“Neftçi”də yeni müqavilə

“Neftçi”də yeni müqavilə

Neftçi” yarımmüdafiəçisi Namiq Ələsgərovla müqavilənin müddətini uzadıb.

Sportal.az klubun saytına istinadla xəbər verir ki, 25 yaşlı futbolçu ilə qarşıdan gələn mövsümün sonunda bitməli olan anlaşma daha 1 il artırılıb.

Namiq Ələsgərov “Neftçi”də keçirdiyi 4 mövsüm ərzində 94 oyunda meydana çıxıb, 13 qol vurub.

Müxbir: kafkhaz.com
Xüsusi müxbir:Ramid Əskərov
Mənbə: Sportal.az