Onurğa beyini

Onurğa beyninin quruluşu. Onurğa beyini onurğa sütunun daxilində yerləşir, silindrik formalı qayışa oxşayır, uzunluğu 42- 45 sm-ə  çatır. O, baş beyindən başlayaraq ağ rəngli qaytan şəklində olub diametri 1 sm-ə çatır. Onurğa beyninin  en kəsiyində adi gözlə baxdıqda 3 qat aydın görünür. Xaricdən onurğa beyini birləşdirici toxumadan əmələ gəlmiş qabıqla örtülüdür. Bu qabıq onu  qidalandırır və zədələnmədən qoruyur. Ağ maddə bilavasitə qabığın altında yerləşir. O neyronların aksonlarını yığımından əmələ gəlmişdir. Ağ maddə onurğa beyinin  enən və qalxan aparıcı yollarını  əmələ gətirir. Boz maddə ağ maddənin içərisində yerləşir. Boz maddənin mərkəzində nazik, uzun kanal yerləşir. Bu onurğa beyini kanalı  adlanır. Onun içərisi onurğa beyin mayesi ilə doludu. Onurğa beyinin önündən və arxasından iki dərin boylama şırım keçir. Bunlar onu ortadan sağ və sol hissələrə bölür. Onurğa beyinin en kəsiyindən boz maddə qanadlarını açmış kəpənəyə oxşayır. Boz maddədə ön, arxa və yan buynuzlar ayırd edilir. Ön buynuzlarda hərəki neyronlar yerləşir. Arxa buynuzlarda əsasən ara neyronların cismi yerləşir. Bu neyronlar duyğu neyronlarını hərəki neyronlarla əlaqələndirir. Onurğa beyininin döş və bel şöbələrinin yan buynuzlarında avtonom sinir sisteminin simpatik neyronlarının cismi yerləşir.

Onurğa beynindən 31 cüt qarışıq onurğa beyini sinirləri çıxır. Bunlar hər biri iki: ön və dal köklərdən çıxır. Dal köklər:- duyğu neyronlarının aksonlardan əmələ gəlmişdir. Bu köklərlə sinir impulusları onurğa beyininə daxil olur. Dal köklər vasitəsi ilə onurğa beyininə daxil olur.

  Ön köklər

Hərəki neyronları aksonlardan əmələ gəlmişdir. Bu köklərlə sinir impulusları onurğa beyinindən çıxaraq iş orqanlarına gedir. Ön köklərdən hərəki sinirlər çıxır.

Ön köklərin hərəki sinirləri və dal köklərin duyğu sinirləri birləşərək cüt qarışıq onurğa beyini sinirlərini əmələ gətirir. Onlar cəmi 31 cüt olmaqla, hər cüt sinirin 2 ön və 2 dal kökü vardır. Deməli 31 cüt sinirlərin 31 cüt ön kökləri və 31 cüt dal kökləri vardır. Cəmi 62 cüt və ya 124 ədəd köklər vardır.

Onurğa beyini 4 şöbəyə bölünür: boyun, döş, bel, oma. Boyundan -8 cüt sinir, döşdən- 12 cüt, beldən-5 cüt və oma şöbəsindən isə 6 cüt sinirlər çıxır.

Onurğa beyinin funksiyaları. Onurğa beyini 2 əsas funksiyani yerinə yetirir: reflektor və ötürücü. Onurğa beyinin ötürücü funksiyası ağ maddə ilə əlaqədardır. Belə ki, ağ maddədə aksonların əmələ gəlmiş enən və qalxan yollarla baş beyindən onurğa beyninə ötürülür. Nəticədə onurğa beyini baş beyinlə birlikdə əzələlərin və daxili orqanların işini tənzimləyir.

Onurğa beyinin reflektor funksiyası boz maddə  ilə bağlıdır. Belə ki, boz maddedə skelet əzələləri və daxili orqanların işini tənzimləyən sinir mərkəzləri onurğa beyində yerləşir. Başda olan skelet  əzələlərinin fəaliyyətini tənzimləyən sinir mərkəzləri  beyin kötüyünde yerleşir.

İnsanda onurğa beyninin  fəaliyyəti tamamilə baş beyinin  nəzarəti altındadır. Əgər onurğa beyni ilə baş beyin arasında əlaqə kəsilərsə və ya onurğa beyni hər hansı bir yerdən zədələnsə, baş beyin normal işləyir. Onurğa beyni isə zədələnmiş hissədən aşağıda qalan hisəsi işləmir. Bele adamlarda baş beyin normal işləyir. Lakin mərkəzləri zədələnmiş yerdən aşağıda olan onurğa beyin reflekslərinin çoxu itir .Bele adamlar başını çevirir, çeynəmə hərəkətləri edir, gözlərini hərəkət etdirir, bəzən əlləri də işləyir. Lakin onların bədəninin aşağı hissəsinin hissiyatı ölür və tərpənmir.

YAZAR: Gülaf Məhərrəmova

 

Həmçinin bax: https://kafkazh.com/bas-beyin/

Həmçinin bax: https://tehsilim.org/elcin-ibrahimov-turk-edebiyyati-fondunun-fexri-uzvu-secilib/