Oksidlər
Biri oksigen olmaqla iki elementdən ibarət olan mürəkkəb maddələrə oksidlər deyilir. Oksidlərdə oksigenin oksidləşmə dərəcəsi “–2” olur və o, ancaq başqa element atomları ilə birləşir. Məsələn: Na – O – Na. Oksigen atomlarının öz aralarında rabitə yaratdığı iki elementli mürəkkəb maddələr peroksidlər adlanır. Peroksidlərdə oksigenin oksidləşmə dərəcəsi “-1” olur. Məsələn: Na – O – O – Na – natrium peroksid; H – O – O – H – hidrogen peroksid. NaO2, KO2 superoksidləri və OF2 – birləşməsi oksid deyil. Hazırda He, Ne və Ar-dan başqa bütün elementlərin Oksigenli birləşmələri alınmışdır.
Oksidlərin adlandırılması:
Metal oksidləri adlandırarkən metalın adı, sonra isə valentliyi mötərizədə Roma rəqəmi ilə göstərilir və sonda oksid sözü yazılır. Əgər metal sabit valentlidirsə, valentliyi göstərilmir. Məsələn Al2O3 alüminium oksid. CaO – kasium oksid.
Kimyəvi xassələrinə görə oksidlər duzəmələgətirməyən və duzəmələgətirən oksidlərə bölünür. Turşularla və ya əsaslarla adi şəraitdə qarşılıqlı təsirdə olmayan oksidlərə duzəmələgətirməyən oksidlər deyilir. Bu cür oksidlərə NO2, NO, CO, N2O, SiO və s. Misal ola bilər. Duzəmələgətirməyən oksidlərə indeferent oksidlər də deyilir. Turşular və ya əsaslarla qarşılıqlı təsirdə olub, duz və su əmələ gətirən oksidlərə duz əmələgətirən oksidlər deyilir. Duzəmələgətirən oksidlər əsasi, turşu, amfoter və qarışıq oksidlərə bölünür. Hidratları əsaslara uyğun gələn və ya turşularla reaksiyaya daxil olaraq duz və su əmələ gətirən oksidlərə əsasi oksidlər deyilir: Li2O, Na2O, MgO, CaO, NiO, CuO və s. Hidratları turşulara uyğun gələn və ya əsaslarla reaksiyaya daxil olaraq duz və su əmələ gətirən oksidlərə turşu oksidləri və ya turşu anhidridləri deyilir: CO2, N2O4, P2O3, P5O5, C2O7, Mn2O7 və s. Həm turşu oksidi, həm də əsasi oksid xassələri göstərən oksidlərə amfoter oksidlər deyilir. Onlara bəzi metalların əmələ gətirdikləri oksidlər aiddir: BeO, ZnO, SnO, Cr2O3, Al2O3, Fe2O3, SnO2 və s.
Əgər metal bir neçə oksid əmələ gətirirsə, onun oksidləşmə dərəcəsi artdıqca oksidlərinin əsasi xassələri azalır; turşu xassələri artır. Məsələn, CrO, FeO, MnO – əsasi, Cr2O3 – amfoter, CrO3 – turşu oksididir.
Oksidləri əsasən üç üsulla alırlar:
1. Bəsit maddələrin (xlor, brom, yod istisnadır) bilavasitə oksigenlə qarşılıqlı təsirindən.
2Cu + O2 → 2CuO; 4P + 5O2 → 2P2O5
2.Mürəkkəb maddələrin yandırılması və oksigenlə qarşılıqlı təsirindən.
CH4 + 2O2 → CO2 + 2H2O;: 4NH3 + 5O2 → 4NO + 6H2O
3.Oksigenli birləşmələrin termiki parçalanmasından.
a) duzların (karbonatlar, sulfatlar, nitratlar)
CO2
b) Turşuların
H2SiO3 → SiO2 + H2O
c) Əsasların
2Fe(OH)3 → Fe2O3 + 3H2O
Oksidləri digər yollarla da almaq olar.
4.Oksidləri parçalamaqla
5.Oksidləri oksidləşdirməklə və reduksiya etməklə
6.Bir oksidin digərini duzlardan sıxışdırıb çıxarması ilə
7.Oksidləşdirici turşuların metallar və qeyri-metallarla qarşılıqlı təsirindən
Cu + 4HNO3(qatı) → Cu(NO3)2 + 2NO2 + 2H2O
C + 2H2SO4(qatı) → CO2 + 2SO2 + 2H2O
Oksidlər müxtəlif fiziki xassələrə malik olur. Onlar hər 3 aqreqat halda – bərk maye və qaz halında olur. Məsələn, CO2, SO2 qaz; SO3 , N2O3 maye; SiO2 , CaO bərkdir.
Rəngləridə bir birindən fərqlənirlər. Məsələn CuO – qara, Cu2O – qırmızı, CaO – ağ, HgO – sarı, Cr2O7 – yaşıl və s.
Oksid qruplarının müxtəlif xassələri vardır.
- Əsasi oksidlər turşularla və turşu oksidləri ilə qarşılıqlı təsirdə olur.
CaO + HCL= CaCL2 + H2O
- Turşu oksidləri əsaslarla, əsasi oksidlərlə reaksiyaya girib duz əmələ gətirir.
SO3+ NAOH = NA2SO4 +H2O
- Amfoter xassəli oksidlər , yuxarıda dediyimiz kimi, həm turşularla həm də qələvilərlə reaksiyaya girir
ZnO+ H2SO4 = NA2ZNO4 +H2O
YAZAR: Xanım Hacıyeva
Həmçinin bax: https://kafkazh.com/dovri-sistem/
Həmçinin bax: https://turaz.org/aii-serhdinde-baytarliq-ve-fitosanitar-nezartine-qadaga-qoyulub/