Özbək şairə Lalə Corayevanın şeirləri

ON SANIYƏ…

 

Yuxusuzluqdan vaz keçmədən ağlım

Zəng çalacaq budilnik, saat.

On saniyə…

yənə on saniyə…

və on saniyə gec qalır bamdad…

 

Yənə bir az,

və yənə bir az…

yavaş-yavaş işim vardir və…

O ilgisiz on saniyədən

Başlayacaq böyük gecikmə…

 

Tələsirəm, on saniyəyə

Avtobuslar eləmir taqət.

Hər dan duracaqda gözləyir məni,

On saniyə gec qalan “Həyat”.

 

Qarmaqarışıqam, bir də səliqə,

Lek vərdişin pozmaz heç saat…

Ömür davam edəcək, bir bax

On saniyə etmədən taqət…

 

GECƏ

 

Aləm dincəlməkdə

bəzmdən qayıtan

yuxuya gedəcək

rəqqasə kimi…

 

Bir azca nas* qalan

nasqapın sırtın,

Titrəyən əlilə

vurub bihal

Ağpadişahi məğlub edən

Devlər haqqında

Nəvələrə

nağıl söyləyir qoca.

 

Uzun saçlarını

bozan, esdirən,

Külək bibaşliyin

görmədən məlal,

Yüz yıldır yad olan

nağılı dinlər

Yüzüncü dəfə

qocadan köhnə dal.

 

…Hər an bir ritmdə

fırlanır dünya,

Zaman öz yerindən

getməz bir addım.

Nağıl danışmaqdan

yorulmazsa qoca,

Ya da o küləkdən

yıxılmasa dal,

Çox eskidən qalan

köhnə nağılı

Nəvələr nəvələrinə

Hətta yüz ildən son

söyləyəcəkdir.

 

Kimsə oyadmazsa,

Kimsə deyməzsə,

Geri qayıdacaq

təkrar və təkrar:

Gecə,

Bəzm,

Rəqqasə

Və nağılcı qoca…

 

YESENİNƏ MƏKTUB

 

O, Yesenin, davakar oğlan,

Sənə olan Əşq ürəyimdə.

Sən ananı sevdiyin kimi,

Öz ölkəmi sevirəm mən də.

(mən qəribdə ana yox axı)

Sənə şəfqətim qəlbimdə cəm.

 

Səmərqənd istəyir könlün,

Mənim könlüm Moskova aşiq.

Mavi gözlü qıza aşiqsən,

Ürəyimi it tımdalayır,

Mavi deyil mənim gözlərim.

 

Narahatam,

Sən unut axı,

İndi Rusda Şahinələr çox,

Amma səntək şeirə mehriban,

Xorasanda Yeseninler yox,

Narahatam, sən unut axı..

 

Ürək “Yaz, yaz!” deyə vuracaq,

Yazsam sözlər kağıza sığmır.

Yazıram, od vururam sonra,

Şairliği istəmirəm heç,

Ürək “Yaz, yaz!” deyə vuracaq.

 

Rusda sən-çün qoyurlar heykəl,

İstedadın və felin üçün.

Öz yurdumdan qovulmasaydım,

Axı səni sevdiyim üçün.

Rusda sən-çün qoyurlar heykəl.

 

O, Yesenin davakar oğlan,

Çox vəhşidir sənin gözlərin.

Bil ki, Şərqdə matəm olacaq,

Şaxinanı unutduğun gün.

Çox vəhşidir sənin gözlərin.

 

* * *

Mənə yetməz ay derdim,

Ulduza yox cay derdim,

Aytək qəlbi kibrə

İtirdim, a, itirdim.

 

Günlər göydə gülmürdü,

Onsuz könlüm dolmurdu,

Yanar idim əşqində

Ay bunu heç bilmirdi…

 

Verdim, əlim tutmadı,

O mənim-çün qəm utmadı,

Boynum göyə çatdi, ancaq

Aya heç vaxt çatmadı…

 

Günün köksü daşmıydı,

Batmağa tələsmədı,

Göyə qalxa bilmədim,

Ay da yerə düşmədi…

 

Mənə yetməz ay derdim,

Ulduza yox cay derdim,

Eh… Ləkəsiz ürəyim,

Xallı aya itirdim…

ÖZBƏK TÜRKCƏSİNDƏN ÇEVİRDİ: Rəhmət Babacan
HƏMÇİNİN BAX: Qızıl Ordanın təşəkkülü və Kalka müharibəsi
HƏMÇİNİN BAX: Tehsilim.org/pariltisini-hiss-etdirmeyen-qigilcim-qurbaneli-serifzade/