Özbək şair Şahzad Qələndərovun şeirləri

Uyğunluq

Bil ki, sənə olan tələbim sonsuz,

Kaş sənin yanında sevgilin olsam.

Mənimki olsaydin sən ey gözəl qız,

Xoş gələr səninlə huzura dolsam.

 

Səni axı daha çox sevəcəyim,

Ağrın da, zövqün da bəri mənə şan.

Sənə hər şəyimi, bil, verəcəyim,

Yalan deyil sözüm, əzizim, inan.

 

Sən görən yuxuyu görəcəm mən də,

Bu nə tapmacadir, bu nəcə düyün,

Ondan nə istəyə biləcəm mən də?

Və anlayıram ki, biz bircə, uyğun.

 

Özümdə deyilim, çaş olan bəynim,

Və bilmədim heç nə edəcəyimi.

Bildimki, sən pərdaz etdiyin üçün,

Boyamaq istədim bu ürəyimi.

 

Məncə ki vücudun sanki bir aləm,

Məndə çox səndə var olan ləyaqət.

Qulaq as, könlümdə fəryad döyünür,

Etmək istəyirəm sənə səyahət.

 

Səni hiss edərdim mən onda ancaq,

Visalini arzulayıb ağlasam.

Qəlbinə çatardım təbii ki bir gün,

Damarımı damarına bağlasam.

 

Ana yurdum

Əziz ata-babalardan mirasım,

Sənə artır məhəbbətim, ixlasım,

Həmişə səxavətım gormuşsan lazım,

Sıyrətını sevəcəm ana yurdum.

 

Sən Cəlaləddin və Teymur babamı,

Nadirə, Üvaysi, Munis nənəmı,

Böyütdün və parlaq etdin dövranı,

Nəzərini sevəcəm ana yurdum.

 

Çıxsa da içindən cahil, gümrahlar,

Səni satsalar və etsə günahlar,

Bağışlayıb tutdum sığınacaqlar,

Şəvqətini sevəcəm ana yurdum.

 

Bir də çarəsizin başın silərsən,

Müşfiq, pakliyi da yaxşı bilirsən,

Xalqına çox xoşbəxtlik arzulayırsan,

Ximmətini sevəcəm ana yurdum.

 

Sevirəm

 

Bəlkə də sən mələk və ya günahkar,

Bir o qədər könlüm etsən də əbgar,

Niyə olduğunu fərqi yox dildar,

İddia etmədən sevirəm səni!

 

Məlikəm, sən mənim ayim, ulduzum,

Səni görəcəkdir ancaq bu gözüm,

Sənə həsr olunub deyəcək sözüm,

Həttaki görmədən sevirəm səni!

 

Əşqina bir aşiq, dəlitək dolub,

İllər keçdikcə də səbirli olub,

Səni axı yalnız özümki bilib,

Ümid nə bilmədən sevirəm səni.

 

Əgər olsaq bir gün böyük bir səhra,

Heç birimiz üçün yox su, nə hava,

Küləkə çevrilib qoynunda tənha,

Hər zərrənə qədər sevirəm səni!

 

Bədənim donəcək, yanacaq ruhum,

Səndən başqa yoxdur nə qəm, ənduhim,

Səni gözləyəncə öləcək ruhum,

Heç peşman olmadan sevirəm səni!

 

Şahzadmidim bilməm, Əlişir, Zəfər,

Xəyalimi oğurladın sən dilbər,

Səni tanıyırdım minlər yil əvvəl,

Kim olduğum bilmədən sevirəm səni.

TƏRCÜMƏÇİ: Rəhmət Babacan
HƏMÇİNİN BAX: Babək və xürrəmilər haqqında qaynaqlar
HƏMÇİNİN BAX: Tehsilim.org/samanizm-ve-xakas-turkleri-adli-seminar-kecirilecek/