Oduncağın quruluşu

Oduncağın bəşəriyyət tarixinin bütün dövrlərində böyük praktiki əhəmiyyət daşıyır. Metallardan geniş istifadə olunmasına, yeni sintetik və tikinti materialların tətbiqinə baxmayaraq, oduncaq bu gün də öz praktiki əhəmiyyətini itirməmiş, əksinə, daha geniş tətbiq olunmaqdadır.

Oduncağın histoloji elementləri.

Oduncağın əsas elementləri su borularından, traxeidlərdən,mexaniki liflərdən, oduncaq parenximdən və özək şüalarından ibarətdir. Oduncaqda yerləşən mexaniki liflər oduncaq lifi və ya libriform adlanır. Su boruları, traxeidlər, mexaniki liflər ölü hüceyrələrdən ibarətdir. Özək şüaların və oduncaq parenxim hüceyrələri odunlaşmasına baxmayaraq bir müddət canlı olurlar.  Özək şüaları vasitəsilə plastik maddələr yayda və payızda üfiqi istiqamətdə  gövdənin daxili hissələrinə, yazda isə əks istiqamətdə həmin hüceyrələrlə geri hərəkət edir,  ələkvari borular vasitəsilə açilan və böyüməyə başlayan tumurcuqlara çatdırılır.   Özək şüaları ilkin ikinci şüalara ayrılır. İlkinözək  şüalar  başlangıcını özəkdən götürüb ilkin qabıqda qutarır. İkinci özək şüaları nisbətən qısa olurlar. Onlar hər hansı bir illik halqadan başlangıc götürüb kambi qurşağına kimi uzanır.

Ali bitkilərdə oduncağın ötürücü toxuma sisteminin məcmusu traxeal elementlər adlanır. Traxeal elementlər traxeidlər və ələkvarı borulardan təşkil olunmuşdur.  Traxeal elementlər oduncağın xarici hissəsində yerləşir və bu hissə  canlı oduncaq adlanır.  Ölü oduncaq gövdənin mərkəzi hissəsində yerləşir, buna bəzən  oduncaq nüvəsidə deyilir. Oduncağın bütün canlı elementlərinin məhvinə və suötrücü funksiyanın itməsinə gətirib çıxaran yaşla əlaqədar olan dəyişiklər zamanı morfoloji dəyişikliklərlə yanaşı bir sıra maddələrin əmələ gəlməsi də baş verir. Əksər bitkilərin oduncağında tillər yaranır. Til ( yun.tilos-kilsə) canlı hüceyrənin, yaxınlıqda yerləşən su borusunun mesaməsindən onun boşluğuna daxil olan çıxıntısıdır.

Kambinin altında yerləşən cavan oduncaq  üst oduncaq adlanır. Bəzi növlərdə ( şam ağacı , palıd, göyrüş, qarağac) daxili oduncağın rəngi , üst oduncağın rəngi ilə müqayisədə daha tünd olur. Burada tilozis kəskin ifadə olunur və çoxlu sayda taninlər,  qətran və rəngləyici maddələr əmələ gəlir. Nüvəyə malik olan belə növləri nüvəli adlanır.

Örtulutoxumluların oduncağı üçün su borularının mövcudluğu xarakterikdir. Lakin örtülutoxumlulular arasında da su borulardan məhrum növlər vardır. Burada iki qrupu aydın fərqlendirmek lazimdır;

  • İlk borusuz bitkilər- onların əcdadlarında borular olmayıb;

İkinci borusuz bitkilər- onların əcdadları borulara malik olsalar da , reqressiv inkişaf nəticəsində ( su həyat tərzinə uyğunlaşma, parazitizim ) itirmişlər.

Hal-hazırda ilk borusuz bitkilər qrupuna aid olan 5 fəsilənin 10 cinsi məlumdur. Bu homoksilyarların ( yun- homo-eyni, ksilon- oduncaq ) oduncağı əsasən traxeidlərdən təskil olunub və əlamətlərinin toplumuna görə iynəyarpaqlıların oduncağından daha çox bəsitdirlər.

İllik həlqələr.

 Oduncağın əsas xarakteri onda illik həlqələrin olmasıdır. İkinci ksilemdə mövsümün , temperaturunun dəyişməsi və günün uzunluğundan aslı olaraq kambi aktivləşir və nəticədə çoxalma layları və ya həlqələri əmələ gəlir. Bunlara illik həlqələr deyilir.

 İl ərzində temperaturun temperatrun istiləşməyə doğru dəyişməsi və rütubətin artması (əsasən payız feslində)  nəticəsində ikinci kambi aktivləşir və illik həlqələr  yaranır. Buna yalançı illik həlqələr  deyilir. Bəzən yalançı illik halqalar həşaratların, göbələklerin və yanğının  ağacı zədələnməsi nəticəsində baş verir. İllik həlqələrin  inkişafına rütubet, işıq, külək və digər xarici mühit amilləri təsir edir.

İllik həlqələri  həmişə yaşıl və yarpağını ağac və kollarda rast gəlinir. Bununla əlaqədar oduncaq   halqalı-borulu  və dağınıq-borulu  tiplərə ayrılır.

Halqalı- borulu oduncaqda  yazlıq və payızlıq  oduncaq törəmələri bir- birindən kəskin fərqlənir.  Yazlıq borular, traxeidlər və onları müşahidə edən elementlər  iri gözlüklü olur. Payızlıq traxeal elementlər isə qalın qılaflı dar gözlüklü olur. Belə halda illik həlqələr  bir- birindən kəskin surətdə sərhədlənərək fərqlənir.

Dağınıq-borulu oduncaq tiplərində  iri gözlüklü oduncaq elementləri oduncağın bütün illik törəmələrində dağınıq-səpikili yayılır. Burada illik həlqələr bir- birindən çoxda fərqlənmirlər.

Ağacın oduncağındakı illik həlqələrin  ümumi sayı ilə ağacın yaşını təyin etmək mümkün olur. Bəzi ağaclarda bir vegetasiya dövründə bir neçə illik həlqə  əmələ gəlir. Belə hallarda oduncaq həlqələrin  sayı ağacın yaşına bərabər olmur. Məsələn, Orta Asiya səhralarında bitən saksaul ağacında, naringidə, Eldar şamında və bəzi başqa ağaclarda bir il müddətində bir neçə oduncaq həlqəsi  əmələ gələ bilər.

İlin fəsillərinin kəskin dəyışmədiyi və bütün il boyu iqlimin demək olar ki, eyni keçirdiyi tropik qurşaq bitkilərinin gövdəsində illik həlqələr, demək olar ki, müşahidə olunmur və nəticədə kambinin bölunmə məhsulları eynicinsli alındığından oduncağın da böyüməsi müvafiq olaraq bərabər şəkildə davam edir.

İllik həlqələrin ən yaşlıları ağacın mərkəzinə yaxın yerləşdiyindən, bu həlqələri əmələ gətirən oksigen və qida maddələri çətinliklə çatır. Həmin həlqələrin canlı hüceyrələrində maddələr mübadiləsinin surəti bu göstərilən səbəbə görə xeyli aşağı düşür və onlar tilləşmə prosesinə uğrayır. Tilləşmə nəticəsində hər il bir həlqə sıradan çıxır.

Sıradan çıxmış və tilləşmə prosesinə uğramış oduncaq həlqələrinə adətən müxtəlif qətranlar, kitrə, aşı maddələri və digər maddələr hopur, buna görə də onların suyun və ümumiyyətlə hər hansı başqa maddələrin keçirilməsində iştirak etmir. Belə həlqələr orqanizmdə ancaq mexaniki vəzifə daşıyır.

Oduncağın dekorativ xassəlləri də onun anatomik quruluşu ilə müəyyənləsir.

Oduncağın laklanması, cilallanması, yandılması və azca rənglənməsi onun təbii dekorativ keyfiyyətlərini aşkara çıxarıb qüvvətləndirir.

 

YAZAR: Əliyeva Almaz

 

Həmçinin bax: https://kafkazh.com/huceyrenin-kimyevi-terkibi/

Həmçinin bax: https://tehsilim.org/baki-dovlet-universiteti-geologiya-fakultesi/