Ölüm və yaş dövrü
Ölüm və yaş dövrü
Həyatımız boyunca idarə edə biləcəyimiz hadisələr yaşayarkən, həm də nəzarətimizdən kənar olan və bizə dərindən təsir edən hadisələrə məruz qalırıq. Nəzarət edə bilmədiyimiz hadisələrin başında itkilər (ölüm) gəlir. İnsanların çoxunun danışmaqdan qaçdığı kədərli və ağır bir mövzudur. Çoxumuz ölümdən qorxar, onu düşünməkdən çəkinər, özümüzün və sevdiklərimizin sonsuzadək yaşayacağını zənn edərik. Ancaq gec ya da tez ölüm həyatımıza girər və sevdiklərimizi itirərik.
Kədər sevilən birinin ölümü səbəbi ilə yaranan təbii bir reaksiyadır. Bu təbii reaksiyaya müdaxilə edilməməlidir. Kədər reaksiyaları depressiya əlamətləri ilə çox oxşadığından itki verən insanın yas dövrü ətrafı tərəfindən problem olaraq görünə bilər. Yaş dövrü zamanla yaşanan duyğularda azalma olmadan davam edirsə və vəziyyəti qəbul etmirsə ölümün travmatik təsir buraxdığı ortaya çıxır.
Bu şəkildə uzanan proseslər yas dövrü hesab olunmur və müdaxilə edilməlidir. Ölən adam üçün darıxmaq və bərabər yaşanan gözəl anların zehində canlanması son dərəcə təbiidir. Problem, ölən insanın ölümündən sonra davamlı olaraq ölüm anı ilə ağla gəlməsi, ağrı, həddən artıq kədər və depressiya kimi mənfi duyğuların sürətlə davam etməsi ilə ortaya çıxır. İtkidən 3-6 ay sonra insanın bu halında heç bir dəyişiklik yoxdursa və ya bu vəziyyəti daha ağır bir şəkildə yaşayırsa depresiyyadan şübhələnmək lazımdır.
Sevdiyimiz birini itirdiyimizdə kədər içində yaşanan dövr yas adlanır. İtkini qəbul etməyimiz, özümüzü toparlamağımız üçün vaxt lazımdır və bitməyəcək kimi görünən ağrılı bir dövr keçirərik. Bir insanı itirmək və itkisinin acısını çəkmək, həyatın təbii bir hissəsini anlamağa çalışmaq yas müddətini bir az asanlaşdıra bilər.
Yas dövrü aşağıda sadalanan mərhələlərlə yaşanır:
- İnkar və şok. Başlanğıcda sevdiyimiz birinin ölümünü qəbul etmək çətindir, ölüm həqiqətini inkar edə bilərik. Yaxınınızın ölümüylə və ümumi olaraq ölümlə bağlı duyğularımızı yaxınlarınızla paylaşdıqca qəbul etmək asanlaşır.
- Bazarlıq. Əksər insanlar İlahi bir bazarlığa cəhd edirlər. Bu sövdələşmədə adətən itirilmiş insanın qayıtması üçün əyləncəli və zövqlü bir həyat təklif olunur. Burada hələ də ölümün geri dönməzliyinin inkar etmək var. Ölümün gerçəkliyi özünü göstərdikcə, heç bir hesabın baş verənləri dəyişdirməyəcəyi başa düşülər.
- Qəzəb. Sizi geridə buraxıb getdiyi, həyatdaykən etdiyi və ya etmədiyi şeylər üçün ölənə qəzəb hissi ola bilər. Bu hirsinizi başqalarına yönəldə bilərsiniz. Ölən birinə qəzəblənmək dəhşətli ola bilər, ancaq onları qəbul edib paylaşaraq zaman keçdikcə daha az qəzəblənəcəksiniz.
- Günahkarlıq. Bir yaxınınızı itirdiyinizdə, onunla etdiyiniz və ya etmədiyiniz şeylərdən ötrü peşmanlıq və günahkarlıq hiss edə bilərsiniz. Baş verənləri dəyişdirə bilməzsən, səhv etmiş olsan da insani tərəfini qəbul et, özünü bağışla.
- Ədalət axtarmaq. Bu mərhələdə ən çox soruşulan sual “Niyə mən?” olur. Ölümün ədalətsizliyinə qarşı çıxar və yaşadığınız itkinin bir şeyin qarşılığı olub olmadığını anlamağa çalışar, tapmayınca üsyan edə bilərik. Ölümü layiq olduğu bir cəza kimi deyil, həyatın bir hissəsi olaraq görməyə çalışın.
- Depressiya. Başlanğıcda böyük bir itki və ya boşluğ hissi yaşaya bilərik. Yas tutan biri üçün əvvəlki həyatına dönmək və sosial ətrafınızda baş verənlərlə əvvəlki kimi maraqlanmaq zaman alar. Unutmayın ki, bu mərhələdə təşviq etmə və ya arxayınlıq kimi təsəllilər deyil, ağrıya hörmət və sosial dəstək kömək olar.
- Təklik. İtkiniz səbəbindən sosial həyatınızda yaranan dəyişikliklər, özünüzü tək və qorxu içində hiss etməyinizə səbəb ola bilər. İnsanlarla görüşsəniz yeni dostlar qazanarsınız, bu hisslər zaman keçdikcə azalar.
- Qəbuletmə. İtkini qəbul etmək, onunla xoşbəxt olmaq demək deyil. Öləni unutmaq və ya görməməzlikdən gəlmək də deyil. Əksinə vəziyyətin real olduğunu etiraf edərək bununla barışmağa çalışarsınız.
- Ümid. Zamanla xatırlamağın daha az ağrılı olduğu nöqtəyə gələcək, gələcəyə və daha yaxşı günlərə ümidlə baxmağa başlayacaqsınız. Dəyişdirə bilmədiyimiz həqiqətləri qəbul etmək üçün özünüzə vaxt verin.
Uşaqların ölüm haqqında qəbul etdikləri yaşlarına görə dəyişir.
- 4 yaşdan əvvəl: Ölüm anlayışını tam olaraq anlaya bilmirəm.
- 4-6 yaş: Tam olaraq başa düşülməsə də, ölümün davamlı olduğu anlayışı tədricən inkişaf etməyə başlayır. Həyat funksiyalarının dayana biləcəyini anlaya bilirlər, ancaq ölümü başqa həyat forması kimi qəbul edirlər. Ölümün səbəb və nəticə əlaqəsini kifayət qədər başa düşə bilməzlər. Mərhumun nə vaxt gələcəyini soruşa bilərlər.
- 6-8 yaş: Ölümün qaçılmaz və ümumibəşəri olduğunu anlamağa başlayırlar. Ölümün geri dönməz bir proses olduğunu yavaş-yavaş anlamağa başlayırlar. Mərhumun xəstəliyinə və ölümünə görə günahkar hiss edə bilərlər.
- 9-11 yaş: Ölüm anlayışı daha mücərrədləşir. Ölüm qavrayışı yetkin insanlara bənzər şəkildə yerləşir. İtkinin uzunmüddətli nəticələri daha yaxşı proqnozlaşdırılır. Müəyyən ayinlər hazırlayaraq kədərdən qaçmağa çalışırlar.
- 12-14 yaş: Valideynə bir məsləhətçi, bələdçi, sosial və cinsi rol modeli, faydalı sərhəd müəyyənləşdiricisi kimi yas tutarlar. Ölən valideynin kədərini şiddətlə hiss edərlər. Hisslərini ictimaiyyətdə ifadə etməkdən çox narahat olarlar.
- 15-17 yaş: Birdən-birə onları basan kədər və ağrılı xatirələr kimi yetkin xüsusiyyətlərinə sahibdirlər. Qalan valideynin yasını qismən bölüşərlər. Gələcəktəki müstəqilliklə məşğul ola bilməyəcəklərindən qorxarlar. Valideynlərin özləri haqqında xəyallarını yerinə yetirməyə çalışırlar.
Bir qohumunun ölümü halında uşağa müvafiq məlumatlar verilməlidir.
Hər uşağa yaşına görə məlumatlandırılması profilaktik müalicənin ilk mərhələsidir.
Məlumat uşağın yaşına və idrakına uyğun olaraq verilməlidir.
Uşağın əvvəlcədən yaşa uyğun ölüm/itki təhsili alması vəziyyəti anlamağı asanlaşdırır.
Uşağın valideynləri tərəfindən, əgər varsa, ya da ən çox sevdiyi və etibar etdiyi insanlar tərəfindən məlumat verilməsi vacibdir.
Normal yasda peşəkar yardımı tələb olunmur.
Yas dövrü zamanı yaşanan duyğular haqqında uşağa məlumat vermək, uşağa yaşadığı hissləri normallaşdırmaq imkanı verir.
Ölən haqqında danışmalı və uşağa da danışma imkanı verilməlidir.
Uşağın dəfn və anma mərasimlərinə getməsinə icazə verilməsi, ölənlə vidalaşması vacibdir.
Mərhumun bəzi şəxsi əşyaları uşağa verilə bilər.
Uşağın itki mövzusundakı hisslərinə qayğı göstərilməlidir.
Uşağa hisslərini ifadə etmək üçün istifadə edəcəyi dili tapmasına kömək edilməlidir.
Uşağın mərhumla olan əlaqəsinə hörmət edilməlidir.
Mərhuma qarşı mənfi hisslərin ola biləcəyi izah edilməlidir.
Valideyn və qohum itkisi uşaqlardan gizli qalmamalıdır. İtkini uşaqdan gizlətməyin əhəmiyyətli riskləri vardır.
- Uşaqlar aldadılmış hiss edərlər.
- Ətrafdakıların öz itki və yaslarına əhəmiyyət vermədiklərini düşünə bilərlər.
- Ətraflarına olan güvəni itirə bilərlər.
- Həqiqəti bilməməkləri hadisə haqqında yanlış düşünməyə səbəb ola bilər.
İtki yaşamış birinə kömək
- İtki yaşamış dostunuza kömək etmək üçün onun yanında olun, ağrısını paylaşın, hörmət edin, ancaq təşviq və arxayınlıq verən təsəllilərdən uzaq durun. Bunlar işə yaramaz.
- Dostunuz pis olmasın deyə ölən haqqda danışmaqdan çəkinməyin. Əksinə o istəmədiyini bildirənə qədər o haqqda danışın. Danışmaqdan çəkinmək o hissi məhv etmir, əksinə onu gücləndirir.
- Söhbətdə yaşananları asanlaşdırmaq üçün itkini qiymətləndirməməyə çalışmayın, itkini gerçəkliyə uyğun və ona əhəmiyyət verən bir münasibət bildirin.
- Dostunuza verdiyiniz dəyəri göstərin. Diqqətlə dinləyin və onun hisslərinə, inanclarına hörmət etdiyinizi göstərin. Ona ağrısına bənzər hisslərinizi və təcrübələrinizi paylaşın. “Səni çox yaxşı başa düşürəm” kimi boş gözlərdən çəkinin.
- Depressiya əlamətləri şiddətlidirsə və dostunuz gündəlik işlərini davam etdirə bilmirsə, mütəxəssisdən kömək alması üçün ona dəstək olun.
İtkinizi qəbul etməyi öyrənin, itirdiyiniz heç kim geri gələ bilməz. Faciəvi hadisələrlə üzləşməyinizə imkan verən gücünüzə inanın. Bu həyatı gələcəkdə qarşılaşacağınız digər çətin hadisələrin öhdəsindən gəlməyinizə kömək edəcək bir inkişaf zamanı olmasına çalışın.
YAZAR: Çinarə Bayramova
Həmçinin bax:Ölümcül xəstəliklərdə psixoloji vəziyyət
Həmçinin bax:https://tehsilim.org/azerbaycan-vetenimdir-adli-onlayn-beynelxalq-reqs-musabiqesi-kecirilir/
Həmçinin bax:https://turaz.org/biskek-tecili-ve-texiresalinmaz-tibbi-xidmet-merkezinin-isci-heyyeti-haqqinda/