Obrazların yaradılması

Obraz, filmin əsas materialıdır və sizin əsər demək olar ki, ta­ma­mi­lə bu materialdan inşa olunur. Heç bir uydurulmuş personaj [homo­fictus] canlı insan [homo sapiens] deyil. O mütləq şəkildə bizdən fərq­lən­məli, bizdən daha cəsarətli, daha comərd, daha ağıllı, daha za­də­gan, ya da ki, daha  qəddar olmalıdır. Yaratdığınız “uy­durulmuş insan”ın
ehtirası daha isti, qəzəbi daha soyuq olmalı, bi­zim etmədiklərimizi etməyi bacarmalıdır. O daha çox səyahət edir, daha çox münaqişəyə girir, çox tez aşiq olur, ya da daha tez unudur, və ya daha dərin iztirab çəkir. Bir sözlə çox
vaxt uydurulmuş obrazlar ağıl­lı və canlı insanları hər cəhətdən üstələyir. Hətta əgər uydurulmuş ob­raz sadə, sıxıcı, zəhlətökən və s. olsa  belə o real dünyada yaşayan ox­şarından öndədir.

Real dünyada insanlar anlamsız hərəkətləri, ziddiyyətləri, doğru və yanlış fikirləri ilə dəyişkəndir. Bu gün doğru
hesab etdiyini sabah tək­zib edir, bu gün inandığına sabah inanmır. Sevinci və ümidsizliyi bə­zən başqaları tərəfindən anlaşılmır.  Uydurulmuş obrazlar mürək­kəb, dəyişkən, eləcə də sirli ola bilər. Lakin onlar mütləq tamaşaçıya ay­dın olmalıdır. Bütün hərəkətləri, sözləri əsaslandırılmış olmalıdır. Əks halda tamaşaçı ona bütün marağını itirəcək.

Biz real dünyada uydurulmuş obrazdan fərqli olaraq bir süjetin için­də qalmağa məhkum deyilik. Bununla belə
onun həyatı daha sa­də­dir. Çünki bütün həyatı düşünülüb və baş verənlər onun həyatının bir his­səsini, bir anını,
bir problemini əhatə edir.

Əgər siz səhər yeməyi zamanı ağlınızdan keçirdiklərinizi: düşün­cə­lərinizi, hisslərinizi, duyğularınızı yazmağa
qərar versəniz bir kitab həcm­ində yazı yazmalı olarsınız. Çünki keçirdiyiniz bu hissləri, ağ­lı­nız­dan keçənləri
anlatmaq olduqca çətindir. Lakin yazıçı bizə yarat­dı­ğı obraz haqqında danışarkən o yalnız qəhrəmanının elə bir hissləri, arzu­ları, düşüncələri barəsində danışmalıdır ki, bu onun şəxsiyyətinin inki­şafına, gələcək hərəkətlərinə
təsir etmiş olsun. Onlar onun xarak­te­rinin elə bir çaları olmalıdır ki, qəhrəmanın həyatında həll edici rol oy­naya bilsin.

Yazıçı nəyi danışıb, nəyi danışmayacağını özü seçir. Hətta ən par­laq obrazlar da belə doğulur və onlar mütləq
şəkildə bizim eynimiz ol­mur. Lakin bütün bunlarla yanaşı unutmaq olmaz ki, yaradılmış qəh­rə­manlar uydurulmuş olsa da, real həyatda sözün tam mənasında biz­dən üstün olsa da bizə yaxın olmalı, bizə bizi, ya da tanıdığımız birini
xa­tırlatmalıdır. Bununla yanaşı bizim etmədiklərimizi edə biləcək cə­sa­rətdə olmalıdır.

Uydurulmuş insanın iki tipi mövcuddur. Birincisini sadə, “bir­öl­çü­lü” adlandırmaq olar. Onlar epizodik personajlardır. Onlar he­ka­yə­nin [indiki halda filmin] bir yerində meydana çıxır, bir-iki fraza de­dik­dən sonra tamamilə yoxa çıxırlar. Məsələn, ofisiant, qəzet satan, qa­pıçı, barmen, xidmətçi və s. Ssenarist istəsə onları təsvir
edər, istə­mə­sə etməz. Onlar ya hisslərini, emosiyalarını daha qabarıq ifadə edən tip­lərdir, ya da ki, sakit və susqun tiplər. Onlar hadisələrdən kənarda olur, hekayəmizə heç bir halda müdaxilə etmirlər. Tamaşaçı/oxucu bə­zən onların varlığının fərqinə belə varmır. Bu tip obrazlar şablon olur və adətən onlarda xarakterin bir xüsusiyyəti mövcud
olur. Yəni biz onu görürük: xəsislik, möminlik, qorxaqlıq, yaltaqlıq, şəhvət və s. On­lar qısa zaman içində tamaşaçını təəccübləndirə, silkələyə, düşündürə bi­lər. Bununla yanaşı tamaşaçı diqqətini uzun müddət öz üzərində sax­la­mağa qadir deyillər. Çünki ssenarist onların hərəkətlərinin motivini çox vaxt tamaşaçıya ümumiyyətlə açmır. Biz onların qorxuları, arzu­ları, şübhələri haqqında heç nə bilmirik.

Uydurulmuş insanın ikinci tipini “tam”, “çoxölçülü” [çoxplanlı] adlan­dırmaq olar. Bu növə sizin əsərin bütün
əsas qəhrəmanları aiddir. Bu tip personajlara birmənalı yarlıq yapışdırmaq çox çətindir. Onların bütün hərəkətləri  mürəkkəb, kompleks əsaslandırmaya söykənir. Arzu­larına çatmaq üçün bütün ambisiyalara sahibdirlər. Bu personajlar bö­yük günahlar edir, çəkilməsi mümkün olmayan acıları çəkirlər. On­lara həyəcan, iztirab, dərd, eşq
əzab verir. Bir sözlə bütün hisslərini daha dərindən yaşayırlar.

Önəmli məqamlardan biri də odur ki, tamaşaçı onları canlı insan ola­raq qəbul etməlidir. Bütün bu hisslərin bir insanda toplanmasına inan­malıdır. Yəni tamaşaçı onların hekayə başlamazdan əvvəlki hə­yat­ları­nın varlığına inanmalı, onların canlı bir həyatı yaşadığından əmin ol­malıdır. Qəhrəmanımızın keçmişi, bioqrafiyası olmalıdır.
Və bu o qə­dər inandırıcı bir tərcümeyi-hal olmalıdır ki, tamaşaçı o parlaq in­san­la tanış olmağı arzulasın.

YAZAR: Jasmin Mərdanova
Həmçinin bax: Ssenarinin bölümləri
Həmçinin bax: tehsilim.org/nazir-mekteblerde-pullu-tehsilin-legv-edileceyi-barede-fikirlere-munasibet-bildirib/