Neologizmlər
Neologizm qədim yunan sözü olub, mənası «yeni» deməkdir. Dildə yeni olmaq o deməkdir ki, bu qəbildən olan sözlər digər işlək sözlərdən fərqlənir. Neologizmlər ictimai həyatın, elmin, texnikanın, mədəniyytin, iqtisadiyyatın və siyasətin inkişafı ilə bağlı olaraq yaranır. Hamı tərəfindən başa düşüldükdə isə öz yeniliyini itirir. Hazırda həyatımıza, məişətimizə daxil olan yenilik neologizmlərin yaranması səbəbinə çevrilir: barter, ofis, göydələn, biznes-sinif və s.
Qeyd: Neologizm anlayışı nisbi anlayışdır. Bu anlayışın yenilik əlaməti də müvəqqətidir. Bir müddət sonra bu sözlər köhnəlmiş sözlər cərgəsinə daxil ola bilir.
Neologizmlər başqa dillərdən söz almaq və ya fərdi üslubi şəkildə də əmələ gələ bilir. Bu xüsusiyyətləri nəzərə alaraq neologizmləri belə qruplaşdırmaq olar:
1. Dilin daxili imkanları əsasında formalaşan neologizmlər: azadlıq, nəfəslik, əyləc, bərabərlik və s.
2. Başqa dillərdən söz almaqla yarananlar: marşal, direktor, kapitalizm, kafel və s.
3. Ümumi şəkildə yarananlar: respublika, orbit, ekstremist, balet və s.
4. Yazıçının, alimin yaradıcılığında yaranmış fərdi üslubi neologizmlər: C. Cabbarlı – Oqtay, Aydın; R. Rza – çimərlik, əməldaş və s.
Neologizmlərin əmələ gəlmə yoları bunlardır:
Morfoloji yolla yarananlar: tənqidçi, dilçilik və s.
Sintaktik yolla yarananlar: tozsoran, elmi işçi və s.
Abreviaturalar: Azərkitab, BMT və s.
Leksik-semantik yolla yarananlar: katib və s.
Qeyd: Bu yolla əmələ gəlmiş sözlərin çox hissəsi hazırda yeni sözlər cərgəsindən çıxmışdır.
Neologizmlərin növlərinə nəzər salaq:
- Lesik-semantik neologizmlər. Bu cür neologizmlər həm formaca, həm həm də məzmunca yeni olan neologizmlərdir: lokator, lunaxod və s.
- Leksik neologizmlər. Ancaq formaca yeni olan neologizmlərdir: aşkarlıq, şura hökuməti və s.
- Semantik neologizmlər. Mənaca yeni olan neologizmlərdir: yoldaş sözü vaxtilə səfərə birlikdə çıxdığın adam mənasını verirdisə, indi həyat yoldaşı mənasını bildirir.
Yazar: Türkan Nağıyeva
Həmçinin bax: Ərəblərin Azərbaycana yürüşü
Həmçinin bax: Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək