Orfoqrafiya lüğəti ilə bağlı fikirlər

Azərbaycan dilinin “orfoqrafiya lüğəti”nin Vl nəşrində bir sıra fikir , qayda və sözlər vardır ki, onlarin həlli istiqamətində zəruri addımlar atmalıyıq.Lüğətin Vl nəşrində diqqətimizi çəkən məqamlardan biri də ərəb-fars mənşəli -ba, -la, -bi önşəkilçili sözlər təşkil edir.Bu sözlər kiçik bir istisnanı çıxmaq şərti ilə düzgün yazılmışdır.Bu istisna da “bihiss ” sözü ilə bağlıdır .Belə ki, Vl nəşrdə verilən söz “bihis”,” bihislik”kimi yazilmişdir.”Hiss” sözünün yazılışı digər eynicinsli , qoşasamitli, təkhecalı ərəb mənşəli sözlərdən müəyyən dərəcədə fərqlənir. Bu tipli sözlərin sonuna samitlə başlayan şəkilçi artırdıqda eliziya hadisəsi baş verir:xətkeş, sirdaş, haqda və s. Lakin hiss sözündə bu qayda özünü göstərmir . Daha dəqiq şərh etsək, “hiss” sözünə “s”samiti ilə başlayan şəkilçilər istisna olmaqla , samitlə başlanan şəkilçi əlavə etdikdə səs düşümü baş verir Ona görə “s”ilə başlayan şəkilçi deyirik ki, söz ortasında üç “s”samiti yanaşı gəlməsi göstərilən halda düzgün olmaz. Hisssiz şəklində sözün işlənməsi mümkün deyil . “Hiss”sözündə səs düşümünün reallaşmamasının səbəbi yarana biləcək semantika ilə əlaqəlidir. Çünki dilimizdə “his”sözu də vardir( çırağın hisi).Ərəb – fars mənşəli -ba, -la,-bi, -na önşəkilçili sözlər deyilənlər nəzərə alınmaqla düzgün olsa da, həmin qrupa mənsub sözlərdə kəmiyyət artimi müşahidə olunur.Bir qismi bu gün dilimizdə işlənməyən bu sözlər öz aktuallığini itirib . 1975 -ci ilə məxsus “Orfoqrafiya lüğəti”nin lll nəşrində bu tipli sözlər çoxdur.Ötən 40 ildə dilimiz daha da sabitləşmiş, və milliləşmişdir.Dildəki yersiz alınma sözlərə qarşı mübarizə aparılmışdır , müxtəlif qurumlar və komissiyalar fəaliyyət göstərir. Lüğətdəki sözlərin əksəriyyətini müvafiq qarşılığı ilə əvəz etmək olar,lakin burada da müəyyən istisnalar nəzərə alınmalıdır. Əks təqdirdə söz ya asemantik olur, ya da semantik fərq əmələ gəlir “Laqeyd” sözünü “qeydsiz”kimi işlətsək, fərqli məna ifadə edər.

YAZAR: Jalə Məhərrəmova
Həmçin bax: Kino və ədəbiyyatın bağlılığı
Həmçin bax: https://tehsilim.org/cingiz-aytmatovun-torpaq-ana-povesti/
Həmçin bax: https://turaz.org/qafqaz-maarif-birliyi-tarixime-toxunma-aksiyasina-start-verib/