Otuz illik müharibə- Bohem və Danimarka mərhələsi

30illk müharibə 1618-ci ildə Bohem üsyanı ilə başladı və 1648-ci ildə başa çatdı.  Müharibə 4 əsas mərhələyə bölünür.
1. Bohem ( Çex ) dövrü (1618-1623)
2. Danimarka dövrü (1624-1629)
3. Isveç dövrü (1629-1635)
4. Fransız dövrü (1635-1648)

Öncə dini zəmində başlayan müharibə getdikcə xarakterini tamamən dəyişdirdi. Habsburg hökmranlığının bir
hissəsi dövründə katoliklər və kalvinistlər arasında tamamilə daxili qarşı durma kimi başladı və bütün Almaniya
və Almaniyanın əksər qonşularını əhatə etdi. Müharibə nəhayət sərhəd əyalətləri və qitədə yüksəliş uğurunda
Burbons və Habsburgs arasındakı  müharibəyə çevrildi.

Bohem ( Çex ) dövrü (1618-1623)
Bohem üsyançılarına Çarles Emmanuel, Betlen Gabor və  Frederik tərəfindən verilən dəstək üsyançıları yox olmaqdan xilas etməklə yanaşı imperialistlərə də təhlükə yaratdı. İmperiya qoşunlarının hamısı Bohemiyadan təmizləndi. Habsburqlarin taleyi təhlükə altında olduğu zaman imperator Matias öldü (20 mart 1619) və onun
yerinə Ferdinand seçildi (28 avqust). İddialı gənc, bu təklifi axmaqcasına qəbul etdi və bütün ağlı başında olan
dostlarının tövsiyəsinə rədd etdi. Katoliklərin və ya Lüteranların hakimiyyətin Kalvinistlərə  bu şəkildə keçməsinə dözəcəkləridə ağlasığmaz idi. Həqiqətən, Frederikin Bohem tacını qəbul etməsi həm Çarlz Emmanuelin, həm də Betlen Gaborun ondan uzaqlaşmasına səbəb oldu.

Digər tərəfdən, imperatorun işinə aşağıdakı səbəblər asanlaşdırdı.
1. Braverya və Kont Tilli Maksimilianın rəhbərliyi altında katolik liqası
2. Ispaniya ( Hollandiyadan və Frans Comte )
3. Saksoniyanın Lüteran seçicisi Con Gorg eyni zamanda bütün prosedurlarda utanc
verici və fəlakətli bir rol oynadı.

Bu ittifaqın  əsas nəticələri aşağıdakılardı.
1. Palatinanı ispanlar zəbt etdi
2. Bohemiya , 8 noyabr 1620-ci ildə Praqa xaricindəki Ağ Dağ döyüşündə Frederikin qüvvələrini tamamilə darmadağın edən katolik liqası ordusu tərəfindən işğal edildi.
3. O, Hollandiyaya qaçdı və ömrü boyu  sürgünündə qaldı. Ordusu  qalib gələn Bavariya Maksimiliana tabe oldu.
4. Kalvinistlər birliyi ləğv edildi (1621)
5. Desultor döyüşü daha 2 il davam etdi
6. Mansfield hele də Pfalda geniş yayılmışdı. Ona Brunsvilki Xristian və digər
kiçik Alman protestantları qatıldı. Lakin 1623-cü ilə qədər hamısı məğlub oldu
və katolik qələbə çaldı.

Danimarka mərhələsi ( 1624-1629 )
Katolik liqasının qəti qələbəsi və Ferdinandın zərərsiləşdirilməsi Şimali Alman lüteranlarını ciddi şəkildə təşvişə
saldı. Dünyəviləşdirilmiş dini torpaqlara sahibliklərinin təhdid olunduğunu anladıqları üçün İngiltərədən olan I Ceyms də kürəkəni Frederikin Palatinaya qaytarılmasını tələb etmək üçün hərəkətə keçdi. Riçeli Parisdə yenicə
vəzifə almışdı və Habsburgları alçaltmaq qərarına gəlmişdi və bu mərhələdə Danimarkalı IV Kristian onun müttəfiqi oldu  Danimarkalı  IV Kristian, Lüteran, Holşteynin Dükü olaraq, eyni zamanda bir Alman şahzadəsi, Aşağı Sakson dairesinin üzvü idi.

Bremen və Verden kimi itirməməyə can atdığı iki vacib dünyəviləşdirilmiş yepiskopluğa sahib idi. Riçeli onun qorxularını asanlıqla sezdi, eyni zamanda Baltikyanı ölkələrdə üstünlük üçün ümidlər yaratdı. Üstəlik, İngiltərə
kralı I Ceymsi Almaniyada müharibəni davam etdirdiyi müddətdə ona ayda 30000  funt sterlinq ödəməyə məcbur etdi. Beləliklə, 1625-ci ildə müharibə yenidən Danimarkanın kömək etdiyi Şimali Alman lüteran güclərinin Güneyi zəbt etmək və həm Katolik birliyini həm də imperatoru məğlub etmək cəhdi kimi başladı.

Onların cəhdi uğurlusuzluqla nəticələndi. Danimarkalı Kristianın Veser vadisinə doğur irəliləməsi Tilli və
Katolik liqasının qüvvələri tərəfindən qətiyyətlə dayandırıldı, əsas döyüş Lutter idi (27 avqust 1627).  Bu vaxt
Elba vadisindəki Mansfield yürüşü yeni bir imperiya ordusu tərəfindən Desadakı(25 aprel 1626) ən diqqətçəkici xarakterin yeni komandiri Albrext  Von Vallensteyin tərəfindən idarə edildi. 1583-cü il təvəllüdlü bu adam bir
Bohem zadəganı idi. Lüteran valideynlərinin oğlu olsada, Katolik olaraq təhsil almışdı. Albrext Von Vallensteyin
iki ağıllı evlilik sayəsində son dərəcə varlı olmuşdu. 1620-ci ildə sərvətini qadağan olunmuş Bohem üsyançılarının ərazi mülklərinin hissələrini almaq üçün istifadə etdi. Beləliklə, Vallensteyin vətəninin böyük bir hissəsinin sahibi
və bir çox insanın ağası oldu.

Vallensteynin hər hansı birdinə qarşı həvəsi yox idi, lakin Almaniyanın imperator altında birləşməsi və hökumətin mərkəzləşdirilməsi ideyasına can atırdı. Bu birlik və avtokratiyanın mənafeyi naminə dini tolerantlığı qəbul etdi və imperiya adını səmərəli mübarizə aparmağa hazır olduqları təqdirdə bütün inanclı və xarakterli insanları ordusuna cəlb etdi. 1626-cı ildə Vallensteyn öz hesabına 50000 nəfərlik bir qüvvə topladı və onları öz rəhbərliyi altında imperatorun sərəncamına verdi. Dasada Mansfieldi məğlub edərək Sileziya, Maklenburq və Pomeradta üzərində nəzarəti ələ aldı. Imperator onu demək olar ki, müstəqil güclə Maklenburq Dükü etdi; və Vallensteyn Baltikyanı ərazilərdə tam Alman nəzarətinin qurulmasını düşünürdü. Eyni zamanda Tilli və Katolik liqası  qüvvələri Luterdəki qələbəsindən sonra Holşteyni tutdular və nəhayət Gluckstadtda dayanana qədər Danimarkanı işğal etdilər.

1629-cu ilə qədər Danimarkalı IV Kristian müharibədən daha çox əziyyət çəkdi. O döyüşdə məğlub edilmiş, torpaqlar amansız düşmənlər tərəfindən məhv edilmiş, ingilislər maliyyə dəstəyini vaxt-vaxtında ödəməmişdilər.  Starlsund və Gluckstadtın müvəfəqiyyətli müqavimətindən istifadə edərək, IV Kristian barışıq tələb edir və əlverişsiz olmayan
Lübek müqaviləsini imzalayır(1629 may). O, müharibədən çəkinməli və bir daha müharibəyə qarışmamalı, dünyəviləşdirilmiş ruhani torpaqlarını təslim etməli idi. Lakin irsi hökmranlığını davam etdirə bilərdi. Beləliklə, Danimarkanın müharibə dövrü sona çatdı. Bir daha liqa və İmperatorun qəti şəkildə qalıb gəldi. Həqiqətən Ferdinand 1629-cu ildə o qədər etibarlı bir addım atdı ki, ‘ Almaniya dini tarixinin bütün uzun müddətində çıxarılan ən radikal
və təhlükəli sənəd’ olaraq xarakterizə edilən Yenidən Idarə Edilməsi Fərmanını verməyə təşəbbüs göstərdi etdi.

Müharibənin sonrakı mərhələləri
İmperatorun verdiyi “Qayıdış Fərmanı” ( 1629 mart), 1955-ci il Ausburq razılaşmasından bəri bütün dünyəviləşdirilmiş dini xüsusiyyətlərin bərpası üçün şərait yaratdı. Müvafiq mülklərə iki arxiyepiskopluğun  (Maqdeburq və Bremen), 12 yepiskopluğun və 120-ə yaxın digər dini fondun geniş mülkləri və gəlirləri daxildir.
Bu bir çoxu- xüsusən Saksoniya və Badenburq feodalları- əsrin dörddə üçünə qədər uzanan dövrlərdə bu əmlaklardan faydalanan və inkişaf etdirən Şimali Alman lüteranlarına gözlənilməz bir zərbə oldu.

Indiyə qədər müharibəyə qoşulmamaq üçün əllərindən
gələni edirdilər, baxmayaraq ki, əraziləri Tilli və Vallensteynin  ordularının qarətlərindən çox əziyyət çəkmişdi.
Ancaq indi, hökmran katoliklər tərəfindən yerlərini tərk etməyə və təzminat verməyə çağırılacaqlarını başa
düşdülər. Heç kim əks-islahatın harda bitəcəyini bilmirdi. Saksoniyanın birmənalı olmayan hakimi Con Gorg
və Brandenburqun tərəddüdlü hakimi Gorg Vilyam ilə yanaşı daha da əhəmiyyətli üç nəfər, “Təzminat Fərmanı”nda dərin şübhə ilə gördü.

Əvvəlcə Vallensteyin, dini tolerantlıq və qarşılıqlı harmoniya əsasında təsirlənməli olduğunu iddia etdiyi Almaniyanın birləşməsi üçün şərait yaranmadığını  bildirdi. Buna görə də özünü həm Katolik liqasına (həmişə nifrət və dəhşətlə qarşıladığı) və İmperatorun özünə (bu günə qədər yepiskopların mərkəzində) qarşı fəal düşmənçilik
içində tapdı. İkincisi, Fransadakı Riçeli, Fərman qəbul edildiyi təqdirdə Avstriya Habsburqunun gücünün çox artacağını anlayırdı. Buna görə də fərmanın ləğv edilməsinə və ya başqa sözlə müharibənin nəyin bahasına olursa-olsun, davam etməsinə qərar verdi.

Üçüncüsü, İsveç kralı Qustav Adolfun (1611-1632) öz səbəbləri ilə Almaniyanın işlərinə müdaxilə etməyin vaxtının gəldiyini düşünürdü. Bir tərəfdən, qüdrətli bir Lüteran olaraq öz evində inancının yox olduğunu görmək istəmirdi.
Digər bir tərəfdən, Baltik hökmdarı olaraq Adolf Maklenburg və Pomeranyadakı Vellensteyin quruluşlarına sərt  şəkildə qarşı çıxdı. 1630-cu ildə əla bir dövlət başçısı, qeyri-adi bir bacarıq sahibi olan aktiv şəkildə hərəkət edən Riçeli, danışıqları eyni vaxtda davam etdirdi, hər ikisi də tam uğurla başa çatdı. Nəhayət  1631-ci ildə rəsmi Fransa- İsveç ittifaqı bağladı.

Qaynaq: Venkateshwara University- History of Europe ( 1453- 1815 )
Tərcüməçi: Zinyət Həsənova
Həmçinin bax: Otuz illik müharibə-Giriş və səbəblər

Həmçinin bax: Ən zəhərli hörümçəklər
Həmçinin bax: tehsilim.org/bdu-nun-yeni-telebe-evi-muasir-standartlara-cavab-verir/