NUKLEİN TURŞULARI
NUKLEİN TURŞULARI
Nuklein turşuları–elementar tərkibli azot əsasları, pentozalar və fosfat turşusu olan yüksəkmolekullu birləşmələrdir. Nuklein turşularını ilk dəfə 1868-ci ildə İsveç həkimi F. Mişer sarğı materiallarında olan irin hüceyrələrində qeyri-adi fosforlu birləşmə olduğunu aşkar etdi və bunları nukleinlər (latınca nulkeus-nüvə) adlandırdı. 1889-cu ildə Z. Altman heyvan toxumalarından və maya köbələklərindən nuklein turşularının zülallardan ayrılmasına nail oldu. Daha sonra Kossel hüceyrələrdə DNT-nin iki növü olduğunu aydınlaşdırdı.
XX əsrin əvvəllərində Levin və Qulland NT-nin makro-molekulyar strukturu haqqında nəzəriyyə irəli sürdülər. Son zamanlar NT-nin rolu haqqında məlumatlar əldə edilmişdir: onlar genetik informasiyaların mühafizə olunmasında, saxlanmasında, nəsildən nəsilə ötrülməsində və bu informasiyaların həyata keçrilməsində vacib komponentdir. DNT-i zülalların və hüceyrə orqanoidlərinin sintezini idarə edir, biokomplekslər formasında fəaliyyət göstərir. Müxtəlif mənbələrdən alınan NT tam hidroliz olunduqda pirimidin və purin əsasları, pentozalar və həmçinin fosfat turşusu əmələ gəlir. Natamam hidroliz zamanı nukleozid və nukleotidlər alınır. NT-in hamısının tərkibində pirimidin əsaslarından sitozin, urasil və timinə təsadüf edilir.
Azot əsaslarından olan – pirimidin əsaslarına (pirimidinin törəmələri) –sitozin (S), urasil (U) və timin (T) aiddir.
Azot əsaslarından olan digər birləşmələr – purin əsaslarına (purinin törəmələridir) adenin (A) və quanin (Q) aiddir.
Pirimidin əsaslarından fərqli olaraq purin əsaslarında kondensləşmiş iki heterotsiklik həlqə olur. Purin molekulunu pirimidinlə imidizol həlqələrinin birləşməsi hesab etmək olar. İmidazol həlqəsinin purin molekuluna birləşmiş purin əsaslarının aktivliyini artırır. Purin törəmələrindən adeninə (6-aminopurin) və quaninə (2-amin-6-hidroksipurin) nuklein turşularının hidrolizi məhsulları arasında daha çox təsadüf edilir.
Nukleozitlər – purin və ya pirimidin əsası ilə pentozaların birləşmələridir. Adeninin riboza ilə birləşməsindən – adenozin, quaninlə birləşməsindən isə timidin tərkibli nukleozidlər əmələ gəlir.
Nukleotidlər – nukleozidlərin fosfat turşusu ilə əmələ gətirdiyi efirlərdir. Fosfat turşusu riboza (və ya dezoksiriboza) molekuluna 31 -cü və ya 51 karbon atomunda olan hidroksil qrupuna birləşir. Nəticədə adenozinmonofosfat (AMF) nukleotidi alınır.
Nuklein turşuları (NT) – mononukleotidlərin müxtəlif sayda (minlərlə) bir-birilə efir tipli rabitə ilə birləşərək oliqonukleotid və polinukleotid zəncirindən ibarət yüksəkmolekullu biopolimerlərdir. Poliribonukleotidlərin (RNT) tərkibində,
O
║
N=C─NH2 OH─P─OH
│ │ │
HC C─N H OH O H
║ ║ CH │ │ │ │
N─C─N ─── C─C──C─C─CH2OH
│ │
H H
O
Adenil turşusu (Adenozin-3-fosfat) purin nukleotidlərindən adenil və quanil turşuları, pirimidin nukleotidlərindən sitidil və uridil turşuları olur. Polidezoksiribonukleotidlərin (DNT) tərkibində isə dezoksiadenil, dezoksiquanil, dezoksitidil və timidil turşuları mövcuddur. RNT-in əmələ gəlməsində pentozalardan riboza, DNT-də isə dezoksiriboza iştirak edir. RNT- molekulunda 60-dan 6 minə qədər nukleotid qalığından, DNT molekulları isə 20-25 min və daha çox (10 mln-a qədər) nukleotiddən əmələ gəlir. Dörd xromosomu olan DNT molekul kütləsi 11,3∙1010 Da-dur. Belə DNT molekulunun uzunluğu 2,1 sm-ə çatır. Bu DNT molekulunda 62 mln nukleotid cütü mövcuddur.
İnsanların somatik hüceyrələrinin nüvəsində 23 cüt xromosom yerləşir. Hər bir hüceyrədə bir molekul DNT olur. İnsanın bir hüceyrə toxumasında 46 molekul DNT olur. İnsanın bir hüceyrə toxumasında olan 46 molekul DNT-in uzunluğu 2 metrə çatır. Onda olan nukleotid cütlərinin sayı 3,2 mlrd. Son zamanlar DNT-in yeni A, B, C, D, Z formaları müəyyən edilmişdir. A-formada polinukleotid zəncirində azot əsasları aralı, B- formada isə yaxın yerləşir. O. biri C, D, Z formalarında isə qarışıq halda yerləşirlər.
Nuklein turşularının molekullarında nukleotidlərin yerləşmə ardıcıllığına, onların birincili quruluşu deyilir.Nuklein turşusu molekullarını təşkil edən monomerlərin (nukleotidlərin) fəzada tutduğu mövqe (fəza konfiqursiyası) onların ikincili quruluşu adlanır. RNT-in 4 növü məlumdur. Bunlar miqdarına, tərkiblərinə, xassələrinə və funksiyalarına görə bir-birindən fərqlənirlər.
1) Ribosom-rRNT-si hüceyrədə olan bütün RNT kütləsinin 80-85%-ni təşkil edir. Onun molekul kütləsi 1,7 mln Da şatır. 3-6 min nukleotiddən əmələ gəlir. Onların 80-84%-i spirallaşmış haldadır. Sadə zülallarla birləşərək ribonukleoproteid hissəcikləri yəni ribosomları əmələ gətirir. rRNT-in funksiyası tam aydınlaşdırılmamışdır.
2) Nəqliyyat-nRNT-si hüceyrədə olan bütün RNT kütləsinin 15% – ə qədərini təşkil edir. Onların molekul kütləsi 35000 Da çatır 60-90 mononukleotiddən təşkil olunmuşdur. nRNT-in funksyası hüceyrədə aminturşularını zülalların sintez olunduğu yerə-ribosoma daşımaqdan ibarətdir. nRNT hüceyrədə həll olmuş haldadır. Onun molekulunda minor aminturşularının sayı digər RNT-dən artıqdır.
3) Məlumat-mRNT hüceyrədə olan bütün RNT – kütləsinin 5% – ə qədərini təşkil edir. Onun molekul kütləsi 300 min-dən 4 mln Daltona çatır. mRNT-sı hüceyrə nüvəsində DNT-ın iştirakı ilə sintez olunur. mRNT-sı funksiyası sintez olunacaq zülal molekulunun quruluşu haqqında olan məlumatı hüceyrənin nüvəsindən ribosoma aparmaqdır. Orqanizmdə saysız hesabsız zülal molekulu sintez olunur. Bunların hər birinin sintezi spesifik mRNT-sı vasitəsilə idarə edilir.
4) Virus – vRNT-sı virusların və faqların tərkib hissəsidir. Onlar virusun (hüceyrə sahibinin) çoxalmasında informasiya rolu-nu oynayır. Molekul kütləsi 2 –15 mln Dalton arası dəyişir.
Yazar: Əsədzadə Mahizər
Həmçinin bax: https://turaz.org/erdogandan-beyanat/