Özbək şairə Gülçöhrə Taxırovanın dördlükləri
Qardaş ölkə Özbəkistanın istedadlı şairəsi olan Gülçöhrə Taxırova həmçinin Buxara vilayətinin Şafirkan rayonun 13 saylı ixtisas dövlət orta məktəbin ingilis dili müəlliməsidir.
DÖRDLÜKLƏR
Sağlam olsa bədən, ruh olsa tətik,
İşin də məhsuldar, unüm olacaq.
İnsanlara etsən yaxşılıq əgər,
Ömrün də gözəl və uzun olacaq.
* * *
Qəlb gözün görürsə, şükür et,
Ürəğin vurursa, şükür et.
Yaşamaq da bir — mükafatdır,
Həyat ilham versə, şükür et
* * *
Nəf gözləri aclara baxma,
Yalancı göz yaşlara baxma,
İçindəki buzları ərit,
Altındakı daşlara baxma.
* * *
Elm bəxtə nərdivan, dediyi düzdür,
Və ya uzaq karvan, dediyi düzdür,
Əllərindən tutsan, uğur səninki,
Qəlbdə qalmaz arman dediyi düzdür.
* * *
Təvazökarlıq kamillikdir. Təvazökar ol müdam,
Heç zaman dilindən də düşməsin əlik-salam,
Mən sağam deməyə haqqın var — bil ki,
Ürəkləri mehrinlə əgər əyləyəbilsən ram.
* * *
Uğursuz olursan, şikayət etmə,
Ruzi-nəsibindən heç uzaq getmə,
Ağlın dediyinə bir tabe kimi,
Ürəyini boşdan həbsə atma.
* * *
Əsgərlər var — çörəyimiz var hər an,
Əsgər var — yüksəklir şərəf ilə şan,
Əsgər var — ürəklər arzuya dolu,
Əsgər var — sağ olur əziz ruhu can.
* * *
Ümid zəfərlərə aparır, dostum,
Möhnətsiz ləzzət bu — nağıldır, dostum.
Nüsrət gülşənində yaşamaq olsan,
Böyük qəlb və kitab lazımdır, dostum.
* * *
Nalimaq — Əzəldən şübhələnməkdir,
Ən əvvəl özünü pisləşdirməkdir,
Nalimaq — həqiqi dostdan ayrılmaq,
Düşmənlər sayını çoğaltırmaqdır.
* * *
Vətənimə xidmət etmək istəyirəm,
Ömrümü məna ilə bağlamaq istəyirəm,
Əsl əşqi oxusam, həqiqi dərdlə,
Milyonlarla qəlbi üzmək istəyirəm.
Özbək Türkcəsindən çevirdi: Rəhmət Babacan
Həmçinin bax: https://kafkazh.com/ozbek-saire-dilnure-rehmanovanin-seirleri/
Həmçinin bax: https://turaz.org/kamran-m-yunisin-seir-poeziyasi-kecirilecek/