Nüvə partlayışı I hissə
Nüvə partlayışı zamanı yatanan zərbə dalğası, insanlara və ətraf mühitətəsiri
*1)* Nüvə partlayışı enerjisinin təqribən
50% – zərbə dalğasının,
35% –işıq şüalanmasının,
10% – ərazinin radioaktiv çirklənməsinin,
4% – nüfuzedici radiasiyanın və
1% – elektromaqnit impulsunun yaranmasına sərf olunur.
*2)* Nüvə partlayışının ilk anından sonra havada şar (göbələk) şəkilli işıq sahəsi əmələ gəlir. Əmələ gəlmiş şarın daxilində partlayış məhsullarının istiliyi 10 milyon dərəcəyə, təzyiqi isə bir neçə milyard atmosferə çatır. Bunun nəticəsində şarı əhatə edən hava sərhəddində *təzyiqin və temperaturun kəskin fərqi* əmələ gəlir. Partlayış məhsulları məhdudlaşmış şarın səthindən sürətlə ətrafa yayılmağa başlayır və nəticədə havada zərbə dalğası yaranır.
*3)Zərbə dalğası*– partlayış mərkəzindən hər tərəfə səsdən iti sürətlə yayılan bərk sıxılmış hava qatından ibarətdir.
*4)Zərbə dalğasının zədələyici təsirini xarakterizə edən əsas parametrlər*
+dalğanın ön həddindəki izafi təzyiq,
+dalğanın surət təzyiqi və izafi təzyiqin təsir müddətidir.
_(İzafi təzyiq yaranmış maksimal atmosfer təzyiqi ilə zərbə dalğasından əvvəlki normal atmosfer təzyiqinin fərqinə bərabərdir. Izafi təzyiq hər kv. sm. düşən kq. qüvvə ilə ifadə olunur və KP (kilopaskalla) ölçülür.)_
*5)*Zərbə dalğası nəticəsində binalar, qurğular, tikililər dağılır, insanlar isə müxtəlif dərəcəli zədələr alırlar.
*6)* İzafi təzyiqin miqdarından asılı olaraq *zədələr 4 növə bölünür:*–
_*yüngül zədələnmə* – izafi təzyiq 20 – 40 kPa bərabər olanda baş verir. Bu zaman yüngül kontuziya, qol və qıç nahiyələrinin burxulması və eşitmə qabiliyyətinin müvəqqəti itirilməsi baş verir;
_*orta zədələnmə* – izafi təzyiq 40 – 60 kPa bərabər olanda baş verir. Belə hallarda bədənin ümumi kontuziyası, qol və qıç nahiyələrinin bərk burxulması, burun və qulaqlardan qanaxma baş verir;
_*ağır zədələnmə* – izafi təzyiq 60 – 100 kPa bərabər olanda baş verir. Bu zaman qol və qıç nahiyələrinin sınması, daxili orqanların zədələnməsi, burun və qulaqlardan şiddətli qanaxma baş verir.
_*ən ağır zədələnmə*– izafi təzyiq 100 kPa – dan yüksək olanda baş verir. Bu zaman bütün sümüklərin sınması, daxili orqanların dağılması, daxili qanaxma və beyin silkələnməsi baş verir.
*7)* Zərbə dalğasının önündə izafi təzyiq 10 kPa – dan artıq olan sahələr nüvə *dağıntı ocağı* adlandırılır.
Dağıntıların xarakterinə görə bu sahələr 4 növə ayrılır:
+tam dağıntı zonası,
+güclü dağıntı zonası,
+orta dağıntı zonası və
+zəif dağıntı zonası.
*Tam dağılma zonası.* Nüvə partlayışı mərkəzinə ən yaxın olan sahələrə tam dağıntı zonası deyilir və bu sahənin hüdudları daxilində zərbə dalğasının yara tdığı izafi təzyiq 50 kPa-dan artıq olur. Burada istehsalat və yaşayış binaları tamamilə dağılır, partlayış mərkəzinin lap yaxınlığında isə sığınacaqların bir qismi uçulur. Sığınacaqların əksəriyyəti (75%-ə qədər) və yeraltı kommunal-energetika şəbəkələri (95%) salamat qalır. Küçələrdə uçqunlar əmələ gəlir, sığınacaqların çıxış yolları uçqunlarla tutulur.
*Güclü dağılma zonası.*50 kPa-dan 30 kPa-dək izafi təzyiqin təsirinə məruz qalan sahələr orta dərəcəli dağıntılar zonasıdır. Bu zonanın hüdudları daxilindəki yerüstü binalar orta dərəcədə dağılır, yeraltı sığınacaq və şəbəkələr salamat qalır. Küçələrin müxtəlif yerlərində uçqunlar yarana bilər. İşıq şüalanması nəticəsində güclü yanğınlar törəyir.
*Orta dağılma zonası.*30kPa-dan 20 kPa-dək izafi təzyiq təsir göstərən sahələrdə orta dağıntılar baş verir. Taxta evlər tamamilə və çox dağılır, daş evlər orta və ya zəif dağıntılara uğrayırar. Sığınacaq, daldalanacaq və bina zirzəmilər dağıntılarsız ötüşülər. Küçələrdə ayrı-ayrı uçqunlar əmələ gəlir. İşıq şüalanması nəticəsində başdanbaşa yanğınlar törəyir.
*Zəif dağılma zonası.* 20kPa-dan 10 kPa-dək izafi təzyiq təsir göstərən sahələrdə zəif dağıntılar baş verir. Bu zonada yerüstü binalar zəif dağıntılara məruz qalır (onların qapı-pəncərələri, artırmaları, daxili arakəsmələr və s. dağılır). Küçələrdə tək-tək uçqunlar yaranır, işıq şüalanmasından tək-tək yanğınlar törəyir. Dağıntı zonalarından kənarda (izafi təzyiq 10 kPa -dan az olan yerlərdə) zərbə dalğası mühafizə olunmamış adamlara təhlükə törətmir, binaları isə azacıq zədələyir *8)*Zərbə dalğasının *zədələyici təsiri*
+partlayışın gücündən,
+partlayışın növündən,
+partlayış mərkəzindən olan məsafədən və
+yerin relyefindən asılı olur.
20 kilotonluq nüvə partlayışı zamanı zərbə dalğası 1km məsafəyə 2 saniyə, 2km məsafəyə 5 saniyə, 3km məsafəyə 8 saniyə ərzində çatır.
*9)*Zərbə dalğasından ən etibarlı qorunma üsulu
+mühafizə qurğularında yerləşməkdir,
+həmçinin xəndəklərdən, yeraltı zirzəmilərdən və
+yerin relyefindən də müəyyən qədər istifadə etmək mümkündür.
1)Nüvə silahları o silahlara deyilir ki, onların dağıdıcı təsir qüvvəsi nüvə daxili enerjinin ayrılması hesabına baş versin. Nüvə çevrilmələri zamanı əmələ gələn enerjiyə nüvə enerjisi deyilir.
2)Nüvə silahlarının istifadəsində partlayışlar iki üsulla həyata keçirilir:
+ atom silahlarının istifadəsində nüvədaxili ağır kimyəvi element atomları bölünərək daha yüngül atom və nüvələrə çevrilir və bölünmə reaksiyası adlanır;
+ hidrogen silahlarının istifadəsində yüngül kimyəvi element atomları birləşərək daha ağır atomlar əmələ gətirir və buna sintez üsulu deyilir.
3)Nüvə partlayışlarının dağıdıcı faktorları insanların məhv edilməsində kompleks xarakter daşıyır, böyük əraziləri əhatə edir və öz təsirini uzun müddət saxlayır.
4)*Nüvə zədələnməsi ocağı (NZO) – o əraziyə deyilir ki, orada nüvə partlayışının zədələyici amilləri nəticəsində külli miqdarda insan, heyvan və bitki tələfatı olur, bina və qurğular dağıdılır, yanğınlar baş verir və yer radioaktiv maddələrlə zəhərlənir.
5)Nüvə silahının zədələyici amilləri.
Nüvə partlayışı enerjisinin təqribən
50% – zərbə dalğasının,
35% –işıq şüalanmasının,
10% – ərazinin radioaktiv çirklənməsinin,
4% – nüfuzedici radiasiyanın və
1% – elektromaqnit impulsunun yaranmasına sərf olunur.
6) İşıq şüalanması
İşıq şüalanması – nüvə partlayışı zamanı meydana çıxan od kürəsinin saçdığı gözə görünən ultrabənövşəyi və infraqırmızı işıq selidir.
+Nüvə partlayışının işıqlanma sahəsi – işıq şüasının mənbəyi adlanır. Onun əsasını közərmiş hava və müəyyən miqdarda közərmiş partlayış məhsulları təşkil edir. İşıqlanma sahəsində havanın işıqlanma müddəti əsasən nüvə partlayışının gücündən asılı olaraq bir saniyədən bir neçə on saniyəyə qədər davam edir.
İşıq şüalanmasının əsas məhvedici təsiri ona əsaslanır ki, müxtəlif örtüklər və bədən quruluşları işıq enerjisini udmağa və qızmağa qadirdirlər. Buna görə işıq şüalarının təsiri nəticəsində müxtəlif sahələrin səthində alışma, yanma, kömürləşmə, ərimə və buxarlanma halları baş verir.
İşıq impulsunun miqdarından asılı olaraq insanlar 4 növ yanıqlar ala bilər:
+birinci dərəcəli yanıqlar işıq impulsu 80 – 160 KC\m² olarkən əmələ gəlir və bu zaman dərinin qızarması baş verir;
+ikinci dərəcəli yanıqlar işıq impulsu 160 – 400 KC\m² olarkən əmələ gəlir və bu zaman dəridə suluqların əmələ gəlməsi baş verir;
+üçüncü dərəcəli yanıqlar işıq impulsu 400 – 600 KC\m² olarkən əmələ gəlir və bu zaman dərinin ölməsi baş verir;
+dördüncü dərəcəli yanıqlar işıq impulsu 600 KC\m² – dən yuxarı olarkən əmələ gəlir və bu zaman damarların və sümüklərin yanması baş verir.
7) Müxtəlif sahələrdə yaranan işıq impulsunun təsiri nüvə partlayışının növündən, gücündən, məsafədən və hava şəraitindən asılı olur. Yağmurlu və dumanlı havada işıq impulsunun təsiri qat– qat azalır.Sığınacaqlar və radiasiya əleyhinə daldalanacaqlar işıqşüalanmasının təsirindən qorunmaq üçün ən etibarlı yerlərdir.Bütün kölgə salan əşyalar da insanları işıq şüalanmasından qoruya bilir.
YAZAR: İsmayılova Səbinə
Həmçinin bax: Serebral iflic və onun yaranma səbəbləri
Həmçinin bax: turaz.org/telebelerin-muavineti-artirildi/