özündan yaranan qızam.
ÜRƏYİMSİZ
Bir gün bu dünyaya sığmayacam mən,
Bəlkə dar yollarda gedəcəm yanıb.
Arman əlim tutsa itələməm heç,
Güc çatmaz, mən uduzdum, o qalıb.
Torpağa basdırılsa əgər xəyalim,
Qaçsa təlbə həmin ilham məndən də.
Əldən qələm, dildən silinsə balım,
Bədən yerdə qalır, ruhla gedirəm.
Yaxşı, məni tanımasın dünyalar,
Düzdü, səmalarda uçmuram heç mən.
Siz alin varımı: gözəllik, dövlət,
Məndə yalnız qanli ürəyim qalsın.
Axı zərrə qədər mərhəmətin yox,
Zəif ürəyimi də alsanız əgər.
Çox gecdir.
Bu dəfə ulduz olacam,
Göylərdən sizlərə salacam nəzər.
AĞLAYIRAM
Ağlayıram, dərd və qəmdən ağlayıram,
Anamın gözündəki nəmdən ağlayıram,
Atamın belini büksə hər həyat,
Yağışa sirdaş və həmdəm ağlayıram.
Ağlayıram, dəli kimi darixib ağlayıram,
Xəyal gəlməyini axtarıb ağlayıram,
Ürəyimi qırar sonsuz iztirab,
Uşaq anlarımı xatırlayıb ağlayıram.
Kim üçün səbəbsiz illəb ağlayıram,
Bəzən xəzan, bəzən gülləb ağlayıram,
Şadam ki bəxtimdən, xoşbəxtliyimdən,
Dünyaya da bunu diləb ağlayıram!
ÖZBƏK TÜRKCƏSİNDƏN ÇEVİRDİ: Rahmet Babacan
HƏMÇİNİN BAX: Emosional fokslanma
HƏMÇİNİN BAX: Rusiya Uzaq Şərqi satıb?