Özbək şairə Şəhla Ramanovanın şeirləri

İlahi pərdəni çəkən, ey riştə,

Saf, ipək hisslərin rəngində idim.

Ruhum varlığını dolduran töhfə,

Hər zaman ürəyin zəngində idim.

 

Hər dəfə unuttun qəlbdəki mehrim,

Tökdüm yalnız mənə nifrətin, dadın.

Hər sınaqda dedin… Olmadı, qədrim,

Dinləyib ağladım dərdli dəryadin.

 

Əksin göydür və çox yaxşı adamsan,

Sadəcə qoynundan keçə bilmirəm.

Cana pəyvənd olan güclü bir təlsən,

Bəzən kədər ilə uça bilmirəm.

 

Öpürəm baxdığın hər bir zərrəni,

Əksini gördüyüm bu müdrik dünya.

Köksüm asimanindan yağan yağışı,

Həmd ilə zəngindir təsəvvür səma.

 

Qəmindən böyüyür ruhu rəvanim,

Ağrıdan günbəgün genişlənir ürək.

Zəmində yorulub dil və tavanım,

Mən Yeddinci göyə qalxmağım gərək.

* * *

Hər qum dənəsində Səni görürəm,

Hesab kərrəsində Sən saqı yalnız.

Hər olan röyadan Səni sörürəm,

Sonu mərrəsində Sən baqı yalnız.

 

Əfsanə, yox, vəhy, Həqiqət Özün,

Hifz və qorunmanda həyat ləhzəsi.

Hər şeyə də qadir hidayət Özün,

Xeyir-dua dilər gözüm lərzəsi.

 

Pənah ol, sinaqda atma hər yerə,

Böyümək gəlişin yol, mahiyyəti.

Bilikin həyatı bezəyən meyar,

Səndan başqa deyil bəxtinin sehri.

 

Ürəyin zərbində Sənin varlığın,

Cənnət əyvaninda salam dinləyin.

Hər zaman hiss edib mənə yarlığın,

Gözəl rəhmətinlə özüm inləyin.

* * *

Verdığın cəbrmi, səbr ya sitəm,

Mənim canim sənin sözünə fida.

İstəsən həyatım edərsin hürrəm,

Könlümdə məhəbbət həyatbəxş səfa.

 

Varlığın, yarlığın könlüm şadlatar,

Birdən unutmadan qorxuram, e-vah.

İnancim nəfəsi hissimə həlqə,

Yalnız qəzəbindən qorxuram ancaq.

 

Yerin taftında da mehrin var sənin,

Gücün də həmişə sənaya malik.

Gecələr özümü eləsəm oyaq,

Lutfin zərrəciyi ömrümə bir mülk.

ÖZBƏK TÜRKCƏSİNDƏN ÇEVİRDİ: Rəhmət babacan
HƏMÇİNİN BAX: Özbək şairə Diləfruz Eşanquliyevanın şeirləri
HƏMÇİNİN BAX: Rusiya Uzaq Şərqi satıb?