Özbək şairə Dilnurə Rəhmanovanın şeirləri
BİZİM MAHNIMIZ
İstərdim bir mahnı, sən dinləyici,
Gündən-günə sənliklər mənimlə dolsun.
İstərdim ahəngi dəniz səsindən,
Hər sətri eşqimiz mətin olsun.
İstərdim mahnı oxu yalnız sən,
Şəkillər çəkərdin, səni sevməyim.
Dinləsəm, dinləsən, ağlasaq bircə,
İstərdim istəsən xoşbəxt olmağım.
Sən gedən zamanda mahnı oxusam,
Sevərdin, yenidən üzməyimi də
Qucaqlayıb, darıxıb, xatırlayıb sevərdin,
Sevərdin, gözümü sıxmağımı da
Bəli, düz! Əsəbini pozan mahnıyam,
Mən səni sevirəm, sevirəm, sevə…
Unutma! Bizliyin mahnısı bu — biz,
Ürəyim döyünür yalnız sən deyə.
LALƏNİ…
Taleyim əlindən tutmaq-çün möhkəm,
Utanı, arayıb məni tap erkən,
Dağları didincə, yağış yolda həm,
Bir dəstə laləni gətir mən üçün.
Rəssam alnımı cızan məngü yar,
Sevgi, qırmızı “qip” idik,
qabarıq təkrar,
Dodağı qırmızım, görəndə ilk var,
Könlü ağ laləni gətir mən üçün.
Bəlkə də tanışız, göz gözə düşən,
Bəlkə, bir qərib, ancaq gəlmiş qovuşan,
Qoynunda hər cür bəxtdən gülüşən,
Ən xoşbəxt laləni gətir mən üçün.
Bügün bir şeir yaz mənə ürəkdən,
Sözlərin ürəyə çatacaq dən-dən,
Böylə…
Gül götürənlər qaşında məqrür, şən,
Özünün ömrünü gətir mən üçün!
ALLAHIM, MƏN ÜÇÜN MUSKADIR ANAM
Göydən enən kimi suallar verib,
Dünyanın tozu üstümə dərib,
“Sən varsan” deyirəm başı götürüb,
Allahım, mən üçün muskadır anam.
Hər zaman bilmədən, könlünü üzsəm,
Ağlarsan, gecələr mən zəng edirsəm,
Sənin qoynun böyük, böyüyüb bilsəm,
Allahım, mən üçün muskadır anam.
Yaxşıyam. Məndən heç narahat olma
“Doymuş, sağmı” deyə xəyala dalma,
Gedirsəm, göz yaşla əzabda qalma,
Allahım, mən üçün muskadır anam.
Deməyə sözüm var sən üçün bir az,
Mənəm sənin quzun, ey saçları ağ,
Bəxtimi diləyən ağlayan muncaq,
Allahım, mən üçün muskadır anam.
Özümə baxınca, diqqət cəmlədim,
Gözün pisliyinə saçım daradım,
Bir əla bu gündən şüar yaratdım:
“Allahım, mən üçün muskadır anam”.
Gün gələcək mən də “Zülfiyyə” olub,
İçəridə xoşbəxt yaşlara dolub,
Xatırlayırıq, bir yerdə ağlar oturub,
Allahım, mən üçün muskadır anam.
“Qızım, muskanı da taxmırsan” demə,
Allahım, qızlara muskadır Ana..!
Özbək Türkcəsindən çevirdi: Rəhmət Babacan
Həmçinin bax: https://kafkazh.com/ozbek-saire-sevinc-corequlovanin-seirleri/
Həmçinin bax: https://turaz.org/filoloji-arasdirmalar-ve-dil-monitorinqi-merkezi-iki-yasin-hesabati/