Özbək şairə Diləfruz Eşanquliyevanın şeirləri
HƏQQİ BİLƏN ÜRƏKLƏR…
Səcdədə sabitdirlər, eləməzlər nidalər,
Taətə aşina qəlb, onun dostu gədalər,
Ətəyinə yapişmiş, ağlayıraq vidalar,
Gecə qoynunda sübh üzər, həqq əşqində ədalər.
Ürəyində saxlayır Rəsulunun salamin,
Əmanət deyə bilsin! Həqqin hər bir qulamin,
Onlar yerdəki mələklər, üzlərindən nur saçır,
Dildən çıxmadan oxur Yaradanın kəlamin.
Tale yazılarına etməz heç vaxt itiraz,
Təqva bağları ona Buxarilərdən miras,
Anlayırlar dünyanın qədim hikmətlərini,
Dörd ayaqlı taxta at gözləməyək bir az.
Xəyallari limma-lim! Cənnət qapısın döyür,
Yaradanın baxışı sevindirir və sevir,
Siyrətin Nəbəvinin ayəsin təkrar edirlər,
Gözlərindən şukurun, zem-zem suları axır.
Səbirin gulşənində padşah kimi bu zatlar,
Bu fanı bazarlarda kufrdan başqa, yatlar,
Dərd gələndə izzətlənir, nəhar kimi xöşlənir,
Axirət lövhəsində yazır gizli bayatlar!
Səvabin etməz göz-göz, heç kim bilməz heç zaman,
Ey münafiqlər! Başı göydən aşağı salın.
Qızılsız təvazökar, paltarı deyil qızıl,
Seçilmiş axı onlar, sırasına tələsin.
Gecə qoynunda sübh üzər, həqq əşqində ədalər…
GÖZÜNÜZÜ AÇIN
Yorudursa azarlar,
Xiylə dolu bazarlar,
Düşündürür məzarlar,
Dostum, açin gözünüz.
Öz nəslini də satan,
Bal deyil zəhər datan,
Kədər-azapa batan,
Dostum, açin gözünüz.
Dünya sənə amanət,
Ona etmən xəyanət,
Sünnət axı diyanət,
Dostum, açin gözünüz.
Böyüyəcək qızınız,
Bir gün basar iziniz,
Təəssüf etmən özünüz,
Dostum, açin gözünüz.
Mərtəbəniz də sərab,
Məhv edər bir gün xərab,
Verdiyi yalnız azab,
Dostum, açin gözünüz.
Gəlsə ələ dövlətlər,
Çaşirmasin sövlətlər,
Tukənsin illətlər,
Dostum, açin gözünüz.
Vətən eşqi yandırsa,
Öz torpağın sevdirsə,
Mənfəətlər pozulsa,
Dostum, açin gözünüz.
Sizə pasban şəriət,
Onda vardır həqiqət,
Olman indi bişəfqət,
Dostum, açin gözünüz.
ÖZBƏK TÜRKCƏSİNDƏN ÇEVİRDİ: Rəhmət Babacan
HƏMÇİNİN BAX: Özbək şairi Cəsurbəy Esanovun şeirləri
HƏMÇİNİN BAX: Türkmənistan və Taliban arasındakı gərginliyin pərdə arxası