Ölümcül xəstəliklərdə psixoloji vəziyyət
Ölümcül xəstəliklərdə psixoloji vəziyyət
Deyirlər ki, dünyada nə qədər insan varsa , bir o qədər də, həyat tərzi, xarakter var. Çünki, bütün insanlar xoşbəxt, rəfah içində yaşamağı arzulasa da, bizi bir-birimizdən ayıran çox sayda nüans var. Bununla yanaşı həyat səviyyəmizə, yaşamaqdan məmnunluq duyma bacarığımıza bir başa təsir edən bir məsələ də var ki, bu, sağlamlığımızdır.
İlk öncə aydınlaşdıraq ki, sağlamlıq nədir ? Dünya sağlamlıq təşkilatı (WHO) 1948-ci ildə “sağlamlığ’ı bu şəkildə ifadə etdi ; “Sağlamlıq sadəcə hansısa xəstəliyin olmaması deyil, bütünlüklə ələ alınmalı olan fiziki, zehinsəl və sosial tamlıq durumudur”.
Burda diqqət çəkilməli olan məsələ budur ki, biz sadəcə başımız ya ürəyimizdə nasazlıq olanda deyil, həmçinin, psixi halətimizdə, ruh halımızda qeyri təbii bir durum olduqda da müvafiq addımları atmalıyıq. Çünki sağlamlıq , bu günə kimi düşündüyümüzdən çox daha geniş mövzuları əhatələyir. Sağlamlığa təsir edən faktorlar bu şəkildədir :
İnsanın yaşadığı yer
Sosial çevrəsi
Genetik durumu
Gəlir səviyyəsi
Təhsil səviyyəsi
Bunlar xəstəliyi yaradan və ya xəstəlikdən qoruyan faktorlar yox, sadəcə ona təsir göstərən faktorlardır.
Həkimlər üçün isə “xəstəlik” qavramı, obyektiv bir vəziyyətdir və insan vücudundaki orqan və orqanlar sisteminə bağlı olan bir pataloji durumu ifadə edir.
Ayrı-ayrı şəxslər üçün isə subyektiv bir haldır və şəxsin qeyri-adi simptimların fərqinə varması və dəyərləndirməsi isə bağlıdır. Qeyd etmək lazımdır ki, bu dəyərləndirmə şəxsdən-şəxsə, hətta öz növbəsində həkimdən-həkimə də dəyişiklik göstərə bilir. Özünü sağlam hesab edən birinə həkim tərəfindən xəstə diaqnozu qoyula bilindiyi kimi, xəstə hiss edən biri də fizioloji olaraq sağlam ola bilir.
Bu kimi hallarda , sağlamlığın bir bütünlük təşkil etdiyini nəzərə alaraq psixoloqa da müraciət edilməlidir. Əks halda ,psixoloji problemin simptomlarının fizioloji problem kimi dəyərləndirərək müalicə aparılması əsas problemi həll etmədiyi kimi, başqa sağlamlıq problemləri də ortaya çıxara bilir.
Xəstənin sosial çevrəsi üçün isə “xəstəlik” bir cür sosial roldur. Təəssüf ki, xüsusən də ciddi , yəni ölümcül xəstəliklə mübarizə aparan şəxslər , bir müddət sonra cəmiyyətdə , şəxsiyyətinin bir parçası kimi bu gerçəyi daşımalı olurlar.
Bu da xəstəyə psixoloji olaraq ağırdır. Ona görə də , cəmiyyət yaşlılara qarşı “yaşın soruşulmaması” vs kimi xüsusi nəzakət qaydalarına əməl etdiyi kimi, ciddi sağlamlıq problemləri ilə yaşayan şəxslərə də xüsusi diqqət göstərilməlidir.
Bəs, ölümcül xəstəlik dedikdə nə nəzərdə tuturuq ? Bura hansı xəstəliklər daxildir ? Ölümcül xəstəlik dedikdə, insanın həyat səviyyəsini aşağı salmaqla kifayətlənməyən, həmçinin onun yaşamını da bir başa təhdid altına alan xəstəliklər nəzərdə tutulur. Ölümcül xəstəlik’lər də müxtəlif dövrlərdə , müxtəliflik təşkil edib.
Hər hansısa ölümcül xəstəlik diaqnozu qoyulan şəxs nələr edər və əsasən nələr etməlidir ?
1. Bilgilənmə. Xəstəliklə bağlı məlumatlanma həm müalicə üçün, həm də emosional həyatın stabilləşməsinə, self-consept’i (Mənlik) gücləndirərək, self-esteem’in davamlılığını artırar.
2. Bir başa hərəkətə keçmək. Xəstəliyin müalicəsi üçün lazımi yerlərə müraciət etmək, düzgün seçimlər etmək çox əhəmiyyətlidir. Xəstənin müalicə planlaması ilə bacardığı qədər bir başa özünün maraqlanması onun motivasiyası üçün çox əhəmiyyətlidir. Çünki, onda narahatlıq yaradan bu situasiyaya hakim olduğu onu idarə edə biləcəyi hissi yaranır.
3. Maneçilik törətmək. Şəxs içinə düşdüyü situasiyadan çıxmağa çalışmaq əvəzinə , özünə təhlükə yaradacaq impulsiv davranışlar göstərər. Məsələn; həkimə getməmək, dərman qəbulunj rədd etmək kimi.
4. İntrapsişik cəhdlər (intraosychic- zehin içində var olan, yaranan). “İntrapsychic effort” anlamında ölümcül xəstələrdə yaşananlarla bağlı olaraq ilk əvvəl Yalom’unqeyd etdiyi2 ifadədən danışıla bilər (Yalom 1980).
Yalom bu qrup xəstələrdə ölüm qorxusunu bastırmaqda yayğın olaraq istifadə edilən iki inanc və ya halüsinasiyadan bəhs edir. İık olaraq , insanın özünü “xüsusi insan” (personal specialness) kimi görməsi , digəri isə bir xilasedicinin onun üçün gələcək olması inancıdır (ultimate rescuer).
İnsanın özünü xüsusi insan olaraq görməsi insan biyalogiyasının təbii qanunlarının ötəsində şəxsin xüsusi toxunulmazlığı və incidilməzliyi olduğu inancıdır. Bu halda , idarə edə bilmədiyi ölümcül bir xəstəliklə qarşılaşan şəxs çıxılmaz vəziyyətə düşür.
Çünki, şəxsi toxunulmazlıq hissi insana öz içində nisbi bir güvən duyğusu verirdi. İndi isə, o, yoxdur. “Əvvəl axır , bir xilasedici gələcək” inancı isə ətrafdan , fövqəltəbii olaraq , bir güc tərəfindən idarə olunduğumuz,onun insafına qaldığımız hissini verir. Xüsusilə ikinci inanc xəstə-həkim münasibətlərində mühim ölçüdə təsirlidir və xəstənin gözləntilərinin formalaşmasında xüsusi rolu olduğunu deyə bilərik.
İntrapsişik başa çıxma mexanizmlərini xərçəng xəstələrində izah edən digər mütəxəssis Elizabeth Kubler-Ross’dur (1969) ;
1. İnkar. Yəni ” Yox , mən ölmərəm” düşüncəsi. Kubler-Ross inkar mərhələsinin gərəkli və mühim olduğunu qeyd edir və xəstəliyin diaqnozu qoyulduqdan sonra bir neçə gün çəkdiyini vurğulayır.
2. İsteriyalı əsəb. İlk bir neçə gündən sonra artıq xəstənin harda müalicə olacağı, kim tərəfindən, hansl metodlarla müalicə olunacağı haqqında qərarlar verilməli olur. Bu nöqtədə Kubler-Ross’a görə xəstədə əsəb meydana gəlir.
Özünə “Niyə mən” ” deyə sual verər və başqaları həyatına davam edəcəyi, sap-sağlam şəkilə yaşayacağı halda ,onun öləbiləcəyi düşüncəsindən inciklik, əsəb, kin yaranar. Bu uşaqcasına kin isə xəstənin yaxınlarına , onun baxıcılarına və hətta xəstəxana işçilərinə yönəldilə bilinər. Onlar , sağlam olduqlarına görə günahkardırlar.
3 Danışıqlara girmə cəhdləri. “Yaxşı, amma…”
Bu nöqtədə xəstə öz içində daha çox yaşamaq üçün daha yaxşı, “sözəbaxan” insan olmağa qərar verir. Taylor’a (
görə (1991) bu davranışln altında yatan inanc “sosial mübadilə” və ya “bərabərlik” qavramlarıdır. “Yaxşı şeylər edənlərin başına yaxşı hadisələr, pis davranışları olanların isə başına pis hadisələr gələr” inancı onları xəstəliyi öyrəndikləri vaxtdan bu yana , ilk dəfə sakitləşməyə çağırar.
4. Depressiya. Xəstəliyin heç də biraz əvvəl qeyd etdiyimiz qaydalara görə idarə olunmağıdını, heç bir ədalət sistemi olmadığını düşünməyə başlayırlar. Bu dövr “idarənin itirilməsi” kimi başa düşülür və müalicəsində yetəri qədər irəliləyiş olmayan xəstələr üçün artıq kədər, öz yasını tutma vaxtının gəldiyini düşündürür.
Bu, əsasən 2 cüf baş verir ; birinci olaraq , xəstə, keçmişdə etmədiklərinə və ya etsiklərinə görə peşmanlıq çəkir , sonra isə özünü gələbiləcək olan ölümə “hazırlayır”. Bu Kubler-Ross’a görə böyümədir və bir nöqtəyə qədər müdaxilə olunmamalı, azadca yaşanmalıdır. Əgər müalicəyə zidd olacaq həddə çatırsa , bu zaman xəstənin psixoloqu tərəfindən müdaxilə gərəklidir.
5. Qəbullanma. Bu nöqtədə xəstə duyğulardan azad olmuşdur və sakit, yorğundur. Ölüm qavramınş qəbul etmiş kimi görünər.
Qısaca bəhs etdiyimiz bu mərhələlər ölümcül xəstəliklərlə mübarizə aparan insanları başa düşməyə, həmçinin xəstə yaxını olan insanların işini asandlaşdırmağa yönəlik ümumi sxemdir. Eyni şiddətlə olmasa da , bütün ölümcül xəstələrin bu mərhələlərdən keçdiyi bilinir. Kubler-Ross bütün mərhələlərdə “ümid”in əhəmiyyətli olduğunu vurğulayır.
YAZAR: Gülsüm Bayram
Həmçinin bax:Bizi nə xoşbəxt edir?
Həmçinin bax:https://turaz.org/abs-skoreya-ile-elaqe-yarada-bilmir/
Həmçinin bax:https://tehsilim.org/idrak-liseyinin-sagirdlerinin-huseyn-cavid-ev-muzeyine-virtual-seyaheti/