Osman Nəsir Nil və Roma
I
Lampam yanır… Bir yaralı qanadtək ağır,
Düşünürəm. Ürəyimdə sanki sel yağır,
Ağrıyıram. Titrəyirəm huşum pərişan,
Keçmiş, bu gün və gələcək görünür — hər an.
Çalışıram, bütün güçüm gözümə gələr;
Və lampama pərvanətək vurular illər, —
Ətraf isə dolar birdən yanmış qanada…
Düşünçəmdə: böyük səhra, minirəm ata —
Küləkdən çox sürətli, buludlardan yüngül çapıram;
Hər köz olan bir qanaddan mən ruh tapıram.
Baxıram son ölü gözə (niyə qorxmalıyam?).
Hamısının deşib indi gözünün ayın —
Göz tutaram: qışqıracaq illər, adamlar.
Eşıdılər mənə onlar atan addımlar…
II
Sarı qumlar arasında qan rəngli günəş —
Qalxacaqdir. Nildə axır qullar dökən yaş.
Fəryadlara dözə bilmir yer və asiman.
Ra harada? Azirisa? Ağrıdır Tifon!
Kimdən kömək istəməli axı xəstə qul?
Ərki kilid, həyat kilid; tanrı da kilid!
Qabda su yox, quru torba: həm çörək-nan yox!
Batan günəş kimi ancaq üzündə qan yox.
Gözündə gözü yox, belində bel yox, heyhat!
Firon onu qarışqatək əzır, o salar dad!
Fironun hökmü sərtdir, Firon ilhəqdir,
Tanrılara xoş gələn o, həyatı həqdir.
Nə etdiyin özu bilir, özü hükmran
Misr boyu Nil axır “qullar dökən qan!”
III
Ta Minisdən Ramzesəcən, Ramzesdən nəri,
“Şahzadə qız” Kleopatranın hükmran dövrü.
O vaxtdan bəri çox uzun… daha çox illər,
Minlərlə qayalarla örtülüb könüllər.
Göz yaşından, qəlb daşından düzəldilmiş heykəl,
Məğrur durar, məğrur baxır, axı heç məhəl
Nə insandan, nə zamandan qorxmur ancaq o.
Qəzəbini içə udan qullar əli bu!
Qullar… (mənəm o qullarin ölməz övladı,
Mənim özüm, heç vaxt ölməz o qullar yadı.
Mənim özüm, göylərəcən alov-od saçıb,
Atamlarımın başından təməli daşıb,
Azadlığım abidəsini tikən insan mənəm!
O can mənəm, o qan mənəm, həmin şan mənəm!)
IV
Hər zaman irəli uçur mənim qəşəng atim ta,
Əvvəl bahar səmasıntək ağlar gəda Roma.
Sinəsində bir damla süd olmayan ana,
Körpəsini bir qayanın qoydu altına.
Ölüm yaxşı, alçaldılsa kişi bu qədər,
Bir çörək nə? Ona çatmaq çətin olsa gər.
Yandırmazmı şimşək bütün cümlə cahanı?
Fəlakət üçünmü ömür, adamın canı?
Sən cavab ver, gəl yanıma, ey yaşlı Homer,
Göz yaşı və qan ətrinə susamışmı yer?
Yaxşı, qoca! Şadam sonra danışdığımçün,
Bu nə kəyf? Eşitirmi gözdəki hüzn,
Hələ çılpaq Roma ağlar, hələ qəlb əzər,
Hələ qızıl qədəhində qan içir Sezar!
V
Roma üzərində gəzir sisli asiman,
Böyük sirkə sığmayib qəzəbdə alaman:
“İnsan ilə heyvan oyun oynayır imiş…”
(Belə oyun bizim üçün nə qədər əriş!..)
Dişlərini qıcırdadıb kükrəyir pələng,
Dört tərəfə atılaraq, cəhd edir lars-lars.
Ac gözləri qanla dolu, oynayır, doymaz…
Ah, yazıq, qan! O, səni yaşamağa qoymaz!
Bax! Bax, dırnaqlarını dişləyib gəlir,
Hücum etdi! Adamlar ayağa qalxdılar,
Alqış səsi eşidilir. “Ey axmaq Roma, sevinmə qana!
Axı başqa bir alçaltma varmı belə insana?” —
Dedi, canı parça-parça olan qladiator,
Roma — oyundan ölüm gözləyən çılğın teatr!
VI
İsti yollar… hələ o üsyan iyisi vardək,
Buludların arasında gəzir Spartak.
Göy — qalxan, yay — ildırım, yanar od,
Zülm üçün ağlamaq, fəryad və həbs cəzası, sud.
Cavab versin. Platonmu, Virgili, və ya —
Başqa kim var? Kim cəsarətlidir? Şahid kimdir, bax?
Ki — gecə nə qədər qaranlıq olarsa, ay o qədər parlaq?
Spartakın orduları hələ də gedir.
Mənim özüm, heç vaxt ölməz qullar övladı.
Mənim özüm, heç vaxt sönməz qulların yadı.
Mənim özüm, göylərəcən alov-od saçıb,
Atalarım başından ruh təməlini daşıb,
Gələcəyim abidəsini tikən insan mənəm!
O can mənəm, o qan mənəm, həmin şan mənəm!
1935 il.
ÖZBƏK TÜRKCƏSİNDƏN ÇEVİRDİ: Rəhmət Babacan
HƏMÇİNİN BAX: Media və siyasət
HƏMÇİNİN BAX: Jurnalistika Akademiyasına qəbul elan edilib