Nizami Gəncəvi yaradıcılığında İskəndərzülqərneyn obrazı

Ey Tanrı, dünyaya sənsən padşah,
Biz kiçik bəndəyik, sən böyük Allah.
Tək sənə sığınır hər yüksək, alçaq,
Hər varlıq yoxluqdur, sən varsan ancaq.

Nizami Gəncəvi

Açar söz: Nizami Gəncəvi, Zülqərneyn, Makedoniyalı İskəndər, Oğuz Xaqan

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci ildə imzaladığı sərəncama
əsasən, 2021-ci il “Nizami Gəncəvi İli” elan edilmişdir. Nizami Gəncəvinin əsərlərinin tətqiq edilməsi
və araşdırılması daima aktual məsələlərdən olub. Bir sıra məsələlərə aydınlıq gətirilsə də,elm üçün
hələ də mübahisəli mövzular həmişəki aktuallığını saxlamaqdadır. Bunlardan biri də dahi Nizaminin
“İskəndərnamə” poemasındakı Makedoniyalı İskəndər-Zülqərneyn obrazıdır.

“Zülqərneyn” adı ərəbcədir (ذو القرنين (və ərəbcə “Zül-qarnəyn” kimi oxunmaqdadır. Mənası “İki
buynuz sahibi” deməkdir.Bəziləri bu adı belə yozurlar ki, Zülqərneynə o ləqəb ona görə verilmişdir
ki, onun dəbilqəsində iki buynuz var idi. Digərləri isə belə izah edirlər ki,Zülqərneynin dövləti Şərqi
və Qərbi əhatə etmişdir. Başqa bir ərəbcə lüğətdə yazılır ki, “Qərn” sözünün iki mənası var: uzun dövr
və heyvan buynuzu. “Qərneyn” dedikdə şərq və qərb nəzərdə tutla bilər. Çünki ərəblər şərq və qərbi
günəşin iki buynuzu saymışlar. Ola bilsin ki, Zül-Qərneyn bütün şərq və qərbə hakim olduğundan
belə adlandırılmışdır.

Quranın nazil olunmasından əvvəl köhnə dünyada krallar və imperatorlar ilahi
gücə malik olduqlarını göstərmək üçün “buynuzlu tac” taxarmışlar. Mesopotamiyanın Səma tanrısı
olan An(Anum) buynuzlu başlığı ilə idarəçilik və hökmdarlıq düşüncəsinin təcəssümü kimi təsvir
edilirdi. Qurani-Kərimdə Zülqərneyn adlandırılan,Məğribi(qərbi) və Məşriqi(şərqi) fəth etmiş bu
sərkərdənin kimliyi barədə uzun illərdir müxtəlif mülahizələr söylənilmişdir.

Bəzi rəvayət və dastanlardan bir çox qədim ərəb hökmdarlarının Zülqərneyn ləqəbini daşıması məlumdur. İran alimi
Sədrəddin Bəlaği hind alimi Əbu Kəlam Azadın araşdırmalara əsaslanaraq Quranda adı çəkilən
Zülqərneynin İran hökmdarı, e.ə. 559-cu ildə hakimiyyətə gəlmiş,həxamənişlər nəslindən olan Kureş
(Kir) olduğunu göstərir. S.Bəlaği öz fikrini əsaslandırmağa çalışarkən belə bir mülahizəni əsas götürür
ki, Mədinə yəhudiləri Məhəmməd peyğəmbərə Zülqərneynin kim olması barədə sual vermiş, bundan
sonra Zülqərneynlə bağlı ayələr (Kəhf surəsi.83-98) nazil olmuşdur.

Bəlağinin fikrincə, Tövratda Danyalın yuxusunda nəzərdə tutulan ikibuynuzlu qoç da məhz Kirdir. Çünki XIX əsrdə arxeoloji qazıntılar zamanı İstəxr yaxınlığındakı Mürcab çayında Kirin başında iki qoç buynuzu olan heykəli
tapılmışdır. Sədrəddin Bəlaği bu fikrini isbat etməyə çalışarkən Şərqin Əbu Əli ibn Sina kimi filosofu,
eləcə də məşhur təfsirçi “Məfatihul-qeyb” (“Qeybin açarları”) adlı Quran təfsirinin müəllifi Fəxrəddin
Razi ilə mübahisəyə girir,onların Qurandakı Zülqərneynin Makedoniyalı İskəndər olması ilə bağlı
fikirlərinin yanlış olduğunu bildirirdi. Lakin fars aliminin bu qənaəti bir çox cəhətlərdən özünü
doğrultmur. Məsələn, Kirin heykəlində qoşa buynuzların olması əsassız mülahizələrdən biridir. Çünki
buynuz güc,qüvvət rəmzi kimi qəbul olunduğundan bir çox hökmdarlar buynuzlu təsvir olunmuşlar.

Çox zaman Makedoniyalı İskəndər də Misir Allahı sayılan qoşabuynuzlu öküz- Amonla
eyniləşdirilmişdir. Qeyd etmək lazımdır ki, Şərqin ibn əl-Əsir, ibn Cərir ət-Təbəri, Sələbi, Qazi
Beyzavi kimi dahiləri də Zülqərneynin Makedoniyalı İskəndər olmasını söyləmişlər. (3.70)

Bir çox mənbələrdə İsgəndərin İran şahı Daranın oğlu olması söylənilir,hətta onun adını da fars
mənşəyi ilə bağlamağa cəhdlər edilir. Bu barədə Təbəri tarixində oxuyuruq:

“Bəzi elm əhli qədim adamların xəbərlərinə istinadən iddia edirlər ki, İsgəndər Dara əl-Əsğarla (Kiçik
Dara-III Dara nəzərdə tutulur) müharibə edən şəxsdir. O, Kiçik Daranın qardaşıdır. Kiçik Dara atası
Böyük Dara (Bəhmən oğlu Dara nəzərdə tutulur) İskəndərin anası ilə evlənibmiş. Bu, qədim rum
şahının qızı olub və adı Həlay imiş. Dara bu qadından çox üfunətli tər iyi gəldiyini gördükdə, öz
adamlarına bu iyi yox etmək barədə göstəriş verir. Mərifət əhli qadına əlac etmək üçün Səndər adlı
ağacdan istifadə edir. Bu ağacı doğrayıb qaynadır, qadını onun suyunda çimizdirirlər. Bunun
sayəsində həmin qoxu xeyli azalsa da, tamamilə yox olmur. Dara dözə bilməyib iyrəndiyi bu qadını
atası evinə yollayır. Bu vaxt Həlay artıq hamilə idi. O, bir oğlan uşağı dünyaya gətirir, adını öz adına
və pis qoxunu dəf etmək üçün suyunda yuyunduğu ağacın adına uyğun Həlaysəndərus qoyur. O,
İsgəndərusun əslidir.”

İskəndərin şahənşahlarla qohumluğuna Şərq ədəbiyyatında da xüsusi diqqət yetirilir. Füzuli
poeziyasında İskəndərələ Daranın adı yanaşı çəkilir. Onların hər ikisi qüdrət,əzəmət,ucalıq
mücəssəməsidirlər. Şair dövrünün hakimlərini mədh edərkən onları məhz İskəndərə, Daraya bənzədir.
Bununla yanaşı “Leyli və Məcnun”un “Padişahı-islam tərifi” hissəsində Füzuli “İskəndər səddi” ilə
bağlı mövzuya toxunur. Burada diqqəti cəlb edən əsas cəhətlərdən biri şairin həmin səddin bir
tərəfində Yəcuc, o biri yanında isə insan olmasını söyləməsidir. Demək, şair bir məxluqat kimi Yəcuc
Məcucu insan hesab etmir və yazır:

Əsası hökmdar, mənidə bir səddi İskəndər kim,
Onun Yəcucdur bir yanivü, bir yanı insandır. (3.173)

Füzuli mükəmməl bir təzadla Əhməd bəyə yazdığı məktubda İskəndərin rəvayəti ilə bağlı belə bir
beyt işlədir:

Həm səvadi-nurbaxşi zülməti-abi-həyat,
Həm bəyazi-rövşəni Ayineyi-İskəndəri. (3.173)

Burada Füzuli Əhməd bəydən aldığı namənin nur saçan qarasını,yəni yazısını abi-həyatın yerləşdiyi
zülmət diyarına, işıqlı ağlığını isə İskəndər güzgüsünə bənzədir. Nizaminin “Şərəfnamə”sində
İskəndərin dəmirdən güzgü hazırlatmasından söhbət gedir:

Keçmişdə güzgüdən yox idi əsər,
Güzgünü yaratdı böyük İskəndər.
Başlanınca güzgü qayırmaq işi
Qalıba tökdülər qızıl, gümüşü.
Nə əməl etdilər vermədi səmər,
Onda üzlərini düz görmədilər.
Sonra əl atdılar hər cür gövhərə,
Hər biri göstərdi başqa mənzərə.
Elə ki, təcrübə dəmirə çatdı,
Gövhər üzərində naxış yaratdı.
… Ilk dəfə güzgüyə baxdı İskəndər,
Bir əzəmət aldı gövhərdən gövhər.
Güzgüdə görüncə qeysər özünü
Güzgünün şadlıqdan öpdü üzünü. (1.112-114)

Qurani-Kərimdə adı çəkilən Zülqərneyn kimdir? Nəyə görə onun Makedoniyalı İskəndər
olduğunu deyirlər? Əl-Kəhf surəsinin 83-98-ci ayələrində adı çəkilən şəxsdir. Bəzi mənbələrdə onun
peyğəmbər,övliya, Tanrı tərəfindən seçilmiş şəxs olduğu yazılır. Əl-Kəhf surəsinin ayələrində verilir:

(Ya Rəsulum!) Səndən Zülqərneyn barəsində soruşurlar. De “Onun barəsində sizə bir hekayət (bəzi
xəbərlər) söyləyəcəyəm!” Biz onu yer üzərində möhkəmləndirib qüvvətləndirdik və hər şey verdik
(hər şeyin yolunu ona öyrətdik). O,(məğribə çatmaq üçün) yola çıxdı.

(Tövbə qapısı məğribdə olduğuna görə səfərini oradan başladı). Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə (lehməli bir suda) batan gördü.O, çeşmənin yanında (Allahı tanımayan,kafir) bir tayfa da
gördü. Biz ona belə buyurduq: “Ya Zülqərneyn! Sən onlara (imana gəlməsələr) əzab da verə bilərsən,
(haqq yola dəvət edib) onlarla yaxşı rəftar da edə bilərsən!” O (İsgəndər) belə cavab verdi: “Zülm
(küfr) edənə əzab verəcəyik. Sonra o, Rəbbinin hüzuruna qaytarılacaq. (Rəbbi də) ona (Cəhənnəmdə)
görünməmiş bir əzab verəcəkdir! İman gətirib yaxşı iş görənləri isə ən gözəl mükafat (Cənnət)
gözləyir. Biz ona asan bir şey əmr edəcəyik!” (Onu Allaha yaxınlaşdırmaq üçün bacardığımız hər
şeyi- oruc,namaz,zəkat,cihad və.s. öyrədəcək, gücü çatmayan bir işi isə görməyə vadar etməyəcəyik).
Sonra o, başqa bir yola (məşriqə) tərəf üz tutub getdi.

Nəhayət, günəşin çıxdığı yerə çatdıqda onu bir qövm üzərində doğan gördü ki, onlardan ötrü ona (günəşə) qarşı heç bir sipər yaratmamışdıq. (Yalnız günəşin özü onlar üçün sipər idi). (Zülqərneynin qüdrət və səltənəti, səyahəti) belə idi. Biz hələ onun yanında daha nələr olduğunu da bilirik. (Zülqərneynin qüdrətini, nə qədər əsgərlə səfərə çıxdığını
Allahdan başqa heç kəs dəqiq bilməz).Daha sonra o (Zülqərneyn) başqa bir yola (cənubdan şimala)
üz tutub getdi.Nəhayət, (sədd salmış olduğu Azərbaycandakı, yaxud Türküstanda Yə’cud-Mə’cüc
tayfaları yaşayan ərazidəki) iki dağ arasına gəlib çatdıqda onların ön tərəfindən az qala söz anlamayan
(yaxud danışıqları çox çətin başa düşülən) bir tayfa gördü.

Onlar (tərcüməçi vasitəsilə) dedilər: “Ey Zülqərneyn! Yəcuc-Məcuc (tayfaları) bu ərazidə fitnə-fəsad törədirlər. Bizimlə onlar arasında bir sədd çəkmək üçün sənə müəyyən məbləğ (yaxud xərac) versək olarmı?” O (Zülqərneyn) dedi: “Rəbbimin mənə verdiyi (qüdrət və sərvət sizin mənə verəcəyiniz məbləğdən) yaxşıdır. Gəlin öz qüvvənizlə
(bənna,fəhlə,dülgər və.s.) mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd
düzəldim! Mənə dəmir parçaları gətirin!” (Onlar gətirdilər). O (Zülqərneyn) iki dağın arasını (dəmir
parçaları ilə doldurub) bərabərləşdirən kimi : “(Körükləri) üfürün!”- dedi. (Onlar körükləri üfürdülər).
(Zülqərneyn dəmiri) od halına salınca: “Mənə ərimiz mis gətirin, onun üstünə tökün!” dedi. (Dəmir
və mis bir-birinə qarışdı, ərimiş mis divarın dəliklərini doldurdu və beləliklə, möhkəm bir sədd əmələ
gəldi). (Yəcuc-Məcuc tayfaları) artıq nə (səddi) aşa bildilər, nə də onu dəlib keçə bildilər. O
(Zülqərneyn) dedi: “Bu (sədd) Rəbbimdən bəxş edilən bir mərhəmətdir. Rəbbimin təyin etdiyi vaxt
(qiyamətə yaxın Yəcuc-Məcuc tayfalarının dünyanı bürüyəcəyi zaman) gəldikdə isə (Allah) onu yerlə
yeksan (dümdüz) edəcəkdir.

Rəbbimin vədi haqdır!” (Allahın buyurduğu hər bir şey, o cümlədən İskəndərin səddinin dağılması,Yəcuc-Məcuc tayfalarının yer üzünün hər tərəfinə səpələnməsi, orada fitnə-fəsad törətməsi, nəhayət bir cür həşərat tərəfindən məhv edilməsi mütləq baş verəcəkdir). (4) İmam Bağır (ə) buyurur: “Zülqərneyn peyğəmbər olmamışdır. Amma bu saleh şəxsi Allah sevirdi. O öz qövmünü təqvaya çağırırdı. Bir dəfə başından zərbə alan Zülqərneyn müəyyən müddət gözə
dəymir. Sonradan qayıdıb yenidən xalqı təqvaya dəvət edir. Bu dəfə ikinci zərbəni alır.” Bu məqamda
İmam buyurur: “Sizin aranızda da xüsusiyyətlərə malik şəxs var.” Ola bilsin ki, bu şəxs həmin iki
zərbəyə xatir Zülqərneyn tanınmışdır. (6;7)

Şeyx Tusi “Təfsire-nümunə” əsərində bəzi əsaslarla Zülqərneyn əslində Kuroş olduğu bildirilir. Əsər
müəllifləri yunan tarixçilərinin bəzi məlumatlarına, Tövratın müəyyən bəyanatlarına və Kuroşun
miladi XIX əsrdə tapılmış iki buynuzlu mücəssiməsinə əsaslanırlar. Amma mərhum Şuərani “ƏbulFutuh” təfsirinin haşiyəsində bildirir ki, Zülqərneyn 13 yaşından Ərəstunun şagirdi olmuş Makedoniyalı İskəndərdir. Amma “Əl-mizan” təfsirində də Kuroş ehtimalına üstünlük verilir.

Həzrət Əlinin (ə) Bəlxli gəncə öyrətdiyi duada (“Məşlul” duası) oxuyuruq: “ Ey Zülqərneyni sitəmkar
padşahlara qalib edən Allah!” Həzrətdən nəql olunmuş bir hadisədə onun dilindən bildirilir ki,
Zülqərneyndə padşahlıq və peyğəmbərlik nişanəsi vardı, haqqı batildən seçəcək həddə hər şeydən
xəbərdardı, Allah şəhərləri və qəlbləri ona təslim etmişdir. (6)

Yəcuc və Məcuc kimdir ya da nədir?

Lüğətdə ərəbcə olmayan iki ad olaraq qeyd olunur. Ümumi olaraq din dilində “yer üzərində fitnə və
pislik yayan tayfa” mənasında işlənilir. Onlar həmçinin, Gog və Magog olaraq da adlandırılırlar.
Göründüyü kimi, Qurani-Kərimdə də Zülqərneyn İskəndər, sədd isə İskəndər səddi adlandırılmışdır.
İskəndər səddinin harada yerləşməsi barədə də müxtəlif fikirlər mövcuddur. Təbəri bu səddin
Azərbaycanla Ermənistandakı dağlar arasında çəkildiyini göstərir.

Bəs dahi Nizami bu mövzuya necə yanaşmışdır? O, İskəndəri necə təsvir etmişdir?

Nizami Gəncəvi bu mövzuya öz mövqeyindən yanaşmışdır. Məsələn, İskənədərin buynuzu var
rəvayətini o özünəməxsus şəkildə ifadə etmişdir. Əlbəttə ki, özündən əvvəl də bu məsələyə necə
yanaşılması ilə bağlı ilə araşdırmalar edən Nizami Gəncəvi yazırdı:

Dünya filosofu Əbu Məşər də.
“Üluf” adı ilə məşhur bir əsərdə.
Yazırdı: “İskəndər öldüyü zaman,
Bu böyük zərərdən çox qəmgin olan.
Yunanlılar onu çox sevdiklərindən
Çəkdilər kağıza şəklini həmən.
Onun surətini rəsm edən rəssam,
Şəkli layiqincə eyləyib tamam,
Çəkibmiş yanında o iki heykəl.
Sağında bir gözəl, solda bir gözəl;
Hər başda o iki buynuz rəsm etmiş,
Zərli və lacivərd rənglə bəzətmiş… (2.41-42)

Deməli, Nizamidən əvvəl Əbu Məşərin təsvirinə görə “İskəndərin buynuzu” söhbətinin
yaranması həmin rəssamın çəkdiyi şəkillə bağlı bir əfsanənin yaranmasına səbəb olub. Əslində
İskəndərə rəğbət bəsləyib onu rəsimdə İlahinin müqəddəsliyinə bağlayan Rum rəssamının bu şəkli
sonralar düzgün başa düşülməyib,ərəblər tərəfindən başqa cür yozulub. Yəni, İskəndərin ətrafında
əyləşən gözəllərin başında təsvir edilən buynuz dini əsatirlərlə bağlı olsa da, o, sonralar İskəndərin öz
adına çıxılıb, əbədi söylənəcək bir əfsanənin təməlinə dönüb.

Ərəblər bu şəkli seyr eyləyərkən,
Qarışıq salmışlar onları səhvən.
İsgəndər bilmişlər o gündən bəri,
Buynuzlu çəkilmiş o mələkləri.
Odur ki, şübhəyə düşmüş ərəblər,
“Zülqərneyn” ləğəbi almış İskəndər. (2.42)

Burada iki məsələni xüsusi olaraq qeyd etmək lazımdır. Əvvəla, məlumdur ki, dillərdə həmişə
“İskəndərin buynuzu var” əfsanəsi söylənilib. Amma dəyərli söz ustadı Nizami onu bir bilicinin
dilindən eşitmək adı ilə buynuz kimi yox, qulaq kimi təsvir edir. İlk baxışda oxucuya və dinləyiciyə
adi görünən bu dəyişmənin məzmunu səbəbsiz deyil. Əgər İsgəndərin buynuzu olmuşdusa, onu öz
başqırxanından başqa kimsənin görə bilməməsi, bu söylənən əfsanə olsa belə, onu tamamilə qeyriinandırıcılığa gətirib çıxarır. Lakin Nizami diqqəti burada özünü göstərib. Şair onu buynuz kimi yox,
uzun, qeyri-adi qulaq kimi təsvir edib ki, onun da qeyrilərindən gizlənməsi mümkün bir iş sayıla
bilərdi.

Başqa bir bilici deyir ki,onun
Qulaqları varmış həddindən uzun.
Dürdən taca bənzər qınları varmış,
İki qulağına o, qın taxarmış.
Onları xəzinə kimi güdərək,
Möhkəm gizlədərmiş bir xəzinətək (2.42)

İkinci təsvirin özünəməxsusluğu İskənədrin başqırxanının birincisi yox, ikincisi tərəfindən bu sirrin
açılmasıdır. Nizami isə “İskəndər və çoban” hekayətində onu ikinci başqırxan qulun adı ilə bağlayır.
Qulun bu sirri quyuya söyləməsi və söylədiklərinin çalınan tütəkdə səslənməsi nəticəsində bütün xalq
sirri bilmişdir. İlk əvvəl bu, adama qəribə görünə bilər. Əslində isə çox dərin mənası var. Lap qədim
zamanlardan bəri insanlar arasında sirr saxlamaq söhbəti son dərəcə mürəkkəb bir amil olub.
Babalarımızın “Dostunun da bir dostu var”, “Sirrini hər yetənə vermə”, “Sirr saxlamaq hər igidin işi
deyil” kimi müdrik misalları xəyaldan keçdikcə dahi sənətkarın həmin məsələnin təsvirinə bir daha
diqqətlə yanaşıb onu daha inandırıcı təsvir baxımına çevirməsi bizə aydın olur.

Başın qırxan bir qulundan qeyri,
Kimsənin bu sirdən yoxmuş xəbəri.
Ancaq ki,həmin qul öldüyü zaman,
İsgəndər tapdı bir özgə başqırxan.
Şahın hüzurunda təzim edərək,
Başladı saçını açmağa dəllək.
Xəlvətdə saçını açıb qurtarcaq,
Şah ona yavaşdan dedi: -Bura bax,
Bilsəm, qulaqların sirrini əgər,
Eşidib dünyada səndən bir nəfər,
Bir qulaq burması gəlləm sənə mən,
Ki bir də özgəyə bir sirr verməzsən!
Dəllək padşahın əmrini tutdu,
O gündən nitqini belə unutdu.
Bu sözü kimsəyə əsla açmadan
Saxladı küfr tək könlündə pünhan.
Bu sirrin dərdindən saraldı ancaq,
Çox böyük bir dərddir sirr saxlamaq.
Bir gün bərk darıxdı, çölə üz qoydu,
Gördü ki, çöldə var dərin bir quyu.
Dərdini quyuya eylədi izhar:
“İskəndərin uzun qulaqları var!” (2.42-43)

Göründüyü kimi, şahın birinci qulu ona sadiq olmaqla yanaşı, həm də daha dəyanətli və dözümlü olub.
İkinci qul isə dözə bilməyib sirri quyuya söyləyir. Əvvəl-əvvəl adama elə gəlir ki, o da sirri kimsəyə
açmayıb, kimsəsiz quyuya danışıb. Amma burada ataların daha bir misalı yada düşür: “Yerin də qulağı
var”. Və doğrudan da hadisələrin sonrakı təsvirindən sonra belə bir təsəvvür yaranır ki, bu misal da
elə həmin gündən yaranıb, xalqın hikmət kitabında özünə yer edib.

Bir gün o səhraya çıxdı padişah,                            Sonra səsə sarı getdi İskəndər.
Uzaqda bir çoban göründü nagah,                        Çağırıb çobanı soruşdu ondan,
Çobanın çaldığı neyi eşitdi,                                     Tütəyin sirrini danışdı çoban:
Çölləri üstünə qalxmış zənn etdi.                           “Gördüm ki, bitib bu qamış quyuda,
Çünki neyin səsi deyirdi aşkar:                               Şəkər qamışıtək, şirin bir suda.
“İskəndərin uzun qulaqları var!..”                          Mən kəsib doğradım öz əlim ilə,
O, neyin səsindən od tutub yandı,                          Kəsilməsəydi o, gəlməzdi dilə.
Muma döndərərdi hirsi poladı.                               Cansızdır, onunla qızır bədənim.
Toxtayıb yerində durdu bir qədər.                          Dilsizdir,ancaq ki, dilimdir mənim…”(2.43-44)

Bundan sonra heyrətdə qalan İsgəndər məsələnin düzlüyünü yoxlamaq üçün həmin quyudan yenə də
qamış kəsdirib gətirdir. Yenə də ondan tütək düzəltdirəndə ona nəfəs dəyən kimi həmin sirri faş edən sözlər yenə təkrar olunur. Böyük şair bundan sonra təsvirin nəticə baxımını tamamlayanda onun səmtini bəşəri ideya nöqteyi-nəzərinə döndərir. Bir şahın və onun qulunun simasında sirr saxlamaq müqabilinin nə demək olduğunu duyub düşündükcə fikrin fərdi axını sonsuzluğa dönüb bəşəri baxışda sərfi-nəzər edilir. Dünya neçə zamanlar yola salıb, neçə padşahlar ədalətli və ədalətsiz tarixin kitablarını yazdırıb, neçə sarayların möhtəşəmliyi xarabalıqlara çevrilib. Lakin zaman keçdikcə qərinələrin kölgəsində gizlənib qalan sirlər yer altından buxar kimi qalxıb ellərin nəzərində açılıb.

Təzə tütəyə də dəyəndə nəfəs,                                      Dəlləyi qılıncdan elədi azad.
Şahın qulağına gəldi həmin səs.                                 Üzünü örtməsin qönçə, nahaqdır,
Bildi ki, heç sirri saxlamaz nihan,                             Gec-tez ləl yanağı açılacaqdır.
Hamının sirrini açar bu cahan!                                 Qara daş içində gizlənən buxar
Allahı xeyr ilə eyləyərək yad                                        Axır ki, olacaq bir gün aşikar. (1.45)

Nizaminin təsvir etdiyi makedoniyalı İskəndər Qurani-Kərimdəki Zülqərneyndirmi? Gəlin,nəzər
yetirək. Dahi söz ustadı yazır:

Onlar İskəndəri pak sifət görcək,
Qəbul elədilər bir peyğəmbərtək. (2.176)

“İqbalnamə”nin İsgəndərin Şimala çatması və Yəcuc səddini bağlaması hissəsində (s.173) şairin
İsgəndər-Zülqərneyn mövzusuna baxışı aydın şəkildə görülür. Belə ki, şair Makedoniyalı İskəndəri
Zülqərneyn kimi (Tanrı tərəfindən seçilmiş şəxs kimi) təsvir etmişdir. Nizami Gəncəvinin
makedoniyalı İskəndərlə bağlı mövzuya müraciət etməsi təsadüfi deyildi. Yaxın və Orta Şərqdə
böyük şöhrət qazanmış bu tarixi şəxsiyyət şairə hökmdar və xalq, ictimai ədalət, dövlətin idarə
olunması, dünyanın dərk edilməsi kimi mühüm məsələlər haqqında görüşlərini ifadə etməyə imkan
verirdi. Həmçinin, Qurani-Kərimdə də Zülqərneyn ədaləti və bərabərliyi təmin edən şəxs kimi təsvir
olunmuşdur. Nizami də İskəndəri məhz belə biri kimi göstərmişdir. Ümumilikdə, “İskəndərnamə”
Nizaminin öz ictimai-siyasi, fəlsəfi-etik düşüncələrinə yekun vurduğu şah əsərlərindəndir.

Mənim fikrimə gəldikdə isə,məncə, Zülqərneyn (İskəndər) qədim türklərdən olmuşdur. Belə ki,
qədim türklərin əsas dini Tanrıçılıq olmuş və onlar vahid Allaha inanmışlar.Hətta, Osmanlı
imperiyasının mövcudluğu dövründə “Dəlilər” adlı bir döyüşçü tayfası mövcud idi. Onlar döyüşə də
öz əcdadları-qədim türklər kimi gedirdilər. Zənnimcə,bu tayfa lap qədimdən mövcud olmuşdur. Və
onlardan biri Tanrı tərəfindən seçilmiş bəndə- Zülqərneyn idi. Çünki Nizami Gəncəvinin təsvir etdiyi
makedoniyalı İskəndər belə keçmiş türklərə bənzədilmişdir. Həmçinin, Makedoniyalı İskəndərin
bütpərəst olması da elm aləminə məlumdur.

“Əlinə yay alsa nişançı türklər,                                           “Deyirlər qoşa hörüyü varmış,
Atdığı hər oxla bir ordu yenər.                                             Onu daim kürəyinə atarmış.”
Zorba türk borusu etdikcə şiddət,
Türklərin qoluna gəlirdi qüvvət”.

Tarixçi-filoloq Dəniz Karakurt yazır ki, “türklərin qədim rəvayətlərinə görə dünyanın bir ucunda
Ağ dəniz, bir ucunda göy dəniz, ortasında da odlu-atəş dəniz vardır”. Dəniz Karakurtun yada saldığı
kimi saldırı (rəvayət) yox, türklərin qədim “Oğuz-Zülqədər” dastanında adları çəkilir.

Dastanın Borçalı çeşidində həmin dənizlərin adlarını Oğuz xanın qoyduğu deyilir. Ağ dəniz – Türkiyə sınırında,
Yanar dəniz (Odlu dəniz) – Xəzər dənizi Azərbaycan sınırında. Qara dəniz Gürcüstan sınırında, Göy
dəniz Çin dənizi. Qırmızı dəniz fars körfəzidir, Qaf dağı – Qafqazdır, Tanrı dağı və Altay dağı Orta
Asiyadadır. Dastanda adı çəkilən xalqlar bu gün də yaşayırlar və hamısı da türkcə danışırlar. Belə bir
canlı olayların tanıkını necə göy planetlərində axtarmaq olar.

Mahmud Qaşqarlı və Mövlanə Rumi əsərlərində Oğuz dastanının hekayələrindən parçalar verirlər.
Ama Oğuz adı ilə yox, olayları Zülqərneyn adı ilə verirlər. M.Qaşqarlı və M.Rumi Zülqərneynin Oğuz
xan olduğunu bilirlərmiş. Ona görə də Oğuz olaylarını Zülqərneyn adı ilə vermişlər. (8.98)

Ədəbiyyat:

1.Nizami Gəncəvi “Şərəfnamə”
2.Nizami Gəncəvi “İqbalnamə”
3.Aidə Qasımova “Azərbaycan ədəbiyyatı və Quran qissələri”
4.Qurani-Kərim “Əl-Kəhf surəsi”(83-98)
5.Teymur Kərimli “Nizami və Tarix”
6.Möhsün Qəraəti “Təfsire-Nurus-Səqəleyn”
7.Şeyx Səduq “Kəmalud-dini-Səduq”
8.Dəniz Karakurt “Türk söyləncə sözlüyü”

Yazar: Nigar XANƏLİYEVA

Həmçinin bax: Ərəblərin Azərbaycana yürüşü

Həmçinin bax: tehsilim.org/sabahdan-birinci-siniflere-sagird-qebulu-baslayir/