“Nizami Gəncəvi xəzinəsi”
Dahi şəxsiyyət Nizami Gəncəvi-İlyas Yusif oğlu, Gəncə şəhərində anadan olmuşdur. Bədii yaradıcılığına şeirlə başlamış və qısa müddətdə məşhur olmuşdur. Böyük mütəfəkkir gənc yaşlarından ana dilini dərindən bilməklə yanaşı dövrünün elm dili olan ərəb və şeir dili olan fars dillərini mükəmməl öyrənmişdi. Şair ömrü boyu elmi biliklərə yiyələndiyindən kamil bir alim olmuşdu. Buna görə hər kəs onu “Həkim Nizami”(həkim-hər şeyi kamil bilən alim) adlandırır dılar.
Dahi şəxsiyyət Nizami Gəncəvinin beş böyük poeması vardır:
1) “Sirlər xəzinəsi” (20 məqalət və 20 hekayətdən ibarətdir.)
2) “Xosrov və Şirin”
3) “Leyli və Məcnun”
4)”Yeddi gözəl”
5) “İsgəndərnamə”
Bunlar birlikdə “Xəmsə adlanır.
Nizami Gəncəvi dövrün ədəbi ənənələrinə uyğun olaraq öz poemalarını və lirik şeirlərinin bir qismini hökmdarlara həsr etmişdir. Şair öz əsərlərində insani hisslərə önəm vermiş, əməyi, zəhməti böyük qiymətləndirmişdir. Dövrünün hökmdarlarıni ədalətli olmağa səsləmişdir .
“İsgəndərnamə”nin “Şərəfnamə hissəsində Nüşabə gülərək şaha belə dedi:
“Daşın ki boğaza yolu yox daha,
Faydasız yaramaz belə daş üçün,
Bu qədər vuruşmaq,çarpışmaq neçin?
İndi ki yeməyə yaramaz bu daş,
Onunla dünyada ucalarmı baş?!..”
Nüşabə obrazı, qeyrətli Azərbaycan qadınlarını təmsil edir. Nüşabə İsgəndərin şərəfinə ziyafət təşkil edib onun qarşısına yemək əvəzinə daş-qaş qoyur. Və bu savaşların nə qədər anlamsız olduğunu bu şəkildə ona göstərir. Beləliklə, Nüşabə hökmdara qadın olmasına baxmayaraq həyat dərsi verir və qadın olmasına baxmayaraq, ağıl və müdriklikdə, qoçaqlıqda kişilərdən geri qalmadığını göstərir.
Erkək tinətliyəm, olsam da qadın,
Hər işi bəllidir mənə dünyanın.
Mən də bir aslanam,düşünsən bir az,
Aslanın erkəyi ,dişisi olmaz.
Nüşabə obrazı burda da Azərbaycan qadınlarının necə şərəfli və ləyaqətli olduğunu sübut edir.
Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasındakı bir hekayətdə -“Kərpickəsən kişinin dastanı” hekayətində zəhmətkeş bir qocanın cahil bir gəncə verdiyi həyat dərsindən danışılır.
Şam şəhərində xeyli qoca bir kişi vardır,
Pəri kimi ,cin kimi camaatdan qaçardı,
Toxuyardı özünə yaşıl otlardan köynək,
O ruzi qazanardı hər gün kərpic kəsərək.
Bu hissədə böyük şair, sanki bir rəssam kimi hadisənin gedişatını bədii boyalarla əks etdirmişdir.
Birdən-birə bir cavan oğlan göründü gözə,
Qocanın qarşısında durub başladı sözə:
“… Torpağın qalxanına qılınc vurma bu qədər,
Qalx ki, səndən bir qarın çörək əsirgəməzlər.
Cavanın bu sözlərindən sonra qoca kərickəsən kişi dedi:
Qoca bir anlığa əl saxlayıb diqqətlə cavanı süzdü. Bir qədər acıqlı səslə dedi:
– Deyirsən, özümə yazığım gəlsin?! Mən o zaman yazıq olaram ki, gəlib sənin qarşında bir parça çörək üçün əl açım! Bu əziyyəti ona görə çəkirəm ki, alnıaçıq, üzüağ yaşayım. Qolunda az-çox gücü olan adamın başqasına əl açması şərəfsizlikdir. Şərəfsizlik isə ölümdən betərdir.
Qocanın sözləri cavana təsir etdi. O, dediklərindən peşman oldu. Şərəflə yaşayan bu qoca onun gözündə ucaldı. Hörmətli bir insana çevrildi. O, qoca kərpickəsənə ədəblə baş əydi və yoluna davam etdi.
Böyük şair bu əsərində də şərəfli bir ölümün şərəfsiz bir ömürdən üstün tutur. Beləliklə bütün gənclərə insanlığı öyrədir.
Mən də insanlığı Nizami Gəncəvinin şeirlərindən öyrəndim. Ruhun şad olsun, dahi şəxsiyyət. Azərbaycan hətta bütün dünya səni hər zaman sevəcək və heç vaxt yaddan çıxarmayacaq.
Yazar: Gülnar Nəzərli Bakı Qızlar Universitetinin 2-ci kursunu bitirmişdir. “Qış günündə açan çiçək” adlı bir kitab müəllifi.