Onlayn seminar: Azərbaycanda fransız dili fakültəsini bitirənlərin Fransada təhsil imkanları
Azərbaycan Dillər Universitetinin (ADU) Təlim-Tədris və Karyera Mərkəzi təlimçi Könül Rzayevanın iştirakı ilə “Azərbaycanda fransız dili fakültəsini bitirənlərin Fransada təhsil imkanları” adlı onlayn seminar keçirib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, seminarda əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fransada təhsil və iş imkanlarından danışılıb. Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Könül Rzayeva Fransa və Britaniyada təhsil alıb.
Mənbə: azertag.az
Xəbərçi: Aytən Abbasova