Obsessiv Kompulsiv Pozuntu (OKP)

Obsessiv Kompulsiv Pozuntu (OKP)

 

“Obsessiv Kompulsiv pozuntu”və ya “Sarışanhallar nevrozu” da deyilir. Təşvişə səbəb olan sarışan fikirlərin yaranması və həmin fikirləri müəyyən sarışan hərəkətləri təkrarlamağa məcbur etməsidir.Evdən çıxarkən qapıları,pəncərələri,sobanı yoxlayırıq. Bu normal haldır. Ancaq OKP olan insan bunu 3-4 dəfə,yəni daha çox edir.Məsələn,evdən çıxarkən yoxlayır və hərşey qaydasındadır deyərək çıxır.

Qapıya çatanda təkrar qayıdıb baxır.Hər şeyin lazımi qaydada olduğunu görsə də,3-cü dəfə qapıya çatanda yenə özünü geri dönüb baxmaq məcburiyyətində hiss edir.Hətta bu şəxslər evdən çıxmazdan əvvəl edəcəklərinin siyahısını da yaradırlar.

Obsessiv Kompulsiv pozuntuya malik şəxslər xoşagəlməz düşüncələrə qapılırlar. Və həmin düşüncələr onlardan əl çəkmir. Bu düşüncələr obsessiyalardır.Onlardan qurtulmq üçün şəxs bir sıra hərəkətlər icra edir (məsələn qapını dəfələrlə yoxlamaq). Bunlar kompulsiyalardır (məcburiyyət). Kompulsiyalar pisixi və fiziki olmaqla iki formada görünür.Fiziki kompulsiyalara tez-tez əlləri yuma,qapıları bağlama və s. hərəkətlər aiddir.

Göründüyü kimi fiziki kompulsiyalar kənar şəxslər tərəfindən də müşahidə oluna bilir.Psixi kompulsiyalar isə insanın daxili ilə bağlıdır.Bunlara daxildən (fikrən) edilən dualar,qarğışlar,hər hansı bir şeyi sayma və s. daxildir.Kənardan hiss olunmur və şəxsin iradəsindən asılı olmurlar.

Obsessiya və kompulsiyalar həm eyni anda,həm də ayrılıqda görünə bilər.Məsələn, şəxs mikroblardan qurtulmaq üçün uzun müddət təmizlik işləriylə (bütöv bir gün,hətta bir neçə gün) məşğul olur. Burada mikrobun,kirin yaradacağı fəsadları düşünməsi obsessiya,icra etdiyi təmizlik işləri kompulsiyalardır. Yaxud belə bir misal:hər hansı bir sözü təkrarlamaq və ya hansısa bir hərəkəti təkrar-təkrar etmək kompulsiyadır.

Burada obsessiya – əgər bunları təkrar etməsə,pis bir şey olacağını düşünməsidir. Əşyaları hər an səliqəyə salmaq yaxud simmetrik formada yığmaq da kompulsiyalara daxildir. Bunun səbəbi isə səliqəylə bağlı narahatlıq yaradan düşüncələri (obsessiyaları) azaltmaq,onlardan qurtulmaqdır. Bu cür əlamətlər olan bir şəxsdə Obsessiv Kompulsiv pozuntu ola bilər.

Bunu dəqiqləşdirmək üçün DSM-5 (diaqnostik və statistik manual) kitabından istifadə oluna bilər.
Yaranan hər hansı bir şeyin obsessiya sayıla bilməsi üçün o,narahatlıq yaradan, istənməyən, xoşagəlməz düşüncələrdən ibarət olmalıdır. Həmçinin,xəstə bu düşüncələri aradan qaldırmaq üçün cəhd göstərməlidir.

Hər hansı bir şeyin kompulsiya olması üçün isə sıralamaq,yoxlamaq kimi təkrarlanan davranışlar(fiziki) və ya dua etmək yaxud saymaq kimi daxili hərəkətlər(psixi) xoşagəlməz düşüncələrdən qurtulmaq üçün icra edilməlidir.
Obsessiv kompulsiv pozuntu insanın gündəlik həyatında müəyyən çətinliklər yaradır.Təkrarlamalardan dolayı şəxs işə,dərsə və ya başqa yerə gecikir,işlərini vaxtında bitirə bilmir.

Həmçinin,təkrarlamalardan dolayı gərginlik keçirir,stressli anlar yaşayır. OKP-nın yaranma səbəbi tam olaraq bilinmir.Bir sıra amilləri səbəb kimi götürmək olar.Ailə üzvlərində OKP daha çox görünür.Yəni,ailədən birində olduqda digər ailə üzvlərində də görülmə ehtimalı olur. Qadınlarda və kişilərdə görülmə dərəcəsi demək olar ki,eynidir.Bəzən irsən də keçə bilir.Stres,əsəb,gərginlik də problemi tətikləyə bilər.

Müalicəsi: Problem təyin olunduqdan sonra müalicə üsulu seçilir. Bu zaman xəstəliyin dərəcəsinə,xəstənin vəziyyətinə və seçiminə də diqqət edilir. Müalicə psixoterapiya və ya dərman vasitəsilə həyata keçirilir.Hər iki üsul eyni zamanda da tətbiq oluna bilər. Psixoterapiya üsulunda “Bilişsel Davranış terapiyası”ndan istifadə olunur.Bilişsel davranış terapiyasının daha çox”Məcburetmə-cavab terapiya” üsulundan istifadə edirlər.

Terapiya zamanı xəstə narahatlıq yaradan anlara məruz qalır.Burada xəstə narahatlığı vərdişlər və ya müəyyən təkrarlanan hərəkətlər etmədən aradan qaldırmağı öyrənir.Bu terapiyanın effektli olması üçün xəstə ona verilən təlimatlara düzgün əməl etməlidir.Bəzən xəstələr narahatçılığa məruz qalmaq istəmədikləri üçün bu üsulu istəmirlər.Belə olduqda xəstə dərman vasitəsilə müalicə olunur.Xəstələrin əksəriyyətində bu metodlar effektli olur.Və müalicə üsulu düzgün seçildiyi,doğru şəkildə aparıldığı zaman insanlar normal həyatlarına davam edə bilirlər.

 

YAZAR: Gülçin Qarayeva Gənc Psixoloq

Həmçinin bax:Daun sindromu

Həmçinin bax:https://tehsilim.org/reqemsal-iqtisadiyyat-muasir-cagirislar-ve-real-imkanlar-konfrans-elani/

Həmçinin bax:https://turaz.org/hakim-vezifesine-qebul-olmaq-isteyen-namizedlerin-nezerine/