” Onqaku ” kitabından ” Notlar “

Coşqun Kərimov “Onqaku” kitabından  “Notlar”
Heç bir yelkənli gəmi kitab qədər uzaqlara apara bilməz…
Coşqun Kərimov sözünüdemiş gənc azərbaycanlı yazarlarından biridir. Düzünü desəm kitabla tanış olmazdan əvvəl Coşqun Kərimov haqqında heç bir məlumatım yox idi. Lakin dostumun hədiyyəsi olan bu kitabdan sonra müəllif barəsində araşdırma etdim.Yazılarını oxudum, yazıçı, həyatımda vərəqləmək üçün yeni səhifələr nəticə çıxaracağım yeni sətirlər yazmışdı. Ən əsası isə idealist biri idi. Hadisələrdə absurt, qeyri-adi olan, mistika demək olar ki, yox dərəcəsində idi. Bu idi kitabı sevdirən. Yazdığı hər bir “not” reallıqdan bəhrələnirdi.
Onqaku- Qəribə kəlmədir, elə deyilmi!?
“On”-səs, “qaku”- xoşa gəlmək mənasını yaponca ifadə edir. Bu ifadələr birləşən zaman “musiqi” deyilən bir qavram yaranır. Hansı ki, hər dəfə xoş xatirəmizi yada salanda mütləq ki, həmin anla bərabər əsrarəngiz musiqi parçamız da qulağımıza səslənir. Hər dəfə kitabı vərəqləyərkən, nə vaxt bitəcək duyğusu deyil, heç bitməyə duyğusu bürüyürdü məni. Bəlkə də heç vaxt belə səmimi kitab oxuya bilməyəcəyim hissi idi.
Kitabdan çıxardığım nəticələrdən qaynaqlanaraq deyə bilərəm ki, hələ də gerçəkləşdirilməmiş arzular, tanımağa imkanımız olmayan insanlar, səslənməsi gərəkən etiraflar, dinlənilməsi lazımlı olan musiqilər varsa, həyat davam edir o zaman….

YAZAR: Türkan Mürsəl

Həmçin bax: Elxan Elatlı “Xəstə ruhlar” əsərindən
Həmçin bax: https://tehsilim.org/
Həmçin bax: https://turaz.org/