Ölçü vahidləri və onlar üzərində əməllər
Ölçülə bilən kəmiyyətin ədədi qiyməti və vahidi ola bilər. Bir çox mühəndislik hesablamalarında kəmiyyətləri həm ədədi qiymətini, həm vahidini göstərərək yazmaq əlverişlidir:
Ölçülər hesablana biləndirlər, məsələn uzunluq, kütlə, zaman kimi və ya ölçülər başqa ölçüləri vurmaqla və ya bölməklə hesablanırlar, məsələn yol/zaman (sürət), kütlə/həcm (sıxlıq) kimi.
Ölçülərin öz ölçü vahidləri olur və ölçü vahidlərinə onların kəmiyyətləri toplanarkən, çıxılarkən, vurularkən və ya bölünərkən cəbri dəyişənlər kimi yanaşa bilərik. İki kəmiyyətin ədədi qiyməti o vaxt toplana və ya çıxıla bilər ki, onların ölçü vahidləri eyni olsun.
Ancaq kəmiyyətlərin ədədi qiymətləri və uyğun ölçü vahidləri həmişə vurula ya da bölünə bilər.
Ölçüsüz kəmiyyət heç bir fiziki ölçüsü olmayan kəmiyyətdir. Onlar saf və ya skalyar kəmiyyət olaraq da tanınır.
Ölçü vahidlərinin çevrilməsi
Ölçüləbilən kəmiyyət uyğun ölçünün istənilən vahidi şəklində ifadə oluna bilər. Məsələn, sürəti götürsək, biz onu ft/s, sm/il, km/s və ya yolun zamana istənilən ölçü vahidində nisbəti kimi ifadə edə bilərik. Burada ölçü, yəni sürət eyni qalsa da şərtdə deyildiyi kimi vahidlər dəyişir (m/san, ft/san, km/saat). Sürətin ədədi qiyməti seçilən vahiddən asılıdır:
Biz verilən ölçü vahidini başqa bir ölçü vahidi şəklində göstərmək istəyiriksə onu konversiya faktoruna vururuq:
40 kq-ı qram kimi göstərmək istəyiriksə:
Yeni vahidimiz qramdır. Köhnə vahidimiz isə kiloqram. Konversiya faktorunu onların nisbəti kimi göstərdik. Biz konversiya faktorunu elə seçirik ki, köhnə vahid ixtisar olunsun. Burada kg-lar (köhnə vahid) ixtisar olunur. Konversiya faktorunu yazarkən nəzərə alınması lazım olan ikinci məsələ də odur ki, sürət və məxrəc eyni kəmiyyətin müxtəlif vahidlərdə göstərilən, ekvivalent nisbəti olsun, yəni onların nisbəti bizə vahidi versin.
Vahidlər sistemi
Əsas 2 vahid sistemi var:
1. “Systѐme Internationale d’Unitѐs” və ya Beynəlxalq Vahidlər Sistemi (Sİ) dünya üzrə qəbul qazanmışdır. Sİ-da vahidlər iki yerə bölünür: əsas və törəmə vahidlər. Əsas vahidlər 7 dənədir və onlar aşağıdakı cədvəldə verilib:
Törəmə vahidlər əsas vahidlərin vurulmasından və ya bölünməsindən əldə olunurlar:
2. Amerikan Ölçmə Sisteminin əsas vahidləri uzunluq üçün fut, kütlə üçün funt () , zaman üçün isə saniyədir. Bu sistemin əsas iki çətinliyi vardır. Birincisi konversiya faktorlarının Sİ-dəki kimi 10 əsasla çevrilməməsidir. Məsələn,
İkinci çətinlik isə qüvvənin vahididir. Amerikan Ölçmə Sistemində qüvvənin vahidi funt-qüvvə və ya -dir. Amerikan Ölçmə Sistemində
kütlə ilə dəniz səviyyəsində, 45⁰ enlikdə 32.174
olan cazibə qüvvəsinin təcilinin hasilinə bərabərdir
Yazar: Fidan Cəbrayılova
həmçinin bax Proseslər və proses dəyişənləri
https://tehsilim.org/pisa-beynelxalq-qiymetlendirme-proqrami-nedir/