Niyə kitablardan uzağıq?

Biz hələ də müəyyən qədər gərçəkləri dərk etmək istəməyən xalqıq. Eləcə də, İnkişaf edənləri geriyə atan, qarşılarına maneələr çıxarmağı sevən bir toplumuq. bu gün sizə, kitab oxumaqdan söhbət açacam. Metrolarda, ictimai nəqliyyatda əlinizdə kitab tutsaz hər kəsin diqqətini müəyyən qədər özünüzə cəlb edəcəksiz. Niyə? Çünki, bu insanlara qeyri-adi gələcək. Fikirlərində siz bu cür canlanacaqsız “indi bu özünü oxuyan göstərir”, “yenə alimlikləri tutub”. Bir qismi deyəcək “kaş mənimdə vaxtım olardı kitab oxuyardım”, bir qismi “pulum olsaydı məndə alardım” deyə bildirəcəklər. Sizin yerinizdə olmaq istiyənlərdə olacaq, sizə pis münasibət göstərmək istəyən bəzi cool-larda. Nə xoş o insanın halınakı, sizə qəlbində xoş münasibət bəsləsin, sizə baxıb fərəhlənib o da bir kitab oxusun, nə qədər təəssüf o insanın halına ki, sizin kitab oxumağınıza başqalarına özünü göstərmək kimi anlasın. Burada bir psixoloji fakt da ortaya çıxacaq ki, kimin qəlbində nə cür düşüncə varsa, sizə qarşıda o cür düşünəcək. Pulum yoxdur kitab almağa, vaxt edib kitab ala bilmirəm deyə fikirləşənlər isə bəhanəni unutsalar yaxşıdır. Çünki, pulunuz yoxdursa belə hal hazırda demək olar ki, hər birimizdə internetə çıxışı olan telefonlar var və biz buradan PDF formasında kitablar yükləyərək müxtəlif növdə kitablar oxuya bilərik. Əgər ki,vaxt cəhətdən imkanınız yoxdursa, kitab çatdırılması ilə məşğul olan qurumlar var ki, onlar sizə bu işdə köməklik edə bilərlər. Bizim gənclərimizi çox vaxt qınayırlar, onları qınaq obyektinə çevirirlər. Ancaq bunu bildirimki, gənclərimizdə böyüklərimizdən örnək götürürlər. Təbii ki, istisnalar hər bir mövzuda var. Bir valideyin şikayət edir: mənim uşağım kitab üzü açmır, lazımsız işlərlə məşğul olur. Ancaq burada soruşmaq lazımdir ki, əziz valideyin siz özünüz nə vaxtsa övladınızla birgə kitab oxumusunuzmu və ya təklikdə kitab oxumusunuzmu, mütaliə etmisinizmi? Valideyinlər övladlarına əlamətdar günlərdə mobil telefon, kompüter, oyun avadanlıqları alırlar. Amma bunun əvəzində kitab almaq, kitab hədiyyə etmək pis bir şeydirmi?Əlbəttəki, xeyir. Kitab insanları maarifləndirən, şüurlarına təsir edərək geniş düşünməyə sövq edən, pozitiv olmağa kökləyən bir üsuldur deyərdim. Fikir vermisinizsə, uşaq ədəbiyyatı nümunələrinin müəllifləri hər zaman xeyirin şər üzərində qələbəsini oxuculara çatdırırlar. Burada uşaqlar vasitəsilə mesaj böyüklərədir. Çünki, onlara bu kitabları oxuyan valideyinlərdir. Kitablar təbliğat maşınlarından biridir. Bizim şüurumuza təsir edir. Çox təəssüflər olsun ki, övladına kitab oxuyan valideyin tapmaq sevindirici hala çevrilib. Gəlin bunu etməyək! Mütaliə həmdə vətənpətvərliyin bir yoludur. Hər gün heç olmasa 20 səhifə kitab oxuyun. Bu sizin 40-50 dəqiqənizi alacaq. İnanın ki, peşman olmuyacaqsız. Mütaliə gözəldir. Hər mövzuda kitab tapmaq olur. İstər fərdi inkişaf, istər macəra, istər başqa mövzularda kitab var. Unutmayın kitab oxumayan bir həyat, kitab oxuyan çox həyat yaşayır.

Yazar: Tural Rəhimov

həmçinin bax Azərbaycanda Stalin repressiyalarının qurbanları-Əhməd Cavad və Mikayıl Müşfiq

həmçinin baxhttps://turaz.org/socar-in-meden-erazilerinde-152-minedek-agac-ve-bezek-kollarina-aqrotexniki-xidmetler-gosterilir/

həmçinin bax https://tehsilim.org/unec-in-rehber-vezifeli-sexsleri-terefinden-vetendaslarin-qebulu-cedveli/